22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi (“TransLogistica Caspian”) çərçivəsində “Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması” mövzusunda panel təşkil olunub.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.
Paneldə iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.
Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.
22. Hazar Uluslararası Taşımacılık, Transit ve Lojistik Fuarı (“TransLogistica Caspian”) çerçevesinde “Demiryolu Taşımacılığının Dijitalleşmesi” konulu bir panel düzenlendi.
“Azerbaycan Demiryolları” QSC’den alınan bilgiye göre, görüşmeler sırasında TRACECA projesine katılan ülkelerin demiryolu kuruluşlarının uyguladığı dijital çözümler ve karşılıklı deneyim alışverişinden bahsedildi.
Panele katılan “Azerbaycan Demiryolları” QSC Dijital Gelişim departmanı baş danışmanı Asif Hüseynov, ADY’nin yük taşıma operasyonlarının dijitalleştirilmesi yönünde yaptığı çalışmalardan bahsetti, komşu ülkelerle etkili elektronik bilgi alışverişinin yapıldığını, dijital çözümlerin uygulanması sonucunda operasyonların hızlandığını belirtti.
Panel katılımcıları, demiryolu operasyonlarının dijitalleştirilmesinin bölgede ulaşım alanındaki işbirliğini daha da güçlendirdiğini ve yeni fırsatlar yarattığını kaydettiler.