Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində vətəndaşların müraciətləri əsasında Respublikanın 5 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalar zamanı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 40 ünvanında, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Səttar Bəhlulzadə küçəsində, Quba şəhəri H.Əliyev prospektində, İmişli rayonu Qaradonlu kəndinin yaxınlığında Araz çayının məcrasında, Bərdə rayonu İkinci Hacallı kəndində meşə fonduna daxil olmayan 239 ədəd ağac və kolun qanunsuz kəsilməsi və məhv edilməsi nəticəsində təbiətə 45 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
“Vətəndaşları ekoloji hüquqpozmalara qarşı mübarizədə, təbiətin qorunması və ətraf mühitimizə təhlükə törədənlər üçün cavabdehlik və məsuliyyətin təmin edilməsində fəal olmağa, həmçinin istənilən şübhəli ekoloji pozuntular barədə məlumat verməyə çağırırıq”, məlumatda deyilir.
Ekolojik suçlara karşı mücadele devam ediyor. Başsavcılığın Ceza takibi dışı işlemler idaresinde vatandaşların başvuruları üzerine Cumhuriyetin 5 şehir ve ilçesinde yasadışı ağaç kesimi vakalarıyla ilgili soruşturma başlatıldı.
Soruşturmalar sırasında Bakü şehri, Nesimi ilçesi, Hüseynbala Aliyev caddesi 40 adresinde, Sumgayıt şehri Hacı Zeynalabdin kasabası Settar Behlulzade caddesinde, Kuba şehri H.Aliyev caddesinde, İmişli ilçesi Qaradonlu köyü yakınlarında Araz nehrinin yatağında, Berde ilçesi İkinci Hacallı köyünde orman fonuna dahil olmayan 239 adet ağaç ve çalının yasadışı kesilmesi ve imha edilmesi sonucunda doğaya 45 bin manattan fazla zarar verildiğine dair ciddi şüpheler tespit edildi.
Belirtilen olaylarla ilgili olarak Ceza Kanunu’nun 259.1. maddesi (ağaçların, çalıların veya diğer yeşilliklerin yasadışı kesilmesi (sökülmesi) önemli miktarda zarara neden olduğunda) uyarınca ceza davaları açılarak ön soruşturmanın yapılması için ilgili soruşturma organlarına gönderildi.
“Vatandaşları ekolojik suçlara karşı mücadelede, doğanın korunması ve çevremize zarar verenler için sorumluluk ve hesap verebilirliğin sağlanmasında aktif olmaya, ayrıca herhangi bir şüpheli ekolojik ihlal hakkında bilgi vermeye çağırıyoruz” denildi.