Ani yağış zamanı yollarda yaranan təhlükə
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ani yağış zamanı yollarda yaranan təhlükələrlə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən APA-ya verilən məlumata görə, xəbərdarlıqda deyilir:
“Son günlər müşahidə olunan ani və intensiv yağışlar zamanı asfalt örtüyündə suyun qısa müddətdə toplanması nəticəsində nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükələr yarana bilir. Belə hallarda yol səthində yaranan su təbəqələri sürücülər tərəfindən hər zaman vizual olaraq seçilmədiyindən, bu sahələrə daxil olan avtomobillərdə hidroplanlaşdırma (aquaplaning) – yəni təkərlə yol arasındakı təmasın itməsi baş verir.
Sürət yüksək olduqda daha təhlükəlidir
Qeyd olunan hal sürət yüksək olduqda daha təhlükəlidir. Belə şəraitdə edilən ani tormozlama və ya qəfil sükan manevri avtomobilin idarəetmədən çıxması və qəza ilə nəticələnə biləcək risklərin artmasına səbəb olur”.
DYP-nin tövsiyələri
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə hava şəraitini və yol örtüyünü nəzərə alaraq aşağıdakı qaydalara ciddi əməl etməyi tövsiyə edir:
– Yağışlı hava şəraitində hərəkət zamanı sürəti normadan artıq artırmamaq;
– Təkərlərin texniki vəziyyətinə – xüsusilə protektor dərinliyinə daim nəzarət etmək;
– Gölməçəyə daxil olduqda tormozdan istifadə etmədən sükanı sabit saxlamaq;
– Digər nəqliyyat vasitələri ilə ara məsafəsini artırmaq.
“Unutmayın ki, görünməyən su təbəqələri yolda gözlənilməz təhlükələr yaradır. Hər bir sürücü hava və yol şəraitinə uyğun davranmaqla həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməlidir”, məlumatda deyilir.
Ani yağışlarda yollarda oluşan tehlike
DİN’in Baş Devlet Yol Polisi İdaresi, ani yağışlarda yollarda oluşan tehlikelerle ilgili sürücülere uyarıda bulundu.
İdareden APA’ya verilen bilgiye göre, uyarıda şunlar belirtildi:
“Son günlerde gözlemlenen ani ve yoğun yağışlar nedeniyle asfalt yüzeyinde suyun kısa sürede birikmesi, taşıtların hareketi sırasında ciddi tehlikeler yaratabiliyor. Bu gibi durumlarda, yol yüzeyinde oluşan su tabakaları sürücüler tarafından her zaman görsel olarak seçilemediğinden, bu alanlara giren otomobillerde hidroplanlama (aquaplaning) – yani tekerle yol arasındaki temasın kaybolması meydana geliyor.
Hız yüksek olduğunda daha tehlikelidir
Belirtilen durum, hız yüksek olduğunda daha tehlikelidir. Bu koşullarda yapılan ani frenleme veya ani direksiyon manevrası, otomobilin kontrolden çıkmasına ve kazayla sonuçlanabilecek risklerin artmasına neden olur”.
DYP’nin tavsiyeleri
Baş Devlet Yol Polisi İdaresi, sürücülere hava koşullarını ve yol yüzeyini dikkate alarak aşağıdaki kurallara kesinlikle uymalarını tavsiye ediyor:
– Yağışlı havalarda hareket halindeyken hızı normalden fazla artırmamak;
– Lastiklerin teknik durumuna – özellikle diş derinliğine daima dikkat etmek;
– Su birikintisine girdiğinizde frene basmadan direksiyonu sabit tutmak;
– Diğer taşıtlarla takip mesafesini artırmak.
“Unutmayın ki, görünmeyen su tabakaları yolda beklenmedik tehlikeler yaratır. Her sürücü, hava ve yol koşullarına uygun davranarak hem kendisinin hem de diğer trafik katılımcılarının güvenliğini sağlamalıdır”, denildi.