Çimərlik mövsümünə hazırlıq
Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar media-tur təşkil olunub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili sularda təhlükəsizlik tədbirləri ilə bağlı media nümayəndələrinə məlumat verib.
Çimərlik mövsümünə hazırlıqla əlaqədar təhlükəsizlik tədbirləri
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərlik mövsümünə hazırlıqla əlaqədar aidiyyəti üzrə təhlükəsizlik tədbirləri görülür: “Cari ilin may ayından etibarən Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən yerli icra oranlarının nümayəndələrinin iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər keçirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd istifadəyə yararsız və nəzarətsiz çimərlik ərazilərinin müəyyən edilməsi və çimərlik operatorlarına təhlükəsizlik qaydaları barədə bildirişlərin təqdim edilməsi olub.
İctimai çimərliklərdə sualtı müayinələr, sualtı təmizləmə işləri
Bunula yanaşı, Xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsi ilə sualtı müayinələr, sualtı təmizləmə işləri aparılır, dənizdə üzmə sərhədlərini müəyyən edən nişanların və çimərlikdə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır, Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadəsi nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilir.
Təhülksəzilik tədbirləri iyunun 15-dək yekunlaşacaq
Bütün təhülksəzilik tədbirləri iyun ayının15-dək yekunlaşacaq və iyun ayının 15-dən etibarən Xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Hazırda FHN tərəfindən çimərliklərdə təhlükəsizlik tədbirləri davam etdirilir”.
Çimərlik seçimində nələrə diqqət edilməlidir?
Xidmətin şöbə rəisi media vasitəsilə vətəndaşlara müraciət edərək bilidirib ki, çimərlik seçimində diqqətli olsunlar: “Əgər hər hansı bir çimərlikdə xilasedicilər yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyindən və belə yerlərdən istifadənin təhlükəli olduğundan xəbər verir. Həmçinin, diqqətə çatdırılıb ki, xüsusən bölgələrimizdə uşaq və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq çimərlik üçün nəzərdə tutulmayan suvarma kanallarından, suni göllərdən, çaylardan, su arxlarından istifadəsi hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.
Küləkli havada suya girmək təhlükəlidir
Qeyd edirik ki, bu tip su hövzələrinin mürəkkəb relyefə, surətli axına, məhdud görüntüyə və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükədir. Odur ki, diqqətli olmalı, uşaq və yeniyetmələri belə su hövzələrinin istifadəsindən çəkindirmək lazımdır. Çimərliklərdə diqqət yetirməli olduğumuz məqamlardan biri də hava şəraitidir. Bildiririk ki, küləyin sürəti saniyədə 10 m-dən artıq olduqda və hava qaraldıqdan sonra suya girmək təhlükəlidir”.
Plaj sezonuna hazırlık
Olağanüstü Haller Bakanlığı tarafından plaj sezonuna hazırlıkla ilgili bir medya turu düzenlendi.
Olağanüstü Haller Bakanlığı Küçük Tonajlı Gemileri Denetleme ve Suda Kurtarma Devlet Hizmeti Halkla İlişkiler ve Tanıtım Şube Müdürü, iç hizmet yarbayı Akşin Alili, sularda güvenlik önlemleri hakkında medya temsilcilerine bilgi verdi.
Plaj sezonuna hazırlıkla ilgili güvenlik önlemleri
Olağanüstü Haller Bakanlığı tarafından plaj sezonuna hazırlıkla ilgili olarak ilgili alanlarda güvenlik önlemleri alındığı belirtildi: “Bu yılın Mayıs ayından itibaren Bakanlığın Küçük Tonajlı Gemileri Denetleme ve Suda Kurtarma Devlet Hizmeti çalışanları tarafından yerel icra organlarının temsilcilerinin katılımıyla kıyı bölgelerinde denetimler yapıldı. Denetimlerin yapılmasındaki temel amaç, kullanıma elverişsiz ve denetimsiz plaj alanlarının belirlenmesi ve plaj işletmecilerine güvenlik kuralları hakkında bildirimlerin sunulması oldu.
Halk plajlarında sualtı incelemeleri, sualtı temizleme çalışmaları
Bununla birlikte, Hizmetin denetlediği plajlarda ve IDEA Kamu Birliği’nin girişimiyle oluşturulan halk plajlarında dalgıçlar vasıtasıyla sualtı incelemeleri, sualtı temizleme çalışmaları yapılıyor, denizde yüzme sınırlarını belirleyen işaretlerin ve plajda dinlenen vatandaşların güvenlik kuralları ile ilgili bilgilendirilmesi için eğitici levhalar kuruluyor, Hizmetin envanterinde bulunan kurtarma teknik ekipmanları, dalgıç arama kurtarma operasyonlarında kullanılması planlanan ekipmanlar çalışır duruma getiriliyor.
Güvenlik önlemleri 15 Haziran’a kadar tamamlanacak
Tüm güvenlik önlemleri Haziran ayının 15’ine kadar tamamlanacak ve Haziran ayının 15’inden itibaren Hizmet güçlendirilmiş çalışma rejiminde faaliyet gösterecek. Halihazırda Olağanüstü Haller Bakanlığı tarafından plajlarda güvenlik önlemleri devam ettiriliyor”.
Plaj seçiminde nelere dikkat edilmelidir?
Hizmetin şube müdürü medya aracılığıyla vatandaşlara çağrıda bulunarak plaj seçiminde dikkatli olmalarını bildirdi: “Eğer herhangi bir plajda cankurtaranlar yoksa, bu, o alanda güvenlik önlemlerinin alınmadığı ve bu tür yerlerden yararlanmanın tehlikeli olduğu anlamına gelir. Ayrıca, özellikle bölgelerimizde çocuk ve ergenlerin veli gözetiminden çıkarak plaj için tasarlanmamış sulama kanallarından, yapay göllerden, nehirlerden, su arklarından yararlanma durumlarına rastlanıldığı, bunun da sonuçta acı sonuçlara yol açtığı belirtildi.
Rüzgarlı havada suya girmek tehlikelidir
Bu tür su havzalarının karmaşık bir yapıya, hızlı akıntıya, sınırlı görüşe ve diğer tehlikeli özelliklere sahip olmasının, bu havzalardan yararlananların yaşam ve sağlığı için ciddi bir tehlike oluşturduğunu belirtiyoruz. Bu nedenle dikkatli olunmalı, çocuk ve ergenlerin bu tür su havzalarından yararlanmaktan kaçındırılması gerekmektedir. Plajlarda dikkat etmemiz gereken noktalardan biri de hava koşullarıdır. Rüzgarın hızı saniyede 10 metreden fazla olduğunda ve hava karardıktan sonra suya girmek tehlikelidir”.