“Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir keçirilib.
Dünən Azərbaycanın görkəmli rəssamı, mərhum sənətkar Ucal Haqverdiyevin 65 illik yubileyinə həsr olunmuş “Ucal sənətdə, xatirələrdə, qəlblərdə…” adlı tədbir baş tutub.
Tədbirdə rəssamın həyat və yaradıcılığına həsr olunmuş yeni kitabın təqdimatı keçirilib. Ucal Haqverdiyevin əsərlər toplusunu təşkil edən bu nəşr “Azercell Telekom”un təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib.
Tədbirdə çıxış edən “Azercell Telekom”un Korporativ və Marketinq Ünsiyyət Vasitələri departamentinin direktoru Sona Abbasova rəssamın yaradıcılığına həsr olunmuş kitabdan bəhs edərkən belə dedi: “Ucal Haqverdiyev kimi dahi sənətkarlarımızın irsini tanıtmaq və gələcək nəsillərə çatdırmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır çünki milli mədəni irsimizin qorunması və tərənnüm edilməsi şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biridir.”
Tədbir çərçivəsində “Azərpoçt” MMC tərəfindən rəssamın 65 illik yubileyinə həsr olunmuş xatirə poçt markaları təqdim olunub. Azərpoçtun Marka şöbəsinin müdiri Sitarə Hüseynova bu təşəbbüsün sənət irsinin filateliya vasitəsilə yaşadılmasına və mədəni dəyərlərin təbliğinə töhfə verdiyini vurğulayıb.
A-Solutions Elektron Pul Təşkilatının reallaşdırdığı “Maliyyə və mədəniyyət bir arada” layihəsi çərçivəsində Ucal Haqverdiyevin əsərləri “akart” vasitəsilə rəqəmsal formatda geniş istifadəçi kütləsinə təqdim olunub. Layihə barədə danışan A-Solutions-un baş icraçı direktoru Həsən Həsənov bildirib: “Bu layihə vasitəsilə A-Solutions Ucal Haqverdiyev kimi nadir sənətkarların yaradıcılığı daha geniş auditoriyaya və gənc nəslə çatdırılır.”
Tədbirdə çıxış edən xalq rəssamı Fərhad Xəlilov Ucal Haqverdiyevin Azərbaycan təsviri sənətində özünəməxsus yeri olduğunu qeyd edib. Rəssamın qardaşı, Azərbaycanın tanınmış rəssam və heykəltaraşı Hüseyn Haqverdiyev isə bildirdi ki, qısa ömür sürməsinə baxmayaraq, Ucal Haqverdiyev çoxsaylı qiymətli əsərlər yaradıb: “Ucal cəmi 44 il yaşasa da, sənətdə buraxdığı izlər əbədi qalacaq.”
Tədbirin sonunda iştirakçılara Ucal Haqverdiyevin yubileyi münasibətilə nəşr olunan kitabın nüsxələri təqdim edilib.
“Ucal sanatta, hatıralarda, kalplerde…” adlı etkinlik düzenlendi.
Dün Azerbaycan’ın önde gelen ressamı, merhum sanatçı Ucal Hagverdiyev’in 65. yıl dönümüne ithafen “Ucal sanatta, hatıralarda, kalplerde…” adlı etkinlik gerçekleşti.
Etkinlikte ressamın hayatı ve yaratıcılığına adanmış yeni bir kitabın tanıtımı yapıldı. Ucal Hagverdiyev’in eserler koleksiyonunu oluşturan bu yayın, “Azercell Telekom”un girişimi ve desteğiyle hayata geçirildi.
Etkinlikte konuşan “Azercell Telekom”un Kurumsal ve Pazarlama İletişim Araçları departmanı direktörü Sona Abbasova, ressamın yaratıcılığına adanmış kitaptan bahsederken şöyle dedi: “Ucal Hagverdiyev gibi dahi sanatçılarımızın mirasını tanıtmak ve gelecek nesillere ulaştırmak bizim için özel bir öneme sahip çünkü milli kültürel mirasımızın korunması ve yüceltilmesi şirketin kurumsal sosyal sorumluluk stratejisinin temel yönlerinden biridir.”
Etkinlik çerçevesinde “Azerpoçt” MMC tarafından ressamın 65. yıl dönümüne adanmış hatıra posta pulları sunuldu. Azerpoçt’un Marka şube müdürü Sitare Hüseynova, bu girişimin sanat mirasının filateli yoluyla yaşatılmasına ve kültürel değerlerin tanıtımına katkı sağladığını vurguladı.
A-Solutions Elektronik Para Teşkilatı’nın gerçekleştirdiği “Finans ve kültür bir arada” projesi çerçevesinde Ucal Hagverdiyev’in eserleri “akart” aracılığıyla dijital formatta geniş bir kullanıcı kitlesine sunuldu. Proje hakkında konuşan A-Solutions’un baş icra direktörü Hasan Hasanov, “Bu proje aracılığıyla A-Solutions, Ucal Hagverdiyev gibi nadir sanatçıların yaratıcılığını daha geniş bir kitleye ve genç nesillere ulaştırıyor” dedi.
Etkinlikte konuşan halk sanatçısı Ferhat Halilov, Ucal Hagverdiyev’in Azerbaycan görsel sanatlarında kendine özgü bir yeri olduğunu kaydetti. Ressamın kardeşi, Azerbaycan’ın tanınmış ressam ve heykeltıraşı Hüseyin Hagverdiyev ise kısa bir ömür sürmesine rağmen Ucal Hagverdiyev’in çok sayıda değerli eser yarattığını belirterek, “Ucal sadece 44 yıl yaşamasına rağmen, sanatta bıraktığı izler sonsuza dek kalacak” dedi.
Etkinliğin sonunda katılımcılara Ucal Hagverdiyev’in yıl dönümü vesilesiyle yayınlanan kitabın nüshaları takdim edildi.