Sabit elektrik ve gaz tarifeleri: Yeni bir model için nasıl uygulanır, miktar nasıl belirlenecek? – araştırma

Azərbaycanda enerji bazarında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə biləcək yeni tarif islahatları gündəmdədir. Milli Məclisdə müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanun layihələrində əksini tapan sabit aylıq tarif modeli həm qaz, həm də elektrik enerjisi sektorunda tətbiq olunmaqla, uzun müddət mövcud olan dəyişkən ödəniş sisteminə paralel yeni mexanizm formalaşdırmağa yönəlib. İndi istehlakçılar yalnız sərf etdikləri enerji miqdarına görə deyil, həm də sistemə qoşulu olduqları üçün sabit əsasda aylıq ödəniş etməli olacaqlar. Dövlət orqanlarının açıqlamalarına görə, bu addım bir tərəfdən təchizat infrastrukturunun sabit saxlanmasını və şəbəkə xərclərinin ədalətli bölüşdürülməsini təmin etməyə, digər tərəfdən isə enerji xidmətlərində daha şəffaf və dayanıqlı iqtisadi model qurmağa xidmət edir.

Bəs bu yanaşma əhali və biznes subyektləri tərəfindən necə qarşılanacaq? Yeni model real istehlak səviyyəsinə az təsir edən istifadəçilər üçün əlavə yükə çevriləcəkmi, yoxsa uzunmüddətli sabitlik və xidmət keyfiyyəti bu ödənişi əsaslandıracaq?

Tarif islahatının əsas məqsədləri

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, “Elektroenergetika haqqında” qanuna dəyişikliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir:

“Layihə Azərbaycanda kommunal xidmətlər sahəsində tariflərin tənzimlənməsinin təkmilləşdirilməsi, tarif metodologiyasının tətbiqi istiqamətində atılan növbəti mühüm addımdır. Bu yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan, kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşma tətbiq olunacaq”.

Tarif strukturu və maliyyə mexanizmləri

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil: “Təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz. Bu baxımından sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır”.

“Azəriqaz”ın mövqeyi: sektor üçün yeni imkanlar

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov qeyd edib ki, “Qaz təchizatı” haqqında qanun layihəsi təkcə “Azəriqaz” üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq:

“Yeni qanun layihəsinin qəbul edilməsi qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Gürcüstan və Türkiyə kimi qonşu ölkələr də bu yanaşmadan bəhrələnərək qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndirib. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar atır və beynəlxalq təcrübəni nəzərə alaraq mövcud islahatları daha da dərinləşdirməyə çalışır”.

O əlavə edib ki, hazırda şəbəkələrin bir hissəsi fiziki baxımdan köhnəlib və bu səbəbdən onların yenilənməsi üçün maliyyə resursları tələb olunur. Bu istiqamətdə müəyyən investisiya proqramları icra olunsa da, prosesin sürətli getməsi üçün davamlı maliyyə mənbələrinə ehtiyac var”.

Sabit tarif necə tətbiq olunacaq?

Milli Məclisin deputatı Azər Badamov “APA-Economics”ə açıqlamasında deyib ki, sabit tarif – qazın və ya da elektrik enerjinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqan tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir: “Bu məbləğ hər bir istehlakçı tərəfindən onun enerjini istehlak edib-etməməsindən asılı olmayaraq, hər ay ödənilməli, hamı üçün müəyyən olunmuş sabit rəqəm olacaq. Sabit tarifin tətbiq olunmasının məqsədi bütün kommunikasiyaların işləkliyini təmin etmək və fasiləsiz istehlakına şərait yaratmaqdır. Bu, qaz və enerjinin təchizatı ilə bağlı aparılan islahatların tərkib hissəsidir”.

Maarifləndirmə və şəffaflıq çatışmır

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə yeni dəyişikliklər və onların mahiyyəti barədə dövlət qurumları tərəfindən vətəndaşlara kifayət qədər izahlı məlumatın verilmədiyini bildirib: “İndiyə qədər enerji sektorundakı paylayıcı şəbəkələr dövlətin subsidiyası, dəstəyi hesabına və dövlət şirkətlərinin çətiri altında olmaqla ömür sürürdü. Artıq dövlət tərəfindən verilən tapşırığa görə, onlar özləri özlərini saxlamalı, kommersiya qurumuna çevrilməlidir. Bu şəbəkələr öz fəaliyyətlərini elə qurmalıdır ki, həm öz xərclərini qarşılaya, həm də investisiya fəaliyyəti həyata keçirə bilsinlər. Bu, uzunmüddətli prosesdir. Dövlət maliyyəsinə ümidli olan bir qurum artıq özü-özünü saxlayan quruma çevriləcək və rəqabət nəticəsində fəaliyyət göstərməli olacaq. Ümid edirəm ki, bu qanunlar qüvvəyə minəndən sonra bizim bazarda radikal dəyişikliklər olacaq. Əsas elementlərdən biri budur ki, istehlakçı şəbəkəyə qoşulmaq üçün texniki şərt alır. O, müəyyən rüsum ödəyir və şəbəkəyə qoşulur. Amma paylayıcı şəbəkə bütün fəaliyyəti dövründə istehlakçının həmin şəbəkədə qalmağını təmin edir. Məsələn, bir nəfərin bir neçə mənzili var, amma onların hamısında yaşamır. Çünki o mənzillərə investisiya aləti kimi baxır. Ancaq onların saxlanılması xərc tələb edir. Buna görə də sabit tarif gündəmə gəlir. Sabit tarifə görə, şəbəkədən istifadə etsən də, etməsən də müəyyən ödəniş etməlisən. Dövlət qurumlarının heç biri sabit tarif barəsində dəqiq və müfəssəl məlumat verməyib. Hamı elə zənn edir ki, ayda bu qurumlara bir istehlakçıdan 15-20 manat ödəniş gələcək. İnsanların buna reaksiyasını normal hesab etmək lazımdır”.

Qlobal və regional təcrübə

Azərbaycanda tətbiq olunacaq sabit tarifin məbləğinin hələlik müəyyənləşmədiyini qeyd edən İlham Şaban dünyada bu təcrübədən 50 ildən çoxdur istifadə olunduğunu deyib: “Bu təcrübə ilk olaraq dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilib. İndi isə əksər ölkədə var. Bizdən bir neçə il əvvəl postsovet ölkələrində, Baltikyanı ölkələrdə bu təcrübə tətbiq edilib. Hətta Mərkəzi Asiya regionunda da bu təcrübə var. Özbəkistan və Qırğızıstanda, Qazaxıstanın dörd əyalətində sabit tarif təcrübəsi mövcuddur. Bu ölkələrdə tariflər Azərbaycan manatı ilə 0,70-1 manat arasında dəyişir. Bir çox ölkədə bunu sayğac tarifi adlandırırlar. İngiltərədə elektrik üzrə illik stabil ödəniş 300 funt-sterlinqdir. Kanada və ABŞ-də bu ödəniş ştatlardan asılı olaraq, hər ay 20-25 ABŞ dolları arasında dəyişir. Yeni Zelandiyada bu ödənişləri günlük hesabla hesablayıb ayın sonunda istehlakçıya göndərirlər. Çünki bir ayda gün sayları fərqli olur. Bunu elə şəffaf formada ediblər ki, istehlakçı özünün aldadıldığını düşünməsin. Bizdə də qiymətlər təqribən bu həddə olmalıdır. Özümüzdən şişirdilmiş tariflər tətbiq etsək, sistem işləməyəcək”.

Potensial gəlir və xidmət səviyyəsi

“Bəs 0,70-1 manat civarında tarif paylayıcı şirkətlərə nə verəcək?” Azəriqaz”ın 2,6 milyon, “Azərişığ”ın 3 milyona yaxın abonenti var. Ayda bir istehlakçı 1 manat ödəniş etsə, bu hesabla “Azəriqaz” ildə təqribən 32 milyon manat, “Azərişıq” isə 36 milyon manat vəsait qazanacaq. Bu vəsaitlə müəyyən işləri görmək mümkündür. Digər tərəfdən, onların bu işləri görməsi üçün şəffaflıq olmalıdır. İndiyə qədər tariflər artırılanda xidmət səviyyəsinin artdığını hiss etməmişik. Deməli, xidmət səviyyəsi də yüksəldilməlidir ki, insanlar dəyişikliklərə normal reaksiya versinlər”, – deyə İ. Şaban əlavə edib.

Yeni modelin uğuru üçün əsas şərtlər

Nəticə olaraq, sabit tarif modeli Azərbaycanda enerji siyasətində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Amma bu modelin uğurlu tətbiqi yalnız qanuni bazanın yaradılması ilə deyil, həm də əhalinin maarifləndirilməsi, şəffaflıq və xidmət səviyyəsinin yüksəldilməsi ilə mümkün olacaq. Dövlət, vətəndaş və enerji təchizatçıları arasında qarşılıqlı etimad və şəffaflıq bu məsələdə ən mühüm şərtlərdir.

Azerbaycan’da enerji piyasasında köklü değişikliklerin başlangıcı olarak değerlendirilebilecek yeni tarife reformları gündemde. Milli Meclis’te görüşülmekte olan “Gaz Temini Hakkında” ve “Elektrik Enerjisi Hakkında” kanun tasarılarında yer alan sabit aylık tarife modeli, hem gaz hem de elektrik enerjisi sektöründe uygulanarak, uzun süredir var olan değişken ödeme sistemine paralel yeni bir mekanizma oluşturmayı hedefliyor. Artık tüketiciler sadece harcadıkları enerji miktarına göre değil, aynı zamanda sisteme bağlı oldukları için sabit bazda aylık ödeme yapmak zorunda kalacaklar. Devlet organlarının açıklamalarına göre, bu adım bir yandan tedarik altyapısının sabit tutulmasını ve şebeke maliyetlerinin adil paylaşılmasını sağlamaya, diğer yandan ise enerji hizmetlerinde daha şeffaf ve sürdürülebilir bir ekonomik model kurmaya hizmet ediyor.

Peki bu yaklaşım halk ve işletmeler tarafından nasıl karşılanacak? Yeni model, gerçek tüketim seviyesine az etki eden kullanıcılar için ek bir yük mü olacak, yoksa uzun vadeli istikrar ve hizmet kalitesi bu ödemeyi haklı çıkaracak mı?

Tarife reformunun temel amaçları

Enerji Bakan Yardımcısı Samir Veliyev, “Elektrik Enerjisi Hakkında” kanunda yapılan değişikliğin temel amacının tarifelerde maliyetlerin daha doğru yansıtılması olduğunu belirtti:

“Proje, Azerbaycan’da kamu hizmetleri alanında tarifelerin düzenlenmesinin iyileştirilmesi, tarife metodolojisinin uygulanması yönünde atılan bir sonraki önemli adımdır. Bu yeniliğin temel amacı, tarifelerde maliyetlerin daha doğru yansıtılmasıdır. Tüketicinin statüsünden, kamu hizmetlerinin kullanım seviyesinden bağımsız olarak, daha adil bir yaklaşım uygulanacaktır.”

Tarife yapısı ve mali mekanizmalar

Enerji İşleri Düzenleme Ajansı Direktör Yardımcısı Rövşen İsmayılov, sabit tarife unsurunun uygulanmasındaki temel amacın mali yükü artırmak olmadığını söyledi: “Tedarik şirketlerine tarifeler yoluyla yapılan ödemeler, o tedarik hizmetiyle ilgili izin verilen tarife maliyetleri seviyesinde sınırlandırılır. Bu böyle olduğu için, herhangi bir tarife unsurunun uygulanması, şu veya bu şekilde izin verilen tarife maliyetlerini artıramaz. Bu bakımdan, sabit tarifenin uygulanmasındaki temel amaç, tarife unsurlarının tedarik maliyetlerinin karakteri açısından, yani sabit ve değişken maliyetler açısından doğru bir şekilde yapılandırılması, aynı zamanda maliyetlerin tüketim tarifelerine adil bir şekilde aktarılmasının sağlanmasıdır.”

“Azerigaz”ın görüşü: sektör için yeni fırsatlar

“Azerigaz” Üretim Birliği Genel Müdürü Azer Memmedov, “Gaz Temini” hakkındaki kanun tasarısının sadece “Azerigaz” için değil, sektörün tüm katılımcıları için yeni fırsatlar yaratacağını kaydetti:

“Yeni kanun tasarısının kabul edilmesi, gaz sektöründe reformların hızlandırılması, açık ve şeffaf kuralların uygulanması, adil tarife mekanizmalarının kurulması ve tüketici ile güvenilir ilişkilerin oluşturulması açısından önemli bir aşama olacaktır. Gürcistan ve Türkiye gibi komşu ülkeler de bu yaklaşımdan yararlanarak gaz sektörüne yatırım akışını ve sanayinin modernizasyonunu hızlandırdılar. Azerbaycan da uzun vadeli kalkınma stratejisi çerçevesinde bu alanda sürekli adımlar atıyor ve uluslararası deneyimi dikkate alarak mevcut reformları daha da derinleştirmeye çalışıyor.”

Ayrıca, şu anda şebekelerin bir kısmının fiziksel olarak eski olduğunu ve bu nedenle yenilenmeleri için mali kaynaklara ihtiyaç duyulduğunu ekledi. Bu yönde belirli yatırım programları uygulanmasına rağmen, sürecin hızlı ilerlemesi için sürekli mali kaynaklara ihtiyaç var.”

Sabit tarife nasıl uygulanacak?

Milli Meclis Milletvekili Azer Badamov, “APA-Economics”e yaptığı açıklamada, sabit tarifenin – gazın veya elektriğin tüketim seviyesinden bağımsız olarak sabit nitelikli maliyetlerin ilgili icra organının belirlediği kurum tarafından belirlenen kısmının karşılanması amacıyla her bir tüketici için uygulanan aylık tarife unsuru olduğunu söyledi: “Bu miktar, her bir tüketici tarafından enerjiyi tüketip tüketmemesinden bağımsız olarak her ay ödenmeli, herkes için belirlenmiş sabit bir rakam olacaktır. Sabit tarifenin uygulanmasının amacı, tüm iletişimlerin işlerliğini sağlamak ve kesintisiz tüketime ortam yaratmaktır. Bu, gaz ve enerji tedariki ile ilgili yapılan reformların bir parçasıdır.”

Bilinçlendirme ve şeffaflık yetersiz

Enerji konuları uzmanı İlham Şaban ise, yeni değişiklikler ve bunların mahiyeti hakkında devlet kurumları tarafından vatandaşlara yeterli açıklayıcı bilginin verilmediğini belirtti: “Şimdiye kadar enerji sektöründeki dağıtım şebekeleri devletin sübvansiyonu, desteği sayesinde ve devlet şirketlerinin şemsiyesi altında ömür sürüyordu. Artık devlet tarafından verilen talimata göre, onlar kendilerini geçindirmeli, ticari bir kuruma dönüşmelidirler. Bu şebekeler, faaliyetlerini öyle kurmalıdırlar ki, hem kendi maliyetlerini karşılayabilsinler, hem de yatırım faaliyeti gerçekleştirebilsinler. Bu, uzun vadeli bir süreçtir. Devlet maliyesine umut bağlayan bir kurum artık kendi kendini geçindiren bir kuruma dönüşecek ve rekabet sonucunda faaliyet göstermek zorunda kalacak. Umarım bu yasalar yürürlüğe girdikten sonra pazarımızda radikal değişiklikler olacak. Temel unsurlardan biri, tüketicinin şebekeye bağlanmak için teknik şart almasıdır. O, belirli bir harç ödüyor ve şebekeye bağlanıyor. Ancak dağıtım şebekesi, tüm faaliyeti boyunca tüketicinin o şebekede kalmasını sağlıyor. Örneğin, bir kişinin birkaç dairesi var, ancak hepsinde yaşamıyor. Çünkü o dairelere yatırım aracı olarak bakıyor. Ancak onların saklanması maliyet gerektiriyor. Bu nedenle sabit tarife gündeme geliyor. Sabit tarifeye göre, şebekeyi kullansan da, kullanmasan da belirli bir ödeme yapmalısın. Devlet kurumlarının hiçbiri sabit tarife hakkında doğru ve ayrıntılı bilgi vermedi. Herkes, ayda bu kurumlara bir tüketiciden 15-20 manat ödeme geleceğini zannediyor. İnsanların buna tepkisini normal kabul etmek gerekiyor.”

Küresel ve bölgesel deneyim

Azerbaycan’da uygulanacak sabit tarifenin miktarının henüz belirlenmediğini kaydeden İlham Şaban, dünyada bu deneyimin 50 yıldan uzun süredir kullanıldığını söyledi: “Bu deneyim ilk olarak dünyanın gelişmiş ülkelerinde uygulandı. Şimdi ise çoğu ülkede var. Bizden birkaç yıl önce post-Sovyet ülkelerinde, Baltık ülkelerinde bu deneyim uygulandı. Hatta Orta Asya bölgesinde de bu deneyim var. Özbekistan ve Kırgızistan’da, Kazakistan’ın dört eyaletinde sabit tarife deneyimi mevcuttur. Bu ülkelerde tarifeler Azerbaycan manatı ile 0,70-1 manat arasında değişiyor. Birçok ülkede buna sayaç tarifesi diyorlar. İngiltere’de elektrik için yıllık sabit ödeme 300 İngiliz sterlinidir. Kanada ve ABD’de bu ödeme eyaletlerden bağımsız olarak her ay 20-25 ABD doları arasında değişiyor. Yeni Zelanda’da bu ödemeleri günlük hesaplayıp ayın sonunda tüketiciye gönderiyorlar. Çünkü bir ayda gün sayıları farklı oluyor. Bunu öyle şeffaf bir şekilde yapmışlar ki, tüketici kandırıldığını düşünmesin. Bizde de fiyatlar yaklaşık bu düzeyde olmalıdır. Kendimizden şişirilmiş tarifeler uygularsak, sistem çalışmayacak.”

Potansiyel gelir ve hizmet seviyesi

“Peki 0,70-1 manat civarında tarife dağıtım şirketlerine ne verecek?” Azerigaz”ın 2,6 milyon, “Azerişığ”ın 3 milyona yakın abonesi var. Ayda bir tüketici 1 manat ödeme yapsa, bu hesaba göre “Azerigaz” yılda yaklaşık 32 milyon manat, “Azerişığ” ise 36 milyon manat gelir elde edecek. Bu gelirle belirli işleri yapmak mümkün. Diğer yandan, onların bu işleri yapması için şeffaflık olmalıdır. Şimdiye kadar tarifeler artırıldığında hizmet seviyesinin arttığını hissetmedik. Demek ki, hizmet seviyesi de yükseltilmelidir ki, insanlar değişikliklere normal tepki versinler”, – diye İ. Şaban ekledi.

Yeni modelin başarısı için temel şartlar

Sonuç olarak, sabit tarife modeli Azerbaycan’da enerji politikasında yeni bir dönemin başlangıcı olarak değerlendirilebilir. Ancak bu modelin başarılı uygulanması sadece yasal zeminin oluşturulmasıyla değil, aynı zamanda halkın bilinçlendirilmesi, şeffaflık ve hizmet seviyesinin yükseltilmesiyle mümkün olacaktır. Devlet, vatandaş ve enerji tedarikçileri arasında karşılıklı güven ve şeffaflık bu konuda en önemli şartlardır.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top