Ermenistan’ın provokasyonlarının bir sonucu olarak, akrabalar öldürüldü, esir ve rehineler ifade etti

Ermenistan'ın provokasyonlarının bir sonucu olarak, akrabalar öldürüldü, esir ve rehineler ifade etti

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 21-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Zərərçəkmiş şəxs Kənan İsayev ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Füzuli rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qəlpə yarası aldığını bildirib.

Zərərçəkmiş Səfər Hacıyev 2011-ci ildə hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində güllə yarası aldığını deyib. O, hadisənin atəşkəsin Ermənistan silahlı qüvvələri tərəfindən pozulması zamanı baş verdiyini qeyd edib.

Zərərçəkmiş Vladislav Alimov ifadəsində 1992-ci ildə döyüşlər zamanı Şuşada qapalı kələ-beyin travması aldığını, Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülərək Xankəndiyə aparıldığını bildirib. O, oktyabrın 6-dək əsirlikdən azad olunaraq Azərbaycan tərəfinə təhvil verilib.

Vaqif Qənbərov ifadəsində 1993-cü ildə Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə döyüşlər zamanı əsir götürüldüyünü, İrəvana aparılaraq Ermənistan DTX-də saxlanıldığını bildirib. Daha sonra Gümrü şəhərinə aparılaraq orada saxlanılıb. Əsirlikdə olduğu vaxt işgəncələrə məruz qalıb. O, 1995-ci il mayın 12-də Azərbaycana qaytarıldığını bildirib.

Ağasəfər Şükürov ifadəsində 1994-cü il fevralın 14-də Kəlbəcər rayonunda döyüşlərdə qapalı kəllə-beyin travması alaraq əsir götürüldüyünü söyləyib. O, əvvəlcə qısa müddət Kəlbəcərdə, sonra isə Xankəndidə istintaq təcridxanasında, Şuşa həbsxanasında ağır şəraitdə saxlanılıb. 1995-ci il iyunun 8-də əsirlikdən azad olunub.

A.Şükürov deyib ki, əsirlikdə olduğu müddətdə bütün azərbaycanlılar – mülki şəxslər və hərbçilər döyülürdü. “Digərləri kimi mən də mütəmadi olaraq döyülürdüm, işgəncələrə məruz qalırdım. Məni avtomatın qundağı ilə, bellə, armaturla, dəyənəklə döyüblər. Ağzımdakı bütün dişlərimi sındırıblar”, – deyə o əlavə edib.

Zərərçəkmiş şəxs Şəhla Talıbova 1988-ci ildə Ermənistandakı dədə-baba yurdlarından deportasiya edildiyini, Şuşa rayonunda məskunlaşdıqlarını, həyat yoldaşının Xocalıda işləməsi ilə əlaqədar ora köçdüklərini bildirib. O, azərbaycanlılara qarşı təzyiqlər başlayanda avtobusa daş atılması nəticəsində 10 günlük körpəsinin gözünə şüşə qırığı batdığını söyləyib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı çətinliklə meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra Ağdama gedə bildiklərini deyib. O, soyqırımı zamanı onun qayınatası və qayınanası 7 gün girovluqda saxlanılıb. Habelə digər qohumları girovluqda saxlanılıb, bir qismi isə itkin düşüb.

“Övladlarım ciddi travma alıb. Bakıya qayıdandan sonra qızım ulduzları raketə bənzədirdi. Göydə ulduz görəndə deyirdi ana, raket atırlar, gedək…”, – deyə o əlavə edib.

Yeganə İbrahimova deyib ki, Kəlbəcərə hücum olan zaman 1993-cü ilin may ayında “KamAZ” markalı yük avtomobili ilə ərazidən çıxarkən “Tunel” adlı ərazidə maşın Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb. Həmin vaxt “KamAZ”da təxminən 40 nəfər, o cümlədən Y.İbrahimovanın doğmaları (5 nəfər) olub. Hadisə zamanı 15 yaşlı Y.İbrahimova, atası, anası, qardaşları yaralanıb. Özünə 8, 14 yaşlı qardaşı Müşfiqə 5 güllə dəyib. Atası Nadir Əliyev, anası Nüşabə Əliyeva və 11 yaşlı qardaşı Tural Əliyev avtomobildə yaralı vəziyyətdə yandırılaraq qətlə yetiriliblər, onların meyitləri indiyədək tapılmayıb.

O və qardaşı Müşfiq girov götürülüb. Girovların bir qismi, o cümlədən Y.İbrahimova Heyvalı kəndinə aparılıb. Girovluqda olduğu müddətdə Xankəndidə və Xocalıda saxlanılıb. Y.İbrahimova bildirib ki, dəyişdirilməsi üçün 1994-cü ildə əvvəlcə Ermənistana, oradan isə Rusiyanın Rostov vilayətinə aparılaraq azad edilib.

Həsən Qocayev ifadəsində 1994-cü il fevralın 12-dən 13-nə keçən gecə Kəlbəcər istiqamətində döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülərək Susuzluq kəndinə aparıldığını bildirib. Həmin vaxt o və digər azərbaycanlılar işgəncələrə məruz qalıb, ayaqlarından asılıb. Onun ayağını don vurub. H.Qocayev bildirib ki, hər iki ayağı ermənilər tərəfindən işgəncə verilməklə amputasiya edilib. O, Şuşada və Xankəndidə saxlanılıb, martın 26-da Azərbaycan tərəfinə təhvil verilib.

Rafiq İsmayılov ifadəsində 1993-cü il avqustun 24-də Füzulidə qızğın döyüşlər zamanı 6 güllə yarası alaraq əsir götürüldüyünü bildirib. Deyib ki, Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu yaralı vəziyyətdə döyüb, güllə yaraları aldığı yerləri təpikləyiblər.

R.İsmayılov həmin il sentyabrın 4-də Ermənistan silahlı qüvvələrinin hərbçilərinə məxsus “Niva” markalı avtomobillə əsirlikdən qaçdığını bildirib.

Zərərçəkmiş Elşən Talıbov ifadəsində 1990-cı il mayın 29-da Ağdamın Əliağalı kəndində həmkəndliləri Nuru Cəfərov və Ziyad Cəfərovla birlikdə ermənilər tərəfindən girov götürüldüyünü bildirib. Onlar girov götürülərkən döyülüb, üzərilərində olan pulları və əşyaları alınıb. 5 gün sonra 55 baş iribuynuzlu heyvan qarşılığında Azərbaycan tərəfinə təhvil veriliblər.

Hüseyn Əliyev ifadəsində 1995-ci il fevralın 1-də hərbi xidmətdə olarkən dumanlı havada yolu azması nəticəsində Tərtərdə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. 1 il 4 ay sonra Azərbaycan tərəfə qaytarılıb.

Ramal Hacıyev ifadəsində 2000-ci il oktyabrın 15-də dumanlı hava şəraitində Füzuli rayonunun Əbdürrəhmanlı kəndində Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürüldüyünü bildirib. 2001-ci il yanvarın 14-də əsirlikdən azad olunub.

Sahidə Ələkbərova ifadəsində Xocalı şəhərində anadan olduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecəyədək orada yaşadığını bildirib. Soyqırımı zamanı Qaraqaya adlandırılan yerdə girov götürülərək Əsgəran Polis Şöbəsinə aparılıb. Şəhərin işğalı nəticəsində evi və bütün əmlakı işğalçılara qalıb.

Bəxtiyar Şəbiyev 1993-cü ildə müharibə zamanı Laçında Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdə olduğu zaman İrəvanda saxlanılıb, həmin müddətdə döyülüb, işgəncələrə məruz qalıb. 1994-cü ilin may ayında əsirlikdən azad olunub.

İltizam Abışov ifadəsində soyqırımı zamanı Xocalıdan məcburi köçkün düşən vaxt girov götürüldüyünü, Əsgəran polis şöbəsinə aparıldığını deyib. Bir həftəlik döyülmələrdən və işgəncələrdən sonra girovluqdan azad olunub.

İlqar Abışov ifadəsində özündən əvvəl ifadə vermiş qardaşı İltizam Abışovun dediklərini təsdiqləyib.

İlham Ağamalıyev ifadəsində deyib ki, 1993-cü ilin may ayında Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Əvvəlcə Basarkeçərə, sonra İrəvana aparılıb. İşgəncələrə məruz qalıb, döyülüb. İki il sonra əsirlikdən azad olunaraq Azərbaycana qaytarılıb.

Cavid Müzəffərzadə, Anar Əliyev, Münasib Mirzəyev, Allahverdi Cabbarov ifadələrində müxtəlif istiqamətlərdə girov götürüldüklərini bildiriblər.

Elgün Ələkbərov ifadəsində pambıq zavodunda traktorçu işləyərkən 2021-ci ildə Tərtərdə Ermənistan silahlı qüvvələrinin basdırdığı tankəleyhinə minaya düşərək xəsarət aldığını söyləyib.

Vasif Quliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibə zamanı yaşadığı Tərtər rayonunun Qapanlı kəndində həyətinə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.

Polad İsmayılov ifadəsində 2024-cü il aprelin 2-də Tərtər rayonunun Çaylı kəndində heyvan otaran zaman minaya düşdüyünü bildirib. Hadisə zamanı özü və birlikdə olduğu həmyerliləri Arzuman Tağızadə və Elmin Bağırov xəsarət alıb.

Səbuhi Baxşalıyev bildirib ki, 2020-ci ildə 44 günlük müharibə zamanı – sentyabrın 28-də Tərtər rayonunun Əskipara kəndində yaşadığı evə mərminin düşməsi nəticəsində qəlpə yarası alıb, evi dağılıb, mal-heyvanı tələf olub.

Xəyal Babayev bildirib ki, 2021-ci ilin aprel ayında Suqovuşanda minatəmizləmə zamanı Ermənistan silahlı qüvvələrinin basdırdığı minanın partlaması nəticəsində xəsarət alıb.

Fərman Mehdiyev bildirib ki, 2005-ci il fevral ayında yaşadığı Tərtər rayonunun Qapanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində yaralanıb.

Vüsal Abbasov ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin atdığı minaatan mərmisinin partlaması nəticəsində ağır xəsarət aldığını bildirib. Hazırda ikinci qrup əlildir.

Fizuli Məmmədov ifadəsində 44 günlük müharibə zamanı – 2020-ci il oktyabrın 15-də vəfat etmiş xalasını Tərtər qəbiristanlığında dəfn edərkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində ağır yaralandığını deyib.

Rəşad Quluyev ifadəsində 44 günlük müharibə zamanı – 2020-ci il oktyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Bərdəyə atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.

Qənbər Əsədov ifadəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı kimi təcili yardım maşını ilə gedərkən rayon mərkəzinə mərmi düşməsi nəticəsində ağır xəsarətlər aldığını bildirib.

Ağa Süleymanov 2020-ci il oktyabrın 14-də yaşadığı Tərtər rayonunun Düyərli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində yaralandığını söyləyib.

Müşfiq Fərəcov ifadəsində 2020-ci il oktyabrın 9-da Tərtərdə yaşadığı evə 2 ədəd top mərmisi düşdüyünü bildirib.

Vaqif Əkbərov deyib ki, ANAMA əməkdaşı olaraq minatəmizləmə işləri görərkən 2023-cü il dekabrın 5-də Ağdamda mina partlayışı nəticəsində xəsarət alıb. Nəticədə sağ ayağının bir hissəsi amputasiya olunub.

Mamed Əhmədov ifadəsində 2016-cı il aprelin 2-də Tərtər rayonunda yaşadığı Şıxarx kəndinin artilleriya atəşinə tutulması nəticəsində yaralandığını deyib.

Yaşar Mamedov ifadəsində 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ağdaban faciəsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə 130 evlik kənd yandırılıb, dinc insanlar qətlə yetirilib.

Ələddin Məmmədov ifadəsində Aprel döyüşləri zamanı yaşadığı Tərtər rayonunun Qaraağacı kəndinə mərmi düşməsi nəticəsində evinə zərər dəydiyini bildirib.

Kamal Əliyev ifadəsində 1993-cü ildə Laçının işğalı zamanı 14 otaqlı evinin qaldığını, 2016-cı il aprelin 2-də isə yaşadığı Şıxarx kəndində mərmi düşməsi nəticəsində isə evinin yandığını söyləyib.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunurlar.

Ermenistan’ın Azerbaycan’a karşı askeri saldırısı sonucunda barış ve insanlığa karşı işlenen suçlar, savaş suçları, özellikle saldırgan savaşın hazırlanması ve yürütülmesi, soykırım, savaş yasalarını ve kurallarını ihlal etme, ayrıca terörizm, terörizmi finanse etme, iktidarı zorla ele geçirme, onu zorla tutma ve diğer birçok suçu işlemekle suçlanan Ermenistan Cumhuriyeti vatandaşları Arayik Harutyunyan, Arkadi Ğukasyan, Bako Sahakyan, Davit İşhanyan, David Babayan, Levon Mnatsakanyan ve diğerleri hakkındaki ceza davalarıyla ilgili açık duruşmanın inceleme oturumu 21 Temmuz’da devam etti.

Bakü Askeri Mahkemesi’nde yapılan mahkeme oturumunda, sanıkların her birine bildikleri dilde tercüman, ayrıca savunmaları için avukatlar sağlandı.

Oturumda sanıklar, savunmaları, mağdurların bir kısmı, onların yasal mirasçıları ve temsilcileri, ayrıca devlet suçlamasını savunan savcılar yer aldı.

Hakim Zeynal Ağayev, süreçte ilk kez yer alan mağdurlara mahkeme heyetini, devlet suçlamasını savunan savcıları, tercümanları vb. tanıttı, ayrıca onların yasal olarak öngörülen haklarını ve görevlerini açıkladı.

Mağdur Kenan İsayev ifadesinde, 2016 yılında meydana gelen Nisan savaşları sırasında Füzuli bölgesinde Ermenistan silahlı kuvvetlerinin sabotajı sonucu şarapnel yarası aldığını bildirdi.

Mağdur Sefer Hacıyev, 2011 yılında askerlik görevini yaparken Ermenistan silahlı kuvvetlerinin açtığı ateş sonucu kurşun yarası aldığını söyledi. Olayın, Ermenistan silahlı kuvvetleri tarafından ateşkesin ihlal edilmesi sırasında meydana geldiğini kaydetti.

Mağdur Vladislav Alimov ifadesinde, 1992 yılında çatışmalar sırasında Şuşa’da kapalı kafa travması aldığını, Ermenistan silahlı kuvvetlerinin askerleri tarafından esir alınarak Hankendi’ye götürüldüğünü bildirdi. 6 Ekim’e kadar esaretten kurtarılarak Azerbaycan tarafına teslim edildi.

Vagif Ganberov ifadesinde, 1993 yılında Kelbecer’de Ermenistan silahlı kuvvetlerinin askerleriyle çatışmalar sırasında esir alındığını, Erivan’a götürülerek Ermenistan DGM’de tutulduğunu bildirdi. Daha sonra Gümrü şehrine götürülerek orada tutuldu. Esaret altındayken işkenceye maruz kaldı. 12 Mayıs 1995’te Azerbaycan’a iade edildiğini bildirdi.

Ağasefer Şükürov ifadesinde, 14 Şubat 1994’te Kelbecer bölgesinde çatışmalarda kapalı kafa travması alarak esir alındığını söyledi. Önce kısa bir süre Kelbecer’de, sonra Hankendi’de soruşturma tecrit hücresinde, Şuşa hapishanesinde zor koşullarda tutuldu. 8 Haziran 1995’te esaretten kurtarıldı.

A.Şükürov, esaret altında olduğu sürede tüm Azerbaycanlıların – sivil şahıslar ve askerlerin dövüldüğünü söyledi. “Diğerleri gibi ben de sürekli dövülüyor, işkenceye maruz kalıyordum. Beni otomatik tüfeğin dipçiğiyle, kemerle, demir çubukla, sopayla dövdüler. Ağzımdaki tüm dişlerimi kırdılar”, – diye ekledi.

Mağdur Şehla Talibova, 1988 yılında Ermenistan’daki ata-baba topraklarından sınır dışı edildiğini, Şuşa bölgesine yerleştiklerini, eşinin Hocalı’da çalışması nedeniyle oraya taşındıklarını bildirdi. Azerbaycanlılara karşı baskılar başlayınca otobüse taş atılması sonucu 10 günlük bebeğinin gözüne cam kırığı battığını söyledi.

25 Şubat’tan 26 Şubat 1992’ye geçen gece meydana gelen Hocalı soykırımı sırasında zorlukla ormana kaçtıklarını, iki gün orada kaldıktan sonra Ağdam’a gidebildiklerini söyledi. Soykırım sırasında kayınpederi ve kayınvalidesinin 7 gün rehin tutulduğunu söyledi. Ayrıca diğer akrabaları rehin tutuldu, bir kısmı ise kayboldu.

“Çocuklarım ciddi travma aldı. Bakü’ye döndükten sonra kızım yıldızları rokete benzetiyordu. Gökyüzünde yıldız görünce anne, roket atıyorlar, gidelim…”, – diye ekledi.

Yegane İbrahimova, Kelbecer’e saldırı olduğu zaman 1993 yılının Mayıs ayında “KamAZ” marka kamyonla bölgeden çıkarken “Tünel” adlı bölgede aracın Ermenistan silahlı kuvvetleri tarafından ateşe maruz kaldığını söyledi. O zaman “KamAZ”da yaklaşık 40 kişi, ayrıca Y.İbrahimova’nın yakınları (5 kişi) bulunuyordu. Olay sırasında 15 yaşındaki Y.İbrahimova, babası, annesi, kardeşleri yaralandı. Kendisine 8, 14 yaşındaki kardeşi Müşfik’e 5 kurşun isabet etti. Babası Nadir Aliyev, annesi Nüşabe Aliyeva ve 11 yaşındaki kardeşi Tural Aliyev araçta yaralı halde yakılarak öldürüldüler, cesetleri bugüne kadar bulunamadı.

O ve kardeşi Müşfik rehin alındı. Rehinelerin bir kısmı, ayrıca Y.İbrahimova Heyvalı köyüne götürüldü. Rehin tutulduğu sürede Hankendi’de ve Hocalı’da tutuldu. Y.İbrahimova, takas edilmesi için 1994 yılında önce Ermenistan’a, oradan ise Rusya’nın Rostov bölgesine götürülerek serbest bırakıldığını bildirdi.

Hasan Kocayev ifadesinde, 12 Şubat’tan 13 Şubat 1994’e geçen gece Kelbecer istikametinde çatışmalar sırasında Ermenistan silahlı kuvvetleri tarafından esir alınarak Susuzluk köyüne götürüldüğünü bildirdi. O zaman o ve diğer Azerbaycanlılar işkenceye maruz kaldı, ayaklarından asıldı. Ayağını don vurdu. H.Kocayev, her iki ayağının Ermeniler tarafından işkence verilerek ampute edildiğini bildirdi. Şuşa’da ve Hankendi’de tutuldu, 26 Mart’ta Azerbaycan tarafına teslim edildi.

Rafik İsmayılov ifadesinde, 24 Ağustos 1993’te Füzuli’de sıcak çatışmalar sırasında 6 kurşun yarası alarak esir alındığını bildirdi. Ermenistan silahlı kuvvetlerinin askerlerinin onu yaralı halde dövdüğünü, kurşun yarası aldığı yerleri tekmelediğini söyledi.

R.İsmayılov, aynı yılın 4 Eylül’ünde Ermenistan silahlı kuvvetlerinin askerlerine ait “Niva” marka araçla esaretten kaçtığını bildirdi.

Mağdur Elşen Talibov ifadesinde, 29 Mayıs 1990’da Ağdam’ın Aliağalı köyünde hemşehrileri Nuru Ceferov ve Ziyad Ceferov’la birlikte Ermeniler tarafından rehin alındığını bildirdi. Onlar rehin alınırken dövüldü, üzerlerindeki paraları ve eşyaları alındı. 5 gün sonra 55 baş büyükbaş hayvan karşılığında Azerbaycan tarafına teslim edildiler.

Hüseyin Aliyev ifadesinde, 1 Şubat 1995’te askerlik görevini yaparken sisli havada yolu kaybetmesi sonucu Terter’de Ermenistan silahlı kuvvetlerinin askerleri tarafından esir alındığını bildirdi. 1 yıl 4 ay sonra Azerbaycan tarafına iade edildi.

Ramal Hacıyev ifadesinde, 15 Ekim 2000’de sisli hava koşullarında Füzuli bölgesinin Abdurrahmanlı köyünde Ermenistan silahlı kuvvetlerinin askerleri tarafından esir alındığını bildirdi. 14 Ocak 2001’de esaretten kurtarıldı.

Sahide Elekberova ifadesinde, Hocalı şehrinde doğduğunu, 25 Şubat’tan 26 Şubat 1992’ye geçen geceye kadar orada yaşadığını bildirdi. Soykırım sırasında Karagaya olarak adlandırılan yerde rehin alınarak Askeran Polis Şubesine götürüldü. Şehrin işgali sonucu evi ve tüm emlakı işgalcılara kaldı.

Bahtiyar Şebiyev, 1993 yılında savaş sırasında Laçın’da Ermenistan silahlı kuvvetleri tarafından esir alındığını bildirdi. Esaret altında olduğu zaman Erivan’da tutuldu, o süre içinde dövüldü, işkenceye maruz kaldı. 1994 yılının Mayıs ayında esaretten kurtarıldı.

İltizam Abışov ifadesinde, soykırım sırasında Hocalı’dan zorunlu göçmen düşen vakit rehin alındığını, Askeran polis şubesine götürüldüğünü söyledi. Bir haftalık dövülmelerden ve işkencelerden sonra rehinelikten serbest bırakıldı.

İlgar Abışov ifadesinde, kendisinden önce ifade vermiş kardeşi İltizam Abışov’un söylediklerini doğruladı.

İlham Ağamaliyev ifadesinde, 1993 yılının Mayıs ayında Ermenistan silahlı kuvvetlerinin askerleri tarafından esir alındığını söyledi. Önce Basarkeçer’e, sonra Erivan’a götürüldü. İşkenceye maruz kaldı, dövüldü. İki yıl sonra esaretten kurtarılarak Azerbaycan’a iade edildi.

Cavid Muzefferzade, Anar Aliyev, Münasib Mirzeyev, Allahverdi Cabbarov ifadelerinde çeşitli istikametlerde rehin alındıklarını bildirdiler.

Elgün Elekberov ifadesinde, pamuk fabrikasında traktör şoförü olarak çalışırken 2021 yılında Terter’de Ermenistan silahlı kuvvetlerinin yerleştirdiği tank mayınında kalarak yaralandığını söyledi.

Vasif Guliyev ifadesinde, 2020 yılında 44 günlük savaş sırasında yaşadığı Terter bölgesinin Gapanlı köyünde bahçesine Ermenistan silahlı kuvvetlerinin attığı merminin patlaması sonucu yaralandığını söyledi.

Polad İsmayılov ifadesinde, 2 Nisan 2024’te Terter bölgesinin Çaylı köyünde hayvan otlatırken mayına bastığını bildirdi. Olay sırasında kendisi ve birlikte olduğu hemşehrileri Arzuman Tağızade ve Elmin Bağırov yaralandı.

Sebuhi Bakşalıyev, 2020 yılında 44 günlük savaş sırasında – 28 Eylül’de Terter bölgesinin Eskipara köyünde yaşadığı eve merminin düşmesi sonucu şarapnel yarası aldığını, evinin yıkıldığını, hayvanlarının telef olduğunu bildirdi.

Hayal Babayev, 2021 yılının Nisan ayında Suqovuşan’da mayın temizleme sırasında Ermenistan silahlı kuvvetlerinin yerleştirdiği mayının patlaması sonucu yaralandığını bildirdi.

Ferman Mehdiyev, 2005 yılının Şubat ayında yaşadığı Terter bölgesinin Gapanlı köyünün Ermenistan silahlı kuvvetleri tarafından ateşe tutulması sonucu yaralandığını bildirdi.

Vüsal Abbasov ifadesinde, 2016 yılında meydana gelen Nisan savaşları sırasında Ermenistan silahlı kuvvetlerinin attığı havan mermisinin patlaması sonucu ağır yaralandığını bildirdi. Şu anda ikinci grup engellidir.

Fizuli Memmedov ifadesinde, 44 günlük savaş sırasında – 15 Ekim 2020’de vefat etmiş halasını Terter mezarlığında defnederken Ermenistan silahlı kuvvetlerinin topçu ateşi sonucu ağır yaralandığını söyledi.

Reşad Guluyev ifadesinde, 44 günlük savaş sırasında – 16 Ekim 2020’de Ermenistan silahlı kuvvetlerinin Berde’ye attığı m

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top