Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 2,1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Cumhurbaşkanı İlham Aliyev, Sabirabad bölgesinin Hacıgabul-Behremtepe-Mincivan (10 km)-Sabirabad otoyolunun esaslı onarımıyla ilgili tedbirler hakkında bir Kararname imzaladı.
APA’nın haberine göre, Kararname uyarınca, altmış bir bin nüfusun yaşadığı 15 yerleşim yerini birbirine bağlayan Hacıgabul-Behremtepe-Mincivan (10 km)-Sabirabad otoyolunun esaslı onarımının yapılması amacıyla başlangıç olarak 2,1 milyon manat Azerbaycan Devlet Otoyolları Ajansı’na tahsis edildi.
Azerbaycan Cumhuriyeti Maliye Bakanlığı, bu Kararnamenin 1. bölümünde belirtilen miktarda finansmanı sağlamalı, Azerbaycan Cumhuriyeti Ekonomi Bakanlığı, bu Kararnamenin 1. bölümünde belirtilen otoyolun esaslı onarımının devam ettirilmesi için gerekli olan mali kaynakları Azerbaycan Cumhuriyeti’nin 2026 yılı devlet bütçe tasarısında devlet esaslı sermaye yatırımı harcamalarının dağılımında öngörmeli ve Azerbaycan Cumhuriyeti Bakanlar Kurulu bu Kararnameden kaynaklanan sorunları çözmelidir.