Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə bağlı Şamaxıda jurnalistlər arasında minifutbol turniri keçirilib. “Avrora Qrup”un sponsorluğu, İdman Araşdırmalar Mərkəzinin təşkilatlığı ilə Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 30-dan çox media orqanının əməkdaşı iştirak edib.
İki gün davam edən turnirin 3-cü yer uğrunda oyununda informasiya agentlikləri və qəzetlərin jurnalistlərindən ibarət “Əkinçi” komandası ictimai-siyasi xəbər saytlarının jurnalistlərindən ibarət “Ziya” komandası ilə qarşılaşıb. Oyun “Əkinçi”nin 7:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnirin final oyununda isə televiziya işçilərindən formalaşan “Kaspi” komandası idman saytlarının nümayəndələrinin olduğu “Kəşkül” kollektivi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Kaspi”çilər 3:1 hesabı ilə qalib gələrək kuboku başları üzərinə qaldırıblar.
Mükafatlandırma mərasimində ilk 3 yerin sahibləri – “Kaspi”, “Kəşkül” və “Əkinçi” müvafiq olaraq, qızıl, gümüş və bürünc medallarla, bütün iştirakçılar isə fəxri fərmanlarla təltif ediliblər.
Turnirin ən yaxşı qapıçısı “Kəşkül”ün qolkiperi Kənan Məstəliyev, yarışın ən yaxşı oyunçusu isə “Kaspi”nin üzvü Nurani İsgəndərov sayılıb. Onlara xüsusi mükafat verilib.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə fəxri fərmanlar və baş sponsor “Avrora Qrup”un hədiyyələri təqdim olunub.
Azerbaycan Milli Basını’nın 150. yıl dönümü dolayısıyla Şamahı’da gazeteciler arasında mini futbol turnuvası düzenlendi. “Avrora Grup”un sponsorluğunda, İdman Araştırmalar Merkezi’nin organizasyonuyla Şamahı Olimpiyat Spor Kompleksi’nde düzenlenen yarışmaya 30’dan fazla medya kuruluşunun çalışanı katıldı.
İki gün süren turnuvanın 3’üncülük maçında haber ajansları ve gazetelerin gazetecilerinden oluşan “Ekinci” takımı, sosyal ve siyasi haber sitelerinin gazetecilerinden oluşan “Ziya” takımıyla karşılaştı. Maç, “Ekinci”nin 7:3’lük galibiyetiyle sonuçlandı.
Turnuvanın final maçında ise televizyon çalışanlarından oluşan “Kaspi” takımı, spor sitelerinin temsilcilerinden oluşan “Keşkül” kolektifiyle karşılaştı. Gergin bir spor mücadelesi ortamında geçen maçta “Kaspi”ciler 3:1’lik skorla galip gelerek kupayı başlarının üzerine kaldırdılar.
Ödül töreninde ilk 3 sırayı alan “Kaspi”, “Keşkül” ve “Ekinci” sırasıyla altın, gümüş ve bronz madalyalarla, tüm katılımcılar ise fahri fermanlarla ödüllendirildi.
Turnuvanın en iyi kalecisi “Keşkül”ün kalecisi Kenan Mästaliyev, yarışmanın en iyi oyuncusu ise “Kaspi”nin üyesi Nurani İskenderov seçildi. Onlara özel ödül verildi.
Son olarak etkinlikte yer alan şehit ailelerinin üyelerine fahri fermanlar ve ana sponsor “Avrora Grup”un hediyeleri takdim edildi.