Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində keçirilən Nazirlər görüşündə çıxış edib.
Komitədən APA-ya verilən məlumata görə, Anar Quliyev Azərbaycanın şəhərsalma və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi islahatlar, əldə olunan nailiyyətlər və qarşıya qoyulmuş strateji prioritetlər barədə məlumat verib.
Komitə sədri şəhərsalma sahəsində qəbul edilmiş kompleks və inteqrasiya olunmuş yanaşmaların sosial rifaha, iqlim dəyişikliklərinə uyğunlaşmaya və iqtisadi dayanıqlığa töhfə verdiyini diqqətə çatdırıb.
Anar Quliyev iqlim dəyişikliyi, iqtisadi qeyri-müəyyənlik və sosial bərabərsizlik kimi problemlərin bir-biri ilə sıx bağlı olduğunu və bu çağırışların daha qabarıq şəkildə məhz şəhər mühitlərində özünü göstərdiyini bildirib. Komitə sədri vurğulayıb ki, proqnozlara əsasən 2050-ci ilədək dünya əhalisinin 70 faizədək hissəsi şəhərlərdə yaşayacaq və bu səbəbdən də şəhərlərin davamlı inkişafı qlobal gündəliyin prioritet istiqamətlərindən biri olmalıdır.
Həmçinin qeyd olunub ki, şəhər mühitinin düzgün planlaşdırılması və idarə olunması Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında da həlledici rol oynayır və bu kontekstdə şəhərlərin baş planları inklüzivlik, təhlükəsizlik, əlçatanlıq və dayanıqlılıq baxımından əsas strateji alətlərdən biridir.
Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalmanın prioritet istiqamət olduğunu qeyd edən Komitə sədri ölkəmizin iqlim dəyişiklikləri və urbanizasiya sahəsində beynəlxalq səylərə fəal töhfə verdiyini diqqətə çatdırıb. Bu xüsusda, COP29 çərçivəsində Azərbaycanın təqdim etdiyi “Dayanıqlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsünün şəhərsalma ilə səhiyyə və iqlim siyasətləri arasında inteqrasiyanı təmin etdiyini bildirib.
Çıxış zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı şəhərsalma və bərpa işləri, işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “yaşıl enerji zonası” konsepsiyalarına uyğun şəkildə həyata keçirilən layihələr haqda məlumat verilib və bunun regional sabitliyə, iqtisadi dirçəlişə və dayanıqlı inkişaf hədəflərinə xidmət etdiyi qeyd edilib.
Komitə sədri həmçinin 2026-cı ilin may ayında Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası haqqında məlumat verib. O, Forumun şəhərsalma sahəsində qabaqcıl təcrübələrin bölüşməsi, tərəfdaşlıqların gücləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm platforma olduğunu bildirib və bütün ölkələri, beynəlxalq təşkilatları bu mühüm tədbirdə fəal iştirak etməyə dəvət edib.
Azerbaycan Cumhuriyeti Devlet Şehircilik ve Mimarlık Komitesi Başkanı Anar Guliyev, BM Ekonomik ve Sosyal Konseyi (ECOSOC) tarafından New York’ta düzenlenen Yüksek Düzeyli Siyasi Forum çerçevesinde gerçekleştirilen Bakanlar toplantısında konuşma yaptı.
Komiteden APA’ya verilen bilgiye göre, Anar Guliyev, Azerbaycan’ın şehircilik ve sürdürülebilir kalkınma alanında gerçekleştirdiği reformlar, elde edilen başarılar ve belirlenen stratejik öncelikler hakkında bilgi verdi.
Komite Başkanı, şehircilik alanında kabul edilen karmaşık ve entegre yaklaşımların sosyal refaha, iklim değişikliklerine uyum sağlamaya ve ekonomik dayanıklılığa katkıda bulunduğunu dikkat çekti.
Anar Guliyev, iklim değişikliği, ekonomik belirsizlik ve sosyal eşitsizlik gibi sorunların birbiriyle yakından ilişkili olduğunu ve bu zorlukların daha belirgin şekilde şehir ortamlarında kendini gösterdiğini belirtti. Komite Başkanı, tahminlere göre 2050 yılına kadar dünya nüfusunun %70’e kadarının şehirlerde yaşayacağını ve bu nedenle şehirlerin sürdürülebilir kalkınmasının küresel gündemin öncelikli alanlarından biri olması gerektiğini vurguladı.
Ayrıca, şehir ortamının doğru planlanması ve yönetilmesinin Sürdürülebilir Kalkınma Amaçları’nın uygulanmasında da belirleyici bir rol oynadığı ve bu bağlamda şehirlerin ana planlarının kapsayıcılık, güvenlik, erişilebilirlik ve sürdürülebilirlik açısından temel stratejik araçlardan biri olduğu belirtildi.
Azerbaycan’ın milli kalkınma stratejisinde şehirciliğin öncelikli bir alan olduğunu kaydeden Komite Başkanı, ülkenin iklim değişiklikleri ve kentleşme alanındaki uluslararası çabalara aktif katkıda bulunduğunu dikkat çekti. Bu hususta, COP29 çerçevesinde Azerbaycan’ın sunduğu “Sürdürülebilir ve Sağlıklı Şehirler için Çok Sektörlü Faaliyet Yolları” girişiminin şehircilik ile sağlık ve iklim politikaları arasında entegrasyonu sağladığını bildirdi.
Konuşma sırasında, Karabağ ve Doğu Zengezur ekonomik bölgelerinde yürütülen geniş kapsamlı şehircilik ve restorasyon çalışmaları, işgalden kurtarılmış bölgelerde “akıllı şehir” ve “yeşil enerji bölgesi” konseptlerine uygun olarak hayata geçirilen projeler hakkında bilgi verildi ve bunun bölgesel istikrara, ekonomik canlanmaya ve sürdürülebilir kalkınma hedeflerine hizmet ettiği kaydedildi.
Komite Başkanı ayrıca, 2026 yılının Mayıs ayında Azerbaycan’ın başkenti Bakü’de düzenlenecek Dünya Şehircilik Forumu’nun (WUF13) 13. oturumu hakkında bilgi verdi. Forumun şehircilik alanında öncü uygulamaların paylaşılması, ortaklıkların güçlendirilmesi ve uluslararası işbirliğinin geliştirilmesi için önemli bir platform olduğunu belirterek, tüm ülkeleri ve uluslararası kuruluşları bu önemli etkinliğe aktif olarak katılmaya davet etti.