DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti göstərən sürücülərə müraciət edib.
İdarədən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:
“Son günlər yük avtomobillərinin iştirakı ilə baş verən aşma, toqquşma, maneəvurma hadisələrinə tez-tez rast gəlinir. Ağır fəsadlarla müşayət olunan bu növ qəzalar əsasən avtomobilin istirahət rejiminə əməl olunmadan yorğun, yuxusuz, eləcə də nasaz halda idarə edilməsi, yükün düzgün qablaşdırılmaması, sürət həddinin aşılması, kəskin manevr etmə, hərəkət zamanı diqqəti yayındıran hərəkətlərə aludəçilik kimi məsuliyyətsiz davranışlardan qaynaqlanır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterik olan isti hava şəraitinin yol hərəkəti zamanı əlavə çətinliklər yaratdığını da nəzərə alaraq, bir daha sürücülərə, yük daşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları əvvəllər yaşanmış acı təcrübələrdən düzgün nəticə çıxarmağa, yuxarıda sadlanan və hər biri insan həyatı üçün təhlükə yaradan qayda pozuntularından çəkinməyə çağırır.
Unutmayaq ki, sükan arxasında məsuliyyətsizlik təkcə sürücünün özü üçün yox, həm də onun doğmaları və bütünlükdə cəmiyyət üçün ağır nəticələr yarada bilər!”
DİN’in Baş Devlet Yol Polisi İdaresi, yük taşıma faaliyeti gösteren sürücülere başvuruda bulundu.
İdareden APA’ya verilen bilgiye göre, başvuruda şöyle deniliyor:
“Son günlerde yük araçlarının katılımıyla meydana gelen devrilme, çarpışma, engelleme olaylarına sık sık rastlanmaktadır. Ağır sonuçlarla müşahhas olan bu tür kazalar, esasen otomobilin dinlenme rejimine uyulmadan yorgun, uykusuz, ayrıca arızalı halde idare edilmesi, yükün düzgün paketlenmemesi, hız sınırının aşılması, keskin manevra yapma, hareket sırasında dikkati dağıtan hareketlere bağımlılık gibi sorumsuz davranışlardan kaynaklanmaktadır.
Baş Devlet Yol Polisi İdaresi, şu anda mevsim için karakteristik olan sıcak hava koşullarının yol hareketi sırasında ek zorluklar yarattığını da dikkate alarak, bir kez daha sürücülere, yük taşıma faaliyeti gösteren fiziksel ve tüzel kişilere başvurarak onları önceden yaşanmış acı tecrübelerden doğru sonuç çıkarmaya, yukarıda sıralanan ve her biri insan hayatı için tehlike yaratan kural ihlallerinden kaçınmaya çağırıyor.
Unutmayalım ki, direksiyon başında sorumsuzluk sadece sürücünün kendisi için değil, hem de onun yakınları ve bütünüyle toplum için ağır sonuçlar yaratabilir!”