Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 24-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Zərərçəkmiş şəxs Əhəd Əliyev ifadəsində 1990-cı il yanvarın 3-də Xocavənd rayonunun Axullu kəndində ermənilər tərəfindən girov götürüldüyünü deyib. O, girovluq zamanı döyüldüklərini, təhqir olunduqlarını bildirib.
Bəhman Məhərrəmov ifadəsində 1991-ci il sentyabrın 6-da Xankəndi şəhəri və Xocalı rayonu arasındakı Həsənabad kəndində əsir götürüldüyünü, əsirlik müddətində işgəncələrə məruz qaldıqlarını qeyd edib. O, 85 gün sonra əsirlikdən qaçdıqlarını vurğulayıb.
Səfər Əliyev Cocuq Mərcanlı kəndində, Firdovsi Quliyev və Aydın Verdiyev Ağdamda minaya düşərək xəsarət aldıqlarını diqqətə çatdırıblar.
Natiq Mamedov ifadəsində 2021-ci il noyabrın 29-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Mehdili kəndində minaya düşərək xəsarət aldığını söyləyib.
Şəmistan Bayramov 2020-ci ildə baş vermiş 44 günlük müharibənin ilk günündə – sentyabrın 27-də yaşadığı Ağcabədi rayonunda həyətinə mərmi düşməsi nəticəsində xəsarət aldığını deyib.
Faiq Abışov ifadəsində qardaşı Əmrah Abışovun Vətən müharibəsində şəhid olduğu ərazini görmək üçün gedərkən minaya düşdüyünü, nəticədə xəsarət aldığını söyləyib. Qeyd edib ki, hadisə 2024-cü il yanvarın 21-də baş verib.
İrşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 24-də Ağdamın Abdal kəndində minaya düşərək xəsarət aldığını bildirib.
Zərərçəkmiş Yunis İsmayılov ifadəsində 2023-cü il sentyabrın 7-də Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minaya düşərək sağ ayağını itirdiyini qeyd edib.
Həmin vaxt onunla birlikdə xəsarət alaraq yaralanmış Ruhin Novruzov Y.İsmayılovun ifadəsində qeyd etdiyi halları təsdiqləyib.
Şahbaz Hüseynov ifadəsində 1990-cı il yanvarın 10-da Xocavənd rayonunda girov götürüldüyünü, Xankəndiyə aparıldığını, döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib. O, həmin il yanvarın 24-də girovluqdan qaçdığını söyləyib.
Azər Quliyev ifadəsində 1993-cü ildə Kəlbəcərin işğalı zamanı ailəlikcə rayondan çıxan zaman “Tunel” adlandırılan ərazidə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduqlarını diqqətə çatdırıb. Həmin vaxt o, 7 güllə yarası alıb və girov götürülüb. Hadisə zamanı yaralanmış körpə bacısının isə öldüyünü bildiriblər. Bacısının sonrakı taleyindən 33 ildir məlumat ala bilmir.
Murad Sultanov ifadəsində 1991-ci ilin fevralında Ağdamdan Xocavənd istiqamətində gedərkən qardaşının körpə qızı ilə birlikdə girov götürüldüyünü deyib. Körpə bir evdə saxlanılıb, özü isə başqa yerdə döyülüb, işgəncələrə məruz qalıb. Üç gündən sonra azad olunub.
Rəşad Quliyev ifadəsində 2023-cü il sentyabrın 20-də antiterror əməliyyatı zamanı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin atdığı mərminin partlaması nəticəsində yaralandığını söyləyib.
Rəhim Abışov ifadəsində 1991-ci il dekabrın 22-də Tərtər rayonunda girov götürülüdüyünü, işgəncələrə məruz qaldığını deyib.
Ayxan Mamedov 2021-ci il fevralın 4-də Ağdamda minaya düşdüyünü bildirib. O, hadisə zamanı özü ilə birlikdə 5 nəfərin xəsarət aldığını xatırlayıb.
Məcid Adıgözəlov 1990-cı il mayın 19-da Xocavənd rayonunun Binədərəsi kəndi yaxınlığında girov götürüldüyünü bildirib. O, girovluqda üç gün saxlanılıb. Girovluqda olduğu zaman vəhşicəsinə döyülüb, işgəncələrə məruz qalıb. Həmin vaxt aldığı xəsarətlərə görə səhhətinə zərər dəyib, nəticədə yaddaş problemi yaranıb.
Vaqif Əliyev ifadəsində 1993-cü il iyulun 29-da Ağdamda əsir götürüldüyünü, avqustun 23-də azad olunduğunu qeyd edib. Əsirlikdə olduğu müddətdə döyülüb, işgəncələrə məruz qalıb.
Zərərçəkmiş şəxslər Elməddin Mirzəyev və Babək Abdunov Ermənistan silahlı qüvvələrinin basdırdığl minaların partlaması nəticəsində yaralandıqlarını bildiriblər.
Digər zərərçəkmiş şəxslər Fazilə Hacıyeva, Baloğlan Salmanov, Azər Musayev, Səmiyəddin Əsgərov, Ziyad Cəfərov, Rafiq Quliyev müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən girov, Qabil Süleymanov, Fərhad Fərhadov, Altay Abdullayev, Ərəstun Kərimov, Rizvan Əsədov, Rafiq Paşayev, Mehman Bayramov isə müxtəlif tarixlərdə əsir götürüldüklərini bildiriblər. Onların hər biri döyülüb, işgəncələrə məruz qalıb.
Malik İsfəndiyarov, Elgiz Qarayev, Eşqin Allahyarov, Tağı Adıgözəlov, Rəhbər Məmmədov, Vaqif Hüseynov, İlham Abdullayev, Pərvin Orucov, Qabil Yusifov, Oruc Hüseynov, Samir Sadıqov, Samir Əmirov, İsmayıl Poladov isə ayrı-ayrı vaxtlarda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər.
Zərərçəkmiş digər mülki şəxslə Maxruq Məmmədova (2020-ci il sentyabrın 27-də) və Bəxtiyar İbrahimov (2016-cı ildə Aprel döyüşləri zamanı) Ermənistan silahlı qüvvələrinin atdığı mərmilərin partlaması nəticəsində evlərinin zərər gördüyünü qeyd ediblər.
İxtiyar Rəhimov ifadəsində 2016-cı ildə Aprel döyüşləri zamanı Ağdamda yaşadığı evə Ermənistan silahlı qüvvələrinin atdığı mərminin düşdüyünü bildirib. Nəticədə evə zərər dəyib, qızı isə hadisə zamanı keçirdiyi qorxu və stressdən iflic olub, hələ də müalicə alır.
Mirmövsüm Eynalov ifadəsində 44 günlük müharibə zamanı iki dəfə yaralandığını söyləyib.
Bəxtiyar Nağıyev ifadəsində 1994-cü ildə yaralı vəziyyətdə əsir götürüldüyünü, Şuşada 1 il 10 ay saxlanıldığını deyib. Əsirlikdə işgəncələrə məruz qalıb, qeyri-qanuni olaraq işlədilib. Şuşa avtobazasında işlədilən zaman digər azərbaycanlılarla birlikdə əsirlikdən qaçıb.
Digər zərərçəkmiş şəxslər Dilşad Quliyeva, Arif Quliyev, Ülfət Abbasov, Güllər Hüseynova, Məhəmməd Vəliyev, Bahar Sultanova, Ələkbər Məmmədov, Adil Məmişov, Zöhrab Teymurov, Əkbər Əkbərov, Zibər İbrahimova Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində müxtəlif vaxtlarda zərər çəkdiklərini bildiriblər.
Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.
Ermenistan’ın Azerbaycan’a karşı askeri saldırısı sonucunda barış ve insanlığa karşı suçlar, savaş suçları, bunlara saldırgan savaşın hazırlanması ve yürütülmesi, soykırım, savaş yasalarını ve kurallarını ihlal etme, ayrıca terörizm, terörizmi finanse etme, iktidarı zorla ele geçirme, onu zorla tutma ve diğer çok sayıda suç işlemekle suçlanan Ermenistan Cumhuriyeti vatandaşları Arayik Harutyunyan, Arkadi Ğukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan ve diğerleri hakkındaki ceza davalarında açık mahkeme sürecinin inceleme oturumu 24 Temmuz’da devam etti.
Bakü Askeri Mahkemesi’nde yapılan mahkeme oturumunda, sanıkların her birine bildikleri dilde tercüman, ayrıca savunmaları için avukatlar sağlandı.
Oturuma sanıklar, savunucuları, mağdurların bir kısmı, onların yasal mirasçıları ve temsilcileri, ayrıca devlet suçlamasını savunan savcılar katıldı.
Hakim Zeynal Ağayev, süreçte ilk kez yer alan mağdurlara mahkeme heyetini, devlet suçlamasını savunan savcıları, tercümanları vb. tanıttı, ayrıca onların mevzuatla öngörülen haklarını ve görevlerini açıkladı.
Mağdur Şahıs Ehet Aliyev ifadesinde 3 Ocak 1990’da Hocavend ilinin Ahullu köyünde Ermeniler tarafından rehin alındığını söyledi. O, rehinlik süresince dövüldüklerini, aşağılandıklarını bildirdi.
Behmen Meherremov ifadesinde 6 Eylül 1991’de Hankendi şehri ve Hocalı ilçesi arasındaki Hasenabad köyünde esir alındığını, esaret süresince işkenceye maruz kaldıklarını kaydetti. O, 85 gün sonra esaretten kaçtıklarını vurguladı.
Sefer Aliyev Cocuq Mercanlı köyünde, Firdovsi Guliyev ve Aydın Verdiyev Ağdam’da mayına basarak yaralandıklarını dikkat çekti.
Natik Mamedov ifadesinde 29 Kasım 2021’de Cebrayıl ilinin işgalden kurtarılmış Mehdili köyünde mayına basarak yaralandığını söyledi.
Şemistan Bayramov, 2020’de meydana gelen 44 günlük savaşın ilk gününde – 27 Eylül’de yaşadığı Ağcabedi ilçesinde bahçesine mermi düşmesi sonucunda yaralandığını söyledi.
Faik Abışov ifadesinde kardeşi Emrah Abışov’un Vatan savaşında şehit olduğu alanı görmek için giderken mayına bastığını, sonuç olarak yaralandığını söyledi. Olayın 21 Ocak 2024’te meydana geldiğini kaydetti.
İrşad Guliyev ifadesinde 24 Eylül 2023’te Ağdam’ın Abdal köyünde mayına basarak yaralandığını bildirdi.
Mağdur Yunis İsmailov ifadesinde 7 Eylül 2023’te Ağdere istikametinde savaş görevini yerine getirirken mayına basarak sağ ayağını kaybettiğini kaydetti.
O zaman onunla birlikte yaralanan Ruhin Novruzov Y.İsmailov’un ifadesinde belirttiği durumları doğruladı.
Şahbaz Hüseynov ifadesinde 10 Ocak 1990’da Hocavend ilçesinde rehin alındığını, Hankendi’ye götürüldüğünü, dövüldüğünü, işkenceye maruz kaldığını bildirdi. O, o yılın 24 Ocak’ında rehinlikten kaçtığını söyledi.
Azer Guliyev ifadesinde 1993’te Kelbecer’in işgali sırasında ailesiyle birlikte ilçeden çıkarken “Tünel” olarak adlandırılan alanda Ermenistan silahlı kuvvetleri tarafından ateş açıldığını dikkat çekti. O zaman o, 7 kurşun yarası aldı ve rehin alındı. Olay sırasında yaralanan küçük kız kardeşinin ise öldüğünü bildirdiler. Kız kardeşinin sonraki kaderinden 33 yıldır haber alamıyor.
Murat Sultanov ifadesinde 1991 yılının Şubat ayında Ağdam’dan Hocavend istikametinde giderken kardeşinin küçük kızıyla birlikte rehin alındığını söyledi. Küçük kız bir evde saklandı, kendisi ise başka bir yerde dövüldü, işkenceye maruz kaldı. Üç gün sonra serbest bırakıldı.
Reşad Guliyev ifadesinde 20 Eylül 2023’te antiterör operasyonu sırasında Ermenistan silahlı kuvvetlerinin kalıntıları ve yasa dışı Ermeni silahlı gruplarının attığı merminin patlaması sonucunda yaralandığını söyledi.
Rehim Abışov ifadesinde 22 Aralık 1991’de Terter ilçesinde rehin alındığını, işkenceye maruz kaldığını söyledi.
Ayhan Mamedov 4 Şubat 2021’de Ağdam’da mayına bastığını bildirdi. O, olay sırasında kendisiyle birlikte 5 kişinin yaralandığını hatırladı.
Mecit Adıgüzelov 19 Mayıs 1990’da Hocavend ilçesinin Binederesi köyü yakınlarında rehin alındığını bildirdi. O, rehinlikte üç gün saklandı. Rehinlikte olduğu zaman vahşice dövüldü, işkenceye maruz kaldı. O zaman aldığı yaralanmalar nedeniyle sağlığına zarar geldi, sonuç olarak hafıza sorunu oluştu.
Vagif Aliyev ifadesinde 29 Temmuz 1993’te Ağdam’da esir alındığını, 23 Ağustos’ta serbest bırakıldığını kaydetti. Esarette olduğu sürede dövüldü, işkenceye maruz kaldı.
Mağdur şahıslar Elmeddin Mirzeyev ve Babek Abdunov Ermenistan silahlı kuvvetlerinin döşediği mayınların patlaması sonucunda yaralandıklarını bildirdiler.
Diğer mağdur şahıslar Fazile Hacıyeva, Baloğlan Selmanov, Azer Musayev, Semiyeddin Asgerov, Ziyad Ceferov, Refik Guliyev çeşitli zamanlarda Ermenistan silahlı kuvvetleri tarafından rehin, Kabil Süleymanov, Ferhat Ferhadov, Altay Abdullahyev, Erestun Kerimov, Rizvan Esedov, Refik Paşayev, Mehman Bayramov ise çeşitli tarihlerde esir alındıklarını bildirdiler. Onların her biri dövüldü, işkenceye maruz kaldı.
Malik İsfendiyarov, Elgiz Garayev, Eşgin Allahyarov, Tağı Adıgüzelov, Rehber Memmedov, Vagif Hüseynov, İlham Abdullahyev, Pervin Orucov, Kabil Yusifov, Oruç Hüseynov, Samir Sadıkov, Samir Emirov, İsmail Poladov ise ayrı ayrı zamanlarda Ermenistan silahlı kuvvetlerinin tahribatı sonucunda yaralandıklarını bildirdiler.
Mağdur diğer sivil şahıslarla Mahruk Memmedova (27 Eylül 2020’de) ve Bahtiyar İbrahimov (2016’da Nisan savaşları sırasında) Ermenistan silahlı kuvvetlerinin attığı mermilerin patlaması sonucunda evlerinin zarar gördüğünü kaydettiler.
İhtiyar Rehimov ifadesinde 2016’da Nisan savaşları sırasında Ağdam’da yaşadığı eve Ermenistan silahlı kuvvetlerinin attığı merminin düştüğünü bildirdi. Sonuç olarak eve zarar geldi, kızı ise olay sırasında geçirdiği korku ve stresten felç oldu, hala tedavi görüyor.
Mirmövsum Eynalov ifadesinde 44 günlük savaş sırasında iki kez yaralandığını söyledi.
Bahtiyar Nağıyev ifadesinde 1994’te yaralı vaziyette esir alındığını, Şuşa’da 1 yıl 10 ay saklandığını söyledi. Esarette işkenceye maruz kaldı, gayri yasal olarak çalıştırıldı. Şuşa otobüs istasyonunda çalıştırılırken diğer Azerbaycanlılarla birlikte esaretten kaçtı.
Diğer mağdur şahıslar Dilşad Guliyeva, Arif Guliyev, Ülfet Abbasov, Güller Hüseynova, Muhammed Veliyev, Bahar Sultanova, Elekber Memmedov, Adil Memişov, Zöhrab Teymurov, Ekber Ekberov, Ziber İbrahimova Ermenistan silahlı kuvvetlerinin Azerbaycan’a askeri saldırısı sonucunda çeşitli zamanlarda zarar gördüklerini bildirdiler.
Mağdurlar, ayrıca sanıkların, onların savunucularının ve kendilerinin temsilcilerinin sorularını da yanıtladılar.
Mahkeme süreci 25 Temmuz’da devam edecek.