Bir sonraki göç karavanı, Aghdam bölgesi Khidirli köyüne ve Jabrayil şehrine gönderildi

Bir sonraki göç karavanı, Aghdam bölgesi Khidirli köyüne ve Jabrayil şehrine gönderildi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

APA xəbər verir ki, Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xıdırlı kəndinə 60 ailə – 235 nəfər, Cəbrayıl şəhərinə isə 50 ailə – 199 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Cumhurbaşkanı İlham Aliyev’in talimatıyla, işgalden kurtarılmış bölgelere Büyük Geri Dönüş devam ediyor.

APA’nın haberine göre, Ağdam rayonunun Hıdırlı köyüne ve Cebrail şehrine bir sonraki göç kafilesi yola çıktı.

Göç edenler, cumhuriyetin çeşitli yerlerinde, özellikle yurtlarda, sanatoryumlarda ve idari binalarda geçici olarak iskan edilmiş ailelerdir.

Bu aşamada Hıdırlı köyüne 60 aile – 235 kişi, Cebrail şehrine ise 50 aile – 199 kişi taşındı. Doğduğu topraklara dönen sakinler, kapsamlı devlet desteğiyle kuşatıldıkları için Cumhurbaşkanı İlham Aliyev’e ve Birinci Cumhurbaşkanı Yardımcısı Mehriban Hanım Aliyeva’ya teşekkür ettiler.

Ayrıca, topraklarımızı işgalden kurtaran kahraman Azerbaycan Ordusu’na, kahraman asker ve subaylarımıza minnettarlıklarını dile getirerek, bu uğurda canlarını feda eden şehitlerimize rahmet dilediler.

Şu anda Karabağ ve Doğu Zengezur’da, oraya taşınan eski zorunlu göçmenlerin yanı sıra, bu bölgede yürütülen projelerin uygulanmasında çalışan, ayrıca çeşitli devlet kurumlarının yerel birimlerinde hizmet görevlerini yerine getiren, yeniden faaliyete geçmiş sağlık, eğitim, kültür, turizm, sanayi, enerji kuruluşlarında çalışan toplamda 50 binden fazla insan yaşıyor.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top