Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy–Yuxarı Ağcakənd avtomobil yolunun Tatarlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində Bərdə şəhər sakinləri – sürücü 1999-cu il təvəllüdlü İ.Kərimov, onun sərnişinləri – 1991-ci il təvəllüdlü F. Məlikov və 1992-ci il təvəllüdlü E.Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Goranboy bölgesinde trafik kazası meydana geldi.
APA’nın yerel bürosundan alınan bilgiye göre, olay Goranboy-Yukarı Ağcakend karayolunun Tatarlı köyü bölgesinden geçen kısmında kaydedildi.
Seyir halindeki “VAZ-2107” marka otomobil yoldan çıkarak devrildi. Kaza sonucu Berde şehri sakinleri – sürücü 1999 doğumlu İ.Kerimov, yolcuları – 1991 doğumlu F. Melikov ve 1992 doğumlu E. Kahramanov çeşitli derecelerde yaralandı ve hastaneye kaldırıldı.
Olayla ilgili soruşturma başlatıldı.