Azerbaycan Gazeteci Gazileri Türk Gaziler Vakfı’nı ziyaret etti

Azerbaycan Gazeteci Gazileri Türk Gaziler Vakfı'nı ziyaret etti

Vətən Müharibəsi iştirakçısı olan bir qrup azərbaycanlı jurnalist Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsini ziyarət ediblər.

APA-nın xəbərinə görə, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Vətən müharibəsində iştirak etmiş jurnalistlər barədə məlumat verib.

O bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri peşə fəaliyyətləri ilə yanaşı, vətənə xidmət borclarını da yerinə yetirib, əsgər kimi döyüşüblər.

Bəhruz Məmmədzadə iki qardaş ölkənin sarsılmaz bağları olduğunu vurğulayıb və belə görüşlərin böyük mənəvi yük daşıdığını qeyd edib.

Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda, qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib:

“Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox şadıq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik”.

Qeyd edək ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, “TİKA Azərbaycan”ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

Vatan Savaşı’na katılan bir grup Azerbaycanlı gazeteci, Türkiye Gaziler ve Şehit Aileleri Vakfı’nın İstanbul şubesini ziyaret etti.

APA’nın haberine göre, Azerbaycan Basın Konseyi Yönetim Kurulu üyesi, Özel Kuvvetler Gazileri, Şehit Aileleri ve Gazileri Kamu Birliği Başkanı Behruz Memmedzade, Vatan Savaşı’na katılan gazeteciler hakkında bilgi verdi.

Vatan Savaşı sırasında Azerbaycanlı gazetecilerin mesleki faaliyetlerinin yanı sıra vatan hizmeti görevlerini de yerine getirdiğini, asker gibi savaştığını belirtti.

Behruz Memmedzade, iki kardeş ülke arasında sarsılmaz bağlar olduğunu vurguladı ve bu tür toplantıların büyük manevi yük taşıdığını kaydetti.

Türkiye Gaziler ve Şehit Aileleri Vakfı Yönetim Kurulu üyesi, İstanbul şubesi başkanı, gazi Ferhat Koçak da kendi adına ülkelerimiz arasındaki ilişkileri, bağlantıları takdirle karşıladı ve aynı zamanda gazi gazetecilerle görüşmekten duyduğu memnuniyeti dile getirdi:

“Azerbaycan her zaman yanımızda oldu ve olmaya devam edecek. Azerbaycan’ı ikinci vatanımız olarak görüyoruz. Türkiye olarak biz de her zaman kardeşlerimizin yanındayız. Vatan uğruna savaşan gazi gazetecilerle görüşmekten çok mutluyuz. Bu tür toplantıların sık sık olmasını arzu ediyoruz.”

Belirtmek gerekir ki, gazi gazetecilerin Türkiye’ye ziyareti, MediaTürk TV’nin girişimi, “TİKA Azerbaycan”ın koordinatörlüğü, Türkiye Medya İş Sendikası ve Özel Kuvvetler Gazileri, Şehit Aileleri ve Gazileri Kamu Birliği’nin organizasyonuyla Azerbaycan Milli Basını’nın 150. yıl dönümü vesilesiyle düzenlendi.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top