Gazeteci olmak isteyen 1071 katılım, yetenek sınavına katılacak

Gazeteci olmak isteyen 1071 katılım, yetenek sınavına katılacak

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.

Qeyd edilib ki, bu imtahanda jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.

İmtahanda 1071 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan və Xaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunub. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.

İnşa yazısına qoyulan tələblər

İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.

– İnşanı (esseni) yazarkən abituriyent:
– Səliqəli, oxunaqlı və aydın xətlə yazmalı;
– Öz fikirlərini aydın və savadlı şəkildə ifadə etməli;
– Mövzunun mahiyyətini açmalı və dolğun əhatə etməli;
– Yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, abzaslarla fərqləndirməli və fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli;
– İctimai-siyasi problemlərə yaxşı bələd olduğunu nümayiş etdirməli;
– İctimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticəçıxarma qabiliyyətini nümayiş etdirməli;
– Fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına uyğun olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə (3 və daha çox) müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir.

Yazı işinin qiymətləndirilməsi zamanı inşanın məzmununu, yazı savadı və aşağıdakı meyarlar nəzərə alınır:

– İnşa yazı (esse) 2–4 səhifə (ən azı 2 səhifə və ya 420 söz) həcmində olmalıdır.
– Verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə material, əsas fakt və hadisələr haqqında məlumata malik olunması;
– Abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun əhatə olunma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması;
– Çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması;
– Yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi;
– Yazı işinin ədəbi dilin fonetik (orfoqrafiya və durğu işarələri), qrammatik və leksik normalarına tam riayət edilməklə yazılması.
Yazı işi yuxarıdakı meyarlar nəzərə alınmaqla “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir.

“Qeyri-məqbul” qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.

Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri “sıfır” balla qiymətləndirilir. Seçdiyi mövzudan fərqli mövzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da “sıfır” balla qiymətləndirilir.

Qeyd edək ki, inşa mövzularına aid nümunələr DİM-in internet saytında (Bakalavriat > Faydalı) yerləşdirilib.

Devlet İmtihan Merkezi, 4 Ağustos’ta yükseköğretim kurumlarının lisans düzeyindeki gazetecilik bölümüne kabul edilmek isteyen adaylar için yetenek sınavı yapacak.

Bu sınavda gazetecilik bölümüne kabul edilmek için internet üzerinden anket doldurarak kayıt yaptıran ve III. uzmanlık grubunda test sınavına girerek yarışma şartını sağlayan adaylar katılabilecektir.

Sınava 1071 adayın katılması bekleniyor.

Sınav, Bakü’de ve DİM’in bölgesel bölümlerinin bulunduğu Nahçıvan, Gence, Lenkeran, Şeki, Berde, Göyçay, Şirvan ve Haçmaz şehirlerinde düzenlenecek.

Sınava katılacak adaylar, “Sınava giriş belgesi”ni DİM’in internet sitesinden yazdıracaklardır. Giriş belgesinde sınavın yapılacağı şehir (ilçe), bina, salon, başlama saati ve adayın sınav binasına gelme saati belirtilmiştir. Giriş belgesinin yanı sıra, adaylara “Hatırlatma kitapçığı”ndan bir alıntı da sunulmaktadır. Burada adaylara sınav süreciyle ilgili önemli tavsiyeler, uymaları gereken kurallar ve diğer gerekli bilgiler aktarılmaktadır.

Sınav saat 10:00’da başlayacak ve 2 saat 30 dakika sürecektir.

Sınavın başlamasına 15 dakika kala – saat 09:45’te giriş rejimi sona erer. Bundan sonra gelen katılımcılar sınav binasına alınmaz.
Katılımcıların sınav binasına rahat bir şekilde girmesi için binaya farklı geliş saatleri belirlenmiştir ve sınav katılımcısının giriş belgesinde bu saat belirtilmiştir. Bu nedenle sınav binasına giriş belgesinde belirtilen saatte gelmeniz tavsiye edilir.

Adaylar sınava aşağıdaki belgeleri getirmelidirler:

-Kimliği doğrulayan belgenin aslı:

a) Azerbaycan Cumhuriyeti vatandaşları (16 yaşını doldurmamış katılımcılar da dahil olmak üzere) kimlik kartını;

b) yabancılar ve vatansız kişiler Devlet Göç İdaresi tarafından verilmiş izin belgelerini, mülteci statüsü almış yabancı vatandaşlar ve aile üyeleri ise mülteci kartlarını;

-Kimlik kartında fotoğrafı olmayan katılımcılar diğer belgelerin yanı sıra, eğitim kurumu tarafından verilmiş ve fotoğraflarının yapıştırılmış olduğu bir belgeyi (belgeye katılımcının 3×4 cm boyutlu fotoğrafı yapıştırılır ve fotoğraf mühürle onaylanır).

Yetenek sınavında konular sınavın başlamasından birkaç dakika önce Basın Konseyi ve medya temsilcilerinin katılımıyla seçilecek ve video bağlantısı aracılığıyla sınav merkezlerine ulaştırılacaktır. Adaylar sunulan konulardan biri üzerine kompozisyon (deneme) yazacaklardır. Yazı işi adayın sınav verdiği bölüme bağlı olarak Azerbaycan veya Rus dilinde yapılmalıdır.

Kompozisyon yazımına getirilen şartlar

Kompozisyon (deneme), adayın seçtiği konu üzerine kendi bakış açısını gerekçelendirilmiş bir şekilde ifade ettiği bağımsız, yaratıcı bir yazı işidir. Adaylara, toplumsal-siyasi, ekonomik, kültürel yaşam alanlarına ait, ayrıca ülkemiz, önde gelen şahsiyetler, eğitim, çevre, maneviyat ve aynı zamanda tüm insanlığı düşündüren küresel sorunlar hakkında bağımsız muhakeme yürütme ve gerekçelendirme becerisini sergilemelerine olanak tanıyan serbest konular teklif edilmektedir.

– Kompozisyonu (denemeyi) yazarken aday:
– Düzgün, okunaklı ve anlaşılır bir şekilde yazmalı;
– Kendi fikirlerini açık ve bilgili bir şekilde ifade etmeli;
– Konunun özünü açmalı ve dolgun bir şekilde ele almalı;
– Yazının bölümleri (giriş, ana bölüm ve sonuç) arasında mantıksal bir bağlantı kurmalı, paragraflarla farklılaştırmalı ve fikirlerini mantıksal bir sıra ile ifade etmeli;
– Toplumsal-siyasi sorunlara iyi aşina olduğunu göstermeli;
– Toplumsal-siyasi sorunları analiz etme, genelleme ve mantıksal sonuç çıkarma yeteneğini göstermeli;
– Fikir ve düşüncelerini anlaşılır, mantıklı, bağlantılı ve açık bir şekilde, edebi dilin normlarına, örneğin, gramer, ortografi, noktalama işaretlerinin kullanımı kurallarına uygun olarak ifade etmeli, kendi fikir ve muhakemelerini gerekçelendirmek için birkaç (3 ve daha fazla) uygun alıntı, iktibas, örnek ve olaylardan (tarihi olay, edebi parçalar, yaşam olayları vb.) yararlanmalıdır.

Yazı işinin değerlendirilmesi sırasında kompozisyonun içeriği, yazı bilgisi ve aşağıdaki kriterler dikkate alınır:

– Kompozisyon yazısı (deneme) 2–4 sayfa (en az 2 sayfa veya 420 kelime) hacminde olmalıdır.
– Verilen konunun anlaşılması, konu üzerinde materyal, temel olgu ve olaylar hakkında bilgi sahibi olunması;
– Adayın konuya özgün yaklaşımı, kendi bakış açısını gerekçelendirilmiş bir şekilde ifade etme becerisi, konunun ele alınma düzeyi, fikirlerin açık ve anlaşılır ifade olunması;
– Çıkarılan sonuçların mantıklı ve gerekçelendirilmiş olması;
– Yazı üslubunun özgünlüğü, dilin zenginliği, imgeselliği ve akıcılığı, bilgi düzeyi;
– Yazı işinin edebi dilin fonetik (ortografi ve noktalama işaretleri), gramer ve leksik normlarına tam olarak uyularak yazılması.
Yazı işi yukarıdaki kriterler dikkate alınarak “kabul edilebilir” veya “kabul edilemez” şeklinde değerlendirilir.

“Kabul edilemez” notu, konunun zayıf ele alındığı veya hiç ele alınmadığı, adayın konuyu yüzeysel bildiğini veya hiç bilmediğini ortaya çıkaran, başka bir konuda yazılmış, metnin bölümleri arasında mantıksal ilişkinin bozulduğu, adayın kendisi hakkında herhangi bir bilgi yazdığı veya kendini tanıtmak amacıyla herhangi bir işaret vurduğu, 8 ve daha fazla fonetik, gramer ve leksik hatası olan yazılara verilir.

Yazı işinde adayların kendileri hakkında herhangi bir bilgi (ad, soyad, baba adı, dede adı, okul adı, öğretmen adı, ikamet yeri vb.) yazması veya kendilerini tanıtmakla ilgili herhangi bir işaret vurması yasaktır. Bu duruma yol açan adayların yazı işleri “sıfır” puanla değerlendirilir. Seçtiği konudan farklı bir konuda, ayrıca 1 sayfadan (190 kelimeden) az hacimde yazılmış kompozisyonlar da “sıfır” puanla değerlendirilir.

Belirtelim ki, kompozisyon konularına ait örnekler DİM’in internet sitesinde (Lisans > Faydalı) yer almaktadır.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top