Azərbaycan öz tərəfdaşları ilə hər zaman sabit və etibarlı münasibətlər qurmağa çalışıb.
Milli Məclisin deputatı Soltan Məmmədov deyib ki, təəssüf ki, bəzi ölkələr eyni prinsipləri gözləməkdə maraqlı deyillər və Rusiyada Azərbaycan əleyhinə aparılan kampaniya məhz bu prizmadan qiymətləndirilməlidir.
Konstantin Zatulinin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına toxunan Soltan Məmmədov qeyd edib ki, Rusiyanın bir çox siyasətçilərinin, parlament üzvlərinin qeyri-obyektiv və qərəzli açıqlamaları etimadın bərpa olunmasına xidmət etmir: “Konstantin Zatulin həmişə olduğu kimi Azərbaycanı öz qərəzli təfəkkürünün hədəfi seçməyə çalışır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə hər zaman təcavüzkarın mövqeyini müdafiə edib. Qarabağ işğal altında olduğu müddətdə Azərbaycan ərazilərinə dəfələrlə qanunsuz səfərlər edib”.
Deputat vuğulayıb ki, Xankəndi şəhərində İvan Ayvazovskinin heykəlinin sökülməsinə emosional tonda münasibət bildirən Zatulin 30 ilə yaxın müddətdə Azərbaycanın mədəniyyət abidələrinə qarşı vəhşikliklərə sükutla yanaşıb. Eyni zamanda xalqımızın məruz qaldığı terror və soyqırımı aktlarını görməzdən gəlib: “Zatulinin yeganə məqsədi Azərbaycan haqqında mənfi rəy formalaşdırmaqdır. Elə buna görə də müxtəlif üsullarla ölkəmizi guya tənqid etməyə çalışır. Biz əlbəttə ki, ondan özümüzə qarşı ədalətli, qərəzsiz münasibət gözləmirik, Azərbaycan cəmiyyəti o qədər sadəlövh deyil. Lakin bizim öz ərazilərimizdə istənilən məsələ ilə bağlı müstəqil qərar qəbul etmək hüququmuz var. Kimliyindən asılı olmayaraq, hər kəs bu hüquqa hörmətlə yanaşmalıdır. Ayvazovskinin heykəli Azərbaycan hökumətinin, müvafiq dövlət qurumlarının qərarı ilə inşa edilməyib, ona görə də onun götürülməsi sadəcə qanunsuz bir fəaliyyətin aradan qaldırılması kimi qəbul edilməlidir”.
Soltan Məmmədov bildirib ki, Zatulin Azərbaycanı hədəf seçməklə kifayətlənmir, eyni zamanda ölkəmizin haqlı mövqeyini müdafiə edən şəxslər haqqında da təhdid xarakterli bəyanatlar, açıqlamalar verir. Onun Rusiyada başaldılan anti-Azərbaycan kampaniyası fonunda politoloq Sergey Markov haqqında söylədiyi fikirlər bir daha təsdiq edir ki, Zatulin qərəzli mövqedən çıxış edir: “Sergey Markovun Azərbaycan Prezidenti haqqında Xankəndidə keçirilmiş Qlobal Media Forumunda söylədiyi müsbət fikirlər və Azərbaycanı Qafqazın lider dövləti kimi təqdim etməsi sadəcə mövcud reallıqların ifadəsidir. Faktı, həqiqəti söyləmək üçün kiminsə tərəfində olmağa ehtiyac yoxdur. Görünür, Konstantin Zatulin bu sadə həqiqəti ya anlamır yaxud da anlamaq istəmir”.
Azerbaycan, ortaklarıyla her zaman istikrarlı ve güvenilir ilişkiler kurmaya çalışmıştır.
Milli Meclis milletvekili Soltan Memmedov, bazı ülkelerin aynı ilkeleri gözetmekle ilgilenmediğini ve Rusya’da Azerbaycan’a karşı yürütülen kampanyanın bu prizmadan değerlendirilmesi gerektiğini söyledi.
Konstantin Zatulin’in Azerbaycan ile ilgili provokatif açıklamalarına değinen Soltan Memmedov, Rusya’daki birçok siyasetçi ve parlamenterin nesnel olmayan ve önyargılı açıklamalarının güvenin yeniden tesis edilmesine hizmet etmediğini belirtti: “Konstantin Zatulin her zamanki gibi Azerbaycan’ı kendi önyargılı düşüncesinin hedefi olarak seçmeye çalışıyor. Azerbaycan topraklarının Ermenistan tarafından işgal altında tutulduğu dönemde her zaman saldırganın pozisyonunu savundu. Karabağ işgal altında olduğu sürece Azerbaycan topraklarına defalarca yasa dışı ziyaretler gerçekleştirdi.”
Milletvekili, Hankendi şehrinde İvan Ayvazovski’nin heykelinin yıkılmasına duygusal bir tonda tepki gösteren Zatulin’in, 30 yıla yakın bir süredir Azerbaycan’ın kültürel anıtlarına karşı yapılan vahşetlere sessiz kaldığını vurguladı. Aynı zamanda halkımızın maruz kaldığı terör ve soykırım eylemlerini görmezden geldi: “Zatulin’in tek amacı Azerbaycan hakkında olumsuz bir görüş oluşturmaktır. Bu nedenle çeşitli yöntemlerle ülkemizi sözde eleştirmeye çalışıyor. Elbette ki ondan bize karşı adil ve tarafsız bir tutum beklemiyoruz, Azerbaycan toplumu o kadar saf değil. Ancak kendi topraklarımızda herhangi bir konuda bağımsız karar alma hakkımız var. Kim olursa olsun, herkes bu hakka saygı duymalıdır. Ayvazovski’nin heykeli Azerbaycan hükümetinin, ilgili devlet kurumlarının kararıyla inşa edilmedi, bu nedenle kaldırılması sadece yasa dışı bir faaliyetin ortadan kaldırılması olarak kabul edilmelidir.”
Soltan Memmedov, Zatulin’in Azerbaycan’ı hedef seçmekle kalmayıp, aynı zamanda ülkemizin haklı pozisyonunu savunan kişiler hakkında da tehditkar açıklamalar yaptığını belirtti. Rusya’da başlatılan Azerbaycan karşıtı kampanya fonunda siyaset bilimci Sergey Markov hakkında söyledikleri, Zatulin’in önyargılı bir pozisyondan hareket ettiğini bir kez daha doğruluyor: “Sergey Markov’un Azerbaycan Cumhurbaşkanı hakkında Hankendi’de düzenlenen Küresel Medya Forumu’nda söylediği olumlu düşünceler ve Azerbaycan’ı Kafkasya’nın lider devleti olarak sunması sadece mevcut gerçeklerin ifadesidir. Bir gerçeği söylemek için birinin tarafında olmaya gerek yoktur. Görünüşe göre Konstantin Zatulin bu basit gerçeği ya anlamıyor ya da anlamak istemiyor.”