Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.
Bildirilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb:
“İbtidai istintaqla Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmovanın həmin şöbənin baş mütəxəssis-böyük inspektoru vəzifəsində işləmiş Ruhiyyə Məhərrəmova, əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Lətafət Cabbarova və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olmaq hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına, habelə Səidə Rüstəmova tərəfindən vəzifəli şəxslərin qərarlarına qanunsuz təsir etməsinə və cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına daşınmaz əmlakın alınması yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib”.
Qeyd edilib ki, toplanmış sübutlar əsasında Səidə Rüstəmovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (nüfuz alveri) və 313-cü (vəzifə saxtakarlığı), Ruhiyyə Məhərrəmova və Lətafət Cabbarovaya isə həmin Məcəllənin 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət almaya köməkçilik) və 32.5, 313 (vəzifə saxtakarlığına köməkçilik) maddələri ilə ittiham elan edilərək istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Sözügedən cinayət işindən qeyd edilən cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaqı davam etdirilir.
Yasadışı tıbbi faaliyete zemin hazırlanması karşılığında rüşvet almakla suçlanan yetkililer hakkında ceza davası mahkemeye gönderildi.
Azerbaycan Cumhuriyeti Sağlık Bakanlığı yetkililerinin yasadışı eylemleri hakkında Başsavcı yanında Yolsuzlukla Mücadele Baş İdaresi’nde gerçekleştirilen operasyon-arama faaliyetleri sonucunda başlatılan ceza davasının ön soruşturması tamamlandı:
“Ön soruşturma ile Sağlık Bakanlığı İnsan Kaynakları, Bilim ve Eğitim Şubesi müdürü olarak görev yapmış Saide Rüstemova’nın, aynı şubenin baş uzman-büyük müfettişi olarak görev yapmış Ruhiyye Muharremova, daha önce aynı Bakanlığın Halk Sağlığı ve Reformlar Merkezi akreditasyon şubesi müdürü olarak görev yapmış Letafet Cabbarova ve yolsuzluk şebekesinin diğer üyeleri ile birlikte yasadışı olarak doktorların uzmanlıklarının değiştirilmesi, onların tıbbi veya eczacılık faaliyeti ile, özellikle de plastik cerrahi faaliyeti ile meşgul olma hakkı veren sertifikasyon sınavlarına girmelerine izin verilmesi, sahte kabul değerlendirmesi ile uygun sertifikalarla temin edilmesi ve diğer bu gibi suistimal hallerine yol açması karşılığında çok sayıda kişiden çeşitli miktarlarda rüşvet almalarına, ayrıca Saide Rüstemova tarafından yetkililerin kararlarına yasadışı etkide bulunmasına ve suç yoluyla elde ettiği para hesapları ile taşınmaz malların alınması yoluyla aklanmasına dair ciddi şüpheler belirlenmiştir.”
Toplanan deliller temelinde Saide Rüstemova’ya Ceza Kanunu’nun 193-1.3.2 (önemli miktarda suç yoluyla elde edilmiş malı aklama), 308.2 (ağır sonuçlara neden olan görev yetkilerini kötüye kullanma), 311.3.1, 311.3.2, 311.3.3 (önceden anlaşmalı bir grup tarafından tekrar tekrar büyük miktarda rüşvet alma), 312-1.1 (nüfuz ticareti) ve 313. (görevde sahtecilik), Ruhiyye Muharremova ve Letafet Cabbarova’ya ise aynı Kanunun 32.5, 308.2 (ağır sonuçlara neden olan görev yetkilerini kötüye kullanmaya yardım), 32.5, 311.3.1, 32.5, 311.3.2, 32.5, 311.3.3 (önceden anlaşmalı bir grup tarafından tekrar tekrar büyük miktarda rüşvet almaya yardım) ve 32.5, 313 (görevde sahteciliğe yardım) maddeleri ile suç duyurusunda bulunularak, soruşturma organının talebi ve ön araştırmaya usuli rehberliği yürüten savcının sunumu temelinde Binegedi Rayon Mahkemesi’nin kararı ile haklarında ev hapsi (esas) ve görevden uzaklaştırma (ek) türünde tedbirler seçilmiştir.
Ceza davası incelenmek üzere ilgili birime, Bakü Ağır Ceza Mahkemesi’ne gönderilmiştir.
Söz konusu ceza davasından, belirtilen suç eylemlerinin işlenmesinde yer almış diğer kişiler hakkında ceza davası ayrı bir işleme ayrılarak ön soruşturmaya devam edilmektedir.