Avqustun 6-da Xocalı şəhəri ərazisində Badara çayının sahilində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
M.Mirzəyev məsuliyyətə cəlb olunub.
“FHN və DİN bir daha diqqətə çatdırır ki, açıq ərazilərdə ocaq qalamaq və ya tüstülənməyə səbəb ola biləcək hərəkətlərə yol vermək, xüsusilə də yay mövsümündə ciddi ekoloji və təhlükəsizlik riskləri yaradır. Bir anlıq məsuliyyətsizlik on hektarlarla sahəni məhv edə, təbiətə, kənd təsərrüfatına və insanlara böyük ziyan vura bilər. Vətəndaşlar bu hallara səbəb olacaq əməllərdən çəkinməli, təhlükəsizlik qaydalarına əməl etməlidir”, – məlumatda deyilir.
6 Ağustos’ta Hocali şehri bölgesinde Badara Nehri kıyısında yangın çıkaran kişi polis memurları tarafından tespit edildi.
İçişleri Bakanlığı Basın Servisi bölgesel grubundan APA’ya göre, araştırmalar sonucunda yangının Hocali bölgesinde misafir olan 2008 doğumlu Maarif Mirzayev’in bölgede yaktığı ateşle dikkatsiz davranması sonucu meydana geldiği tespit edildi. Olay sonucunda yaklaşık 40-50 hektar alanda biçilmiş ekili alan ve çalılıklar yandı.
M.Mirzayev sorumlu tutuldu.
“Acil Durumlar Bakanlığı ve İçişleri Bakanlığı bir kez daha dikkat çekiyor ki, açık alanlarda ateş yakmak veya dumana neden olabilecek davranışlarda bulunmak, özellikle yaz mevsiminde ciddi ekolojik ve güvenlik riskleri oluşturmaktadır. Bir anlık dikkatsizlik onlarca hektarlık alanı yok edebilir, doğaya, tarıma ve insanlara büyük zarar verebilir. Vatandaşlar bu tür durumlara neden olacak eylemlerden kaçınmalı, güvenlik kurallarına uymalıdır” denildi.