6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli
Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.
Təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala
yönləndirilib. Hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər
zəruri prosedurlar həyata keçirilir.
Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.
Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi
nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı,
aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa
aviaşirkət tərəfindən təqdim olunur.
6 Ağustos tarihinde yapılması planlanan “AJET” havayolu şirketinin gerçekleştirdiği
TKJ-178 numaralı Bakü–İstanbul (SAW) seferi teknik bir nedenle ertelendi.
Güvenlik amacıyla yolcular uçaktan indirilerek beklemek üzere terminale yönlendirildi.
Şu anda onların havayolu şirketi tarafından otellere yerleştirilmesi ve diğer gerekli
prosedürler yerine getiriliyor.
Söz konusu seferin 7 Ağustos 2025 tarihinde gerçekleştirilmesi planlanıyor.
Haydar Aliyev Uluslararası Havalimanı tüm yolculara sadece havayolu şirketinin resmi
temsilciliğine ve iletişim kanallarına başvurmaları tavsiye ediyor. Uçuşun yeni saati,
uçak biletleriyle ilgili değişiklikler ve diğer konularla ilgili bilgiler doğrudan
havayolu şirketi tarafından sağlanıyor.