Laçın Beynəlxalq Hava Limanına media-tur təşkil olunub.
APA-nın yerli bürosu xəbər verir ki, Hava Limanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nərmin Xəlilova bildirib ki, limanın açılışı tarixi bir mərhələdir: “Bu, Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı və azad olunmuş ərazilərdə inşa edilən üçüncü belə obyektidir”.
Qeyd olunub ki, Laçın Hava Limanı qayıdışın və dirçəlişin simvoludur. Liman mürəkkəb dağ relyefində, dəniz səviyyəsindən 1 700 metr yüksəklikdə yerləşir. Bu layihə mühəndislik baxımından da böyük nailiyyətdir və peşəkarlığımızı, strateji düşüncə tərzimizi, mürəkkəb şəraitdə belə iddialı layihələri həyata keçirmək bacarığımızı nümayiş etdirir: “Bu hava limanı Qarabağ və Şərqi Zəngəzuru ölkənin digər hissələri və beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır. Regionun iqtisadi, sosial və logistik inteqrasiyasını sürətləndirəcək, turizmin, daşımaların və investisiyaların inkişafına ciddi təkan verəcək.
Hava limanı beynəlxalq standartlara tam uyğundur. Uçuş-enmə zolağı 3 000 metr uzunluğunda, 60 metr enindədir və bütün növ hava gəmilərini qəbul edə bilir. Sahəsi 60 000 kvadratmetrdən artıq olan perron eyni anda səkkiz təyyarənin dayanması və texniki xidməti üçün nəzərdə tutulub. Terminal binası 5 000 m² sahəyə malikdir və saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Burada VIP zal, qeydiyyat və təhlükəsizlik zonaları, iaşə obyektləri, baqaj sistemləri və rəqəmsal infrastruktur mövcuddur”.
Qeyd olunub ki, kompleksə müasir uçuşlara nəzarət qülləsi, iki transformator stansiyası, ehtiyat generatorlar, nasos və çirkab su təmizləmə sistemləri, videomüşahidə və yüksək sürətli rabitə sistemi daxildir. Bütün obyektlər ən son texnologiyalarla təchiz olunub.
Laçın Uluslararası Havaalanı’na medya turu düzenlendi.
APA’nın yerel bürosu, Havaalanı Halkla İlişkiler Departmanı başkanı Nermin Halilova’nın, havaalanının açılışının tarihi bir aşama olduğunu belirttiğini bildirdi: “Bu, Azerbaycan’ın dokuzuncu uluslararası havaalanı ve kurtarılmış topraklarda inşa edilen üçüncü tesistir.”
Laçın Havaalanı’nın dönüşün ve dirilişin sembolü olduğu belirtildi. Havaalanı, karmaşık dağlık arazide, deniz seviyesinden 1.700 metre yükseklikte yer almaktadır. Bu proje, mühendislik açısından da büyük bir başarıdır ve profesyonelliğimizi, stratejik düşünce tarzımızı, zorlu koşullarda bile iddialı projeleri gerçekleştirme yeteneğimizi sergilemektedir: “Bu havaalanı, Karabağ ve Doğu Zengezur’u ülkenin diğer bölgeleri ve uluslararası rotalarla birleştiren temel bir ulaşım merkezidir. Bölgenin ekonomik, sosyal ve lojistik entegrasyonunu hızlandıracak, turizm, taşımacılık ve yatırımın gelişimine önemli bir ivme kazandıracaktır.”
Havaalanı uluslararası standartlara tamamen uygundur. Pist 3.000 metre uzunluğunda, 60 metre genişliğindedir ve her türlü hava aracını kabul edebilir. 60.000 metrekareden fazla alana sahip apron, aynı anda sekiz uçağın park etmesi ve teknik servisi için tasarlanmıştır. Terminal binası 5.000 m² alana sahiptir ve saatte 200 yolcuya hizmet verebilmektedir. Burada VIP salonu, kayıt ve güvenlik alanları, yiyecek içecek tesisleri, bagaj sistemleri ve dijital altyapı bulunmaktadır.”
Kompleks içerisinde modern bir uçuş kontrol kulesi, iki trafo istasyonu, yedek jeneratörler, pompa ve atık su arıtma sistemleri, video gözetimi ve yüksek hızlı iletişim sistemi bulunduğu belirtildi. Tüm tesisler en son teknolojilerle donatılmıştır.