“AzerGold” QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar kukla tamaşası təşkil olunub.
Daşkəsən Mədəniyyət Mərkəzində baş tutan kukla tamaşasını Gəncə Dövlət Kukla Teatrının peşəkar yaradıcı heyəti təqdim edib. Müəllifi dramaturq Əhməd Oruc, quruluşçu rejissoru Şamil Məmmədli olan tamaşa “Zınqırovlu pişik” əsəri əsasında səhnələşdirilib.
Kukla tamaşasında uşaqlar həm əylənib, həm də dostluq, xeyirxahlıq və dürüstlük kimi vacib dəyərlərin həyatda qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməkdə nə qədər önəmli olduğunu aşılayan səhnələrlə tanış olublar. Səhnə dekorasiyası və personajların interaktiv təqdimatı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tamaşanı 300 nəfərə yaxın azyaşlı, o cümlədən “AzerGold” QSC və törəmə cəmiyyətləri – “Daşkəsən Dəmir Filiz” MMC, “AzerBlast” MMC-də çalışan əməkdaşların övladları izləyiblər. Sonda tamaşa personajları azyaşlılara Cəmiyyətin adından hədiyyə qutularını təqdim ediblər.
Tədbirin məqsədi uşaqların mədəni istirahətinə töhfə vermək, onların bayramını daha yaddaqalan və əyləncəli etməkdir. “AzerGold” QSC-nin bu təşəbbüsü, şirkətin korporativ sosial məsuliyyət çərçivəsində icra etdiyi uşaqların fərdi inkişafına yönəlmiş maarifləndirmə layihələrinin bir hissəsidir.
“AzerGold” QSC’nin organizasyonu ve Daşkəsən Bölge İcra Hakimiyeti’nin desteğiyle, 1 Haziran – Uluslararası Çocukları Koruma Günü münasebetiyle Daşkəsən şehrinde seyyar kukla gösterisi düzenlendi.
Daşkəsən Kültür Merkezi’nde gerçekleşen kukla gösterisi, Gence Devlet Kukla Tiyatrosu’nun profesyonel yaratıcı ekibi tarafından sunuldu. Yazarı dramaturg Ahmet Oruc, yönetmeni Şamil Məmmədli olan gösteri “Çıngıraklı Kedi” eseri temelinde sahnelendi.
Kukla gösterisinde çocuklar hem eğlendi, hem de dostluk, iyilikseverlik ve dürüstlük gibi önemli değerlerin hayatta karşılaşılan zorlukların üstesinden gelmede ne kadar önemli olduğunu aşılayan sahnelerle tanıştılar. Sahne dekorasyonu ve karakterlerin interaktif sunumu çocuklar tarafından büyük ilgiyle karşılandı.
Gösteriyi 300’e yakın çocuk, ayrıca “AzerGold” QSC ve bağlı şirketleri – “Daşkəsən Dəmir Filiz” MMC, “AzerBlast” MMC’de çalışan personelin çocukları izledi. Sonunda gösteri karakterleri çocuklara Şirket adına hediye kutularını takdim ettiler.
Etkinliğin amacı çocukların kültürel dinlenmesine katkıda bulunmak, onların bayramını daha unutulmaz ve eğlenceli kılmaktır. “AzerGold” QSC’nin bu girişimi, şirketin kurumsal sosyal sorumluluk çerçevesinde yürüttüğü çocukların bireysel gelişimine yönelik bilinçlendirme projelerinin bir parçasıdır.