İşğaldan azad olunan ərazilərdə çalışan təhsil verənlər ilk dəfə olaraq sertifikasiya imtahanlarında iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsil verənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib. İmtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb. Bu il ilk dəfə olaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərə rayon Talış kənd orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta və Xocalı rayon Ballıca kənd orta məktəbdə çalışan müəllimlər iştirak edib.
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb və Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəblərin inzibati binasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektron qaydada təşkil olunub. Elm və Təhsil nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli imtahanın keçirildiyi Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam orta məktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğurlar arzulayıblar. Hər iki rayonda təşkil edilən imtahanlarda 1894 müəllim iştirakı üçün şərait yaradılıb.
Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir.Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan olunub.
İşgalden kurtarılan bölgelerde çalışan eğitimciler ilk kez sertifikasyon sınavlarına katıldı.
Karabağ Bölgesel Eğitim Müdürlüğü’ne bağlı faaliyet gösteren genel eğitim kurumlarında çalışan eğitimcilerin sertifikalandırılması sürecinin test sınavı yapıldı. Sınava Karabağ Bölgesel Eğitim Müdürlüğü’ne bağlı eğitim kurumlarının pedagojik kadrosu katıldı. Bu yıl ilk kez sertifikasyon sınavlarına Hankendi şehri N. Gencevi adına 4 numaralı tam ortaokul, Şuşa şehri 1 numaralı ortaokul, Ağdere rayonu Talış köyü ortaokulu, Fuzuli şehri Mirza Uluğbey adına 1 numaralı tam ortaokul, Hocali rayonu 1 numaralı ortaokul ve Hocali rayonu Ballıca köyü ortaokulunda çalışan öğretmenler katıldı.
Berde şehri N. Nerimanov adına 3 numaralı tam ortaokul ve Ağcabedi şehri M. Aranlı adına 11 numaralı tam ortaokulların idari binasında yapılan sınav süreci tamamen şeffaf şekilde ve elektronik ortamda düzenlendi. Bilim ve Eğitim Bakanlığı Okul Öncesi ve Genel Eğitim Şubesi Müdür Yardımcısı Neriman Kahramanlı ve Karabağ Bölgesel Eğitim Müdürü Senan Mesimli, sınavın yapıldığı Berde şehri N. Nerimanov adına 3 numaralı tam ortaokula gelerek süreci inceledi ve öğretmenlere başarılar diledi. Her iki rayonda düzenlenen sınavlarda 1894 öğretmenin katılımı için ortam sağlandı.
Belirtmek gerekir ki, sınavda 60 soru sunuldu. Her doğru cevap 1 puanla değerlendirilir. Sınav süreci 120 dakika sürer. Bu aşamanın sonuçlarına göre puanların hesaplanması otomatikleştirilmiş rejimde program yazılımı vasıtasıyla gerçekleştirilir ve sınav bittikten hemen sonra adaya ilan olunur.