21 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kamboca Krallığında səfərdə olub.
Səfər zamanı, Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Khuon Phon Rattanakın həmsədrliyi ilə siyasi məsləhətləşmələrin 4-cü iclası keçirilib.
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
Nazir müavini Elnur Məmmədov bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərimizdə minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Kambocanın üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
22 iyul 2025-ci il tarixində Kambocanın Turizm naziri Huot Hak ilə keçirilmiş görüşdə, hər iki ölkənin geniş turizm potensialına malik olduğu, turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanlb. Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Kamboca Krallığı Milli Assambleyasının vitse-prezidenti Vong Soth, Kamboca Diplomatik Akademiyasının (NIDIR) rəhbəri, XİN-in dövlət katibi KhySovanratana, ASEAN-ın minalardan təmizləmə üzrə Regional Mərkəzinin (ARMAC) icraçı direktoru xanım But Rotna ilə görüşlər keçirib, habelə yerli mətbuat orqanlarına müsahibə verib.
Kambocaya səfər çərçivəsində ötən əsrin 80-90-cı illərində Bakıda təhsil almış Kambocalılarla görüş keçirilib, onların iştirakı ilə Azərbaycan-Kamboca dostluq assosiasiyasının yaradılması təklifi Kamboca tərəfindən dəstəkləndiyi qeyd olunub.
Səfərin sonunda xarici işlər nazirinin müavini Elnur Məmmədov Kambocanın nüfuzlu media qurumları ilə görüş keçirərək, Azərbaycan-Kamboca əlaqələrinin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair sualları cavablandırıb.
21 Temmuz’da Azerbaycan Cumhuriyeti Dışişleri Bakan Yardımcısı Elnur Memmedov, Kamboçya Krallığı’nda bir ziyarette bulundu.
Ziyaret sırasında, Azerbaycan Cumhuriyeti Dışişleri Bakan Yardımcısı Elnur Memmedov ve Kamboçya Krallığı Dışişleri ve Uluslararası İşbirliği Bakanlığı Devlet Sekreteri (Bakan Yardımcısı) Khuon Phon Rattanak’ın eş başkanlığında, Azerbaycan-Kamboçya Dışişleri Bakanlıkları arasında 4. siyasi istişareler toplantısı yapıldı.
Toplantıda, iki ülke arasındaki ilişkilerin mevcut durumu, siyasi, ekonomik, insani ve diğer alanlarda işbirliğinin genişletilmesi ve geliştirilmesi perspektifleri tartışıldı.
Bakan Yardımcısı Elnur Memmedov, bölgedeki mevcut durum, işgalden kurtarılan topraklarımızdaki mayın temizleme süreci ve ayrıca restorasyon ve inşaat çalışmaları hakkında karşı tarafa ayrıntılı bilgi verdi.
Görüşmede ayrıca, iki ülke arasında uluslararası kuruluşlar çerçevesinde, özellikle Bağlantısızlar Hareketi (NAM), Kamboçya’nın üyesi olduğu Güneydoğu Asya Ülkeleri Birliği (ASEAN) çerçevesinde işbirliği perspektifleri ele alındı.
22 Temmuz 2025 tarihinde Kamboçya Turizm Bakanı Huot Hak ile yapılan görüşmede, her iki ülkenin de geniş turizm potansiyeline sahip olduğu, turizm alanında karşılıklı ilişkilerin geliştirilmesinin önemi vurgulandı. Görüşmenin sonunda, “Azerbaycan Cumhuriyeti Hükümeti ile Kamboçya Krallığı Hükümeti Arasında Turizm Alanında İşbirliği Hakkında Mutabakat Zaptı” imzalandı.
Ziyaret kapsamında Azerbaycan heyeti başkanı, Kamboçya Krallığı Milli Meclisi Başkan Yardımcısı Vong Soth, Kamboçya Diplomatik Akademisi (NIDIR) Başkanı, Dışişleri Bakanlığı Devlet Sekreteri KhySovanratana, ASEAN Mayın Temizleme Bölgesel Merkezi (ARMAC) İcra Direktörü Bayan But Rotna ile görüştü ve ayrıca yerel basın kuruluşlarına röportaj verdi.
Kamboçya’ya ziyaret kapsamında, geçen yüzyılın 80-90’lı yıllarında Bakü’de eğitim almış Kamboçyalılarla bir görüşme yapıldı ve onların katılımıyla Azerbaycan-Kamboçya dostluk derneği kurulması önerisi Kamboçya tarafınca desteklendiği belirtildi.
Ziyaretin sonunda Dışişleri Bakan Yardımcısı Elnur Memmedov, Kamboçya’nın nüfuzlu medya kuruluşlarıyla bir araya gelerek, Azerbaycan-Kamboçya ilişkilerinin mevcut durumu ve gelişim beklentileri hakkında soruları yanıtladı.