İşğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası və vətəndaşların öz doğma torpaqlarına qayıdışının sürətləndirilməsi məqsədilə Ağdərə rayonunun Ortakənd–Dəmirlər və Həsənriz kənd avtomobil yollarında yenidənqurma işləri aparılır.
Layihə çərçivəsində uzunluğu 8,2 km olan Həsənriz avtomobil yolu üzrə köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri qazılaraq çıxarılıb və bərpa olunub, əks-dolğu işləri icra edilib. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrli suötürücü borular quraşdırılıb.
Hazırda Həsənriz kəndinə gedən və 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulan yolda asfalt-beton örtüyünün alt layının döşənməsi işləri davam etdirilir. Eyni zamanda, zəruri hissələrdə düzbucaqlı su keçidlərinin tikintisi və təmiri, həmçinin beton küvetlərin inşası da nəzərdə tutulub.
Uzunluğu 6,9 km olan Ortakənd–Dəmirlər avtomobil yolu üzrə də köhnə asfalt-beton örtüyü frezlənərək kənarlaşdırılıb, yol əsasının yararsız hissələri çıxarılıb və əks-dolğu işləri yekunlaşdırılıb. Hazırda yolda su ötürmə qabiliyyətini artırmaq üçün müxtəlif diametrli suötürücü boruların tikintisi, 400 metr uzunluğunda istinad divarının inşası həyata keçirilir. Bundan əlavə, yolun üç hissəsində körpü tipli su keçidlərinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlərə artıq başlanılıb.
İşgalden kurtarılan bölgelerde yol altyapısının restorasyonu ve vatandaşların kendi topraklarına dönüşünün hızlandırılması amacıyla Ağdere bölgesinin Ortakənd-Dəmirlər ve Həsənriz köyü otomobil yollarında yeniden yapılanma çalışmaları yapılıyor.
Proje kapsamında, uzunluğu 8,2 km olan Həsənriz otomobil yolunda eski ve kullanılamaz asfalt-beton kaplama frezelenerek kaldırıldı, yol temelinin kullanılamaz kısımları kazılarak çıkarıldı ve restore edildi, geri dolgu çalışmaları yapıldı. Yol boyunca suların iletilmesini sağlamak amacıyla çeşitli çaplarda su tahliye boruları döşendi.
Şu anda Həsənriz köyüne giden ve 4. teknik dereceye uygun şekilde yeniden inşa edilen yolda asfalt-beton kaplamanın alt tabakasının döşenmesi çalışmaları devam ediyor. Aynı zamanda, gerekli yerlerde dikdörtgen su geçitlerinin inşaatı ve onarımı, ayrıca beton kanalların yapımı da planlanıyor.
Uzunluğu 6,9 km olan Ortakənd-Dəmirlər otomobil yolunda da eski asfalt-beton kaplama frezelenerek kaldırıldı, yol temelinin kullanılamaz kısımları çıkarıldı ve geri dolgu çalışmaları tamamlandı. Şu anda yolda su iletme kapasitesini artırmak için çeşitli çaplarda su tahliye borularının inşaatı, 400 metre uzunluğunda istinat duvarının inşası gerçekleştiriliyor. Buna ek olarak, yolun üç bölümünde köprü tipi su geçitlerinin inşaatı planlanıyor ve bu yönde çalışmalara başlanıldı.