Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə marşalların növbəti təlimi keçirilib.
APA xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd Azərbaycanda keçiriləcək “Formula 1” yarışı zamanı mümkün fövqəladə halların idarə edilməsi, əməliyyat və qarşılıqlı fəaliyyət planları reallığının yoxlanılmasıdır.
Həmçinin təlimlər təhlükəli halların qarşısının alınması və yaranmış problemlərin çevik şəkildə həll edilməsi bacarıqlarının artırılmasına yönəlib.
Fövqəladə Hallar Nazirliyinin Əməliyyat Planlaşdırma Şöbəsinin rəisi polkovnik-leytenant Elvin Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, ümumilikdə 200 nəfər marşal var, onlardan 60 nəfəri Fövqəldə Hallar Nazirliyinin peşəkar yanğınsöndürənləridir.
Elvin Ağayev onu da qeyd edib ki, təlimlər bundan sonra da yarışlar başlayana qədər davam etdiriləcək. Təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı yanğın baş verərsə, qarşısının alınması, eləcə də marşalların bilik və bacarıqlarının artırılmasıdır. Şöbə rəisinin sözlərinə görə, təlimlər iki hissədən ibarətdir: “Nəzəri hissədə yanğın zamanı davranış və digər qaydalar, praktiki hissədə isə texniki avadanlıqla iş üzrə davranış izah olunur”.
Yanğınsöndürmə komandanlığının rəhbəri Vüsal Rüstəmov isə jurnalistlərə açıqlamasında təlimin məqsəd və istiqamətləri barədə məlumat verib: “Burada yanğınlar zamanı balonlarla davranış, onların istifadə olunması, yanğına yaxınlaşma texnikası və verilən komandaların icrası praktiki şəkildə göstərilir və icra olunur”.
Qeyd edək ki, iyul ayından başlayan təlimlər artıq 3-cü dəfədir keçirilir. Bundan sonra daha bir neçə təlimin keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, növbəti “Formula 1” Azərbaycan Qran Prisi bu ilin 19-21 sentyabr tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində Fövqəladə Hallar Nazirliyinin 30 ədəddən çox xüsusi texnikası və 400 nəfərə yaxın canlı qüvvəsinin cəlb olunması nəzərdə tutulub.
Olağanüstü Haller Bakanlığı ve Bakü Şehir Halkası Operasyon Şirketi’nin ortak organizasyonuyla mareşallerin bir sonraki eğitimi yapıldı.
APA’nın haberine göre, eğitimlerin amacı, Azerbaycan’da yapılacak “Formula 1” yarışı sırasında olası olağanüstü durumların yönetilmesi, operasyon ve karşılıklı faaliyet planlarının gerçekliğinin kontrol edilmesidir.
Ayrıca eğitimler, tehlikeli durumların önlenmesi ve ortaya çıkan sorunların çevik bir şekilde çözülmesi becerilerinin artırılmasına yöneliktir.
Olağanüstü Haller Bakanlığı Operasyon Planlama Şube Müdürü Albay-Teğmen Elvin Ağayev gazetecilere yaptığı açıklamada, toplamda 200 mareşal olduğunu, bunların 60’ının Olağanüstü Haller Bakanlığı’nın profesyonel itfaiyecileri olduğunu belirtti.
Elvin Ağayev ayrıca, eğitimlerin yarışlar başlayana kadar devam edeceğini kaydetti. Eğitimlerin amacı, yarışlar sırasında yangın çıkması durumunda önlenmesi, ayrıca mareşallerin bilgi ve becerilerinin artırılmasıdır. Şube müdürünün sözlerine göre, eğitimler iki bölümden oluşuyor: “Teorik bölümde yangın sırasında davranış ve diğer kurallar, pratik bölümde ise teknik ekipmanla çalışma üzerine davranış anlatılıyor.”
İtfaiye Komutanlığı Başkanı Vüsal Rüstemov ise gazetecilere yaptığı açıklamada, eğitimin amaç ve yönleri hakkında bilgi verdi: “Burada yangınlar sırasında balonlarla davranış, bunların kullanılması, yangına yaklaşma tekniği ve verilen komutların icrası pratik bir şekilde gösteriliyor ve icra ediliyor.”
Temmuz ayından başlayan eğitimlerin 3’üncüsü yapılıyor. Bundan sonra birkaç eğitim daha yapılması planlanıyor.
Hatırlatalım ki, bir sonraki “Formula 1” Azerbaycan Grand Prix’i bu yılın 19-21 Eylül tarihlerinde başkent Bakü’de yapılacak. Yarış süresince Olağanüstü Haller Bakanlığı’nın 30’dan fazla özel tekniği ve 400’e yakın canlı gücünün görevlendirilmesi öngörülüyor.