Yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan isti və quru hava şəraiti ilə əlaqədar istirahət məqsədilə meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır:
“Bu isə müxtəlif səbəblərdən meşələrdə və açıq sahələrdə yanğınların baş vermə riskini xeyli artırır.
Belə ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.
Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara bir daha müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ərazinin yanğına qarşı vəziyyəti qiymətləndirilməli, ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır. Təhlükə zamanı 112-yə zəng edin!”
Olağanüstü Haller Bakanlığı, yangın güvenliği konusunda halka tekrar başvurdu.
Ülke genelinde gözlemlenen sıcak ve kurak hava koşulları nedeniyle ormanlık ve orman çevresi alanlara dinlenme amacıyla giden vatandaşların sayısında büyük bir artış olduğu belirtildi:
“Bu durum, çeşitli nedenlerle ormanlarda ve açık alanlarda yangın çıkma riskini önemli ölçüde artırmaktadır.
Olağanüstü Haller Bakanlığı tarafından ormanlık ve orman çevresi alanlarda meydana gelen yangınların nedenlerine ilişkin yapılan araştırmaların analizi sonucunda, orman yangınlarının temel olarak bazı vatandaşların en basit yangın güvenliği kurallarına kayıtsız kalması veya sorumsuz davranışları nedeniyle çıktığı tespit edilmiştir. En küçük bir dikkatsizliğin bile orman alanları, flora ve fauna, genel olarak çevre ve sonuç olarak toplum için ağır sonuçlar doğurabileceği unutulmamalıdır.
Olağanüstü Haller Bakanlığı, belirtilenleri dikkate alarak, halka, özellikle ormanlık alanlara yakın bölgelerde yaşayan, doğa içinde dinlenmeye giden vatandaşlara bir kez daha başvurarak, yangın güvenliği kurallarına sıkı bir şekilde uymaları çağrısında bulunmaktadır.
Şöyle ki, ormanda ateş sadece özel olarak belirlenmiş yerlerde yakılmalı, bunun için alanın yangına karşı durumu değerlendirilmeli, ağaç altı, kuru ot ve çalılık, ağaç kalıntılarının bulunduğu alan seçilmemeli, ateşin etrafındaki otlar 0,5-1 metre yarıçapında temizlenmelidir. Yakılan ateş gözetimsiz bırakılmamalı ve alan terk edilirken tamamen söndürülmelidir. Rüzgarlı havalarda ateş yakmak yasaktır. Tamamen söndürülmemiş sigara izmaritleri ve kibrit çöplerinin, cam eşyaların ve yanıcı sıvılarla ıslanmış malzemelerin etrafa atılmasının yangın tehlikesi yarattığı unutulmamalıdır. Tehlike anında 112’yi arayın!”