Ajans, yurtdışında okuyan öğrencilere hitap etti

Ajans, yurtdışında okuyan öğrencilere hitap etti

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici ölkələrdə təhsil alan və təhsil almaq arzusunda olan tələbələrə müraciət edib.

Bildirilib ki, xüsusilə son illər qonşu ölkələrdən əldə olunan kvalifikasiyaların tanınmasına dair imtina qərarlarının sayı artmaqdadır:

“Bu barədə təhlil xarakterli ətraflı məlumatlar (ən çox imtina verilən kvalifikasiyalar üzrə ali təhsil müəssisələrinin siyahısı, imtina səbəbləri və digər zəruri məqamlar) Agentliyin həm rəsmi saytında, həm də sosial şəbəkə hesablarında mütəmadi olaraq paylaşılır (ətraflı məlumatla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz).

Eyni zamanda qeyd edək ki, tənzimlənən ixtisaslar (hüquq, müəllimlik və mühəndislik) üzrə TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunan imtahanlarda aşağı reytinqli universitetlərdən əldə olunan kvalifikasiya sahiblərinin qeyri-qənaətbəxş imtahan nəticələrinin sayının kifayət qədər çox olması narahatedici məqamdır. Bu məqsədlə, müraciətçilərə sözügedən istiqamətlər üzrə təhsil almadan öncə müvafiq təhsil müəssisələrini araşdırmağı tövsiyə edirik (DİM imtahan nəticələri ilə bağlı keçidlər aşağıda verilmişdir)”.

Məlumatda qeyd olunub ki, xarici ölkələrdə təhsil aldığınız müddətdə Qaydaların 4-cü bölməsinin 4.1-ci bəndinin yarım bəndlərində qeyd olunan tələblər xarici kvalifikasiyaların tanınması istiqamətində ilkin şərtləri ehtiva edir:

“Belə ki, əldə olunan xarici kvalifikasiyanın ölkə ərazisində tanınması istiqamətində Qaydalarda qeyd olunan tədrisin normativ müddətinə uyğun təhsil almaq, müəyyən olunmuş təhsil müddəti ərzində müvafiq xarici təhsil müəssisəsində fiziki olaraq dərslərdə iştirak etmək zəruridir. Sözügedən tələblərə əməl olunmadan əldə edilən xarici kvalifikasiyaların ölkə ərazisində tanınması mümkünsüzdür.

Əlavə olaraq, sizləri son zamanlar sosial şəbəkələr, internet və media resursları vasitəsilə təhsil şirkətləri tərəfindən reklam olunan təhsil müəssisələrinə “asan üsullarla” qəbul olunma ilə bağlı ehtiyatlı olmağa, müvafiq təhsil müəssisələrindən əldə olunan xarici kvalifikasiyaların ölkə ərazisində mütləq tanınması ilə bağlı vədlərə inanmamağa çağırırıq.

TKTA olaraq xarici təhsil müəssisələri haqqında səhih və ətraflı məlumat əldə etdikdən, yuxarıda qeyd olunan məqamları nəzərdən keçirdikdən sonra seçim etməyinizi xahiş edirik.

Yekunda təkrar qeyd etmək istərdik ki, xarici kavalifikasiyaların ölkə ərazisində tanınması üçün Qaydaların 4-cü bölməsində qeyd olunan tələblərin tam təmin olunması şərtdir”.

Kalite Güvence Ajansı, yurt dışında eğitim alan ve eğitim almak isteyen öğrencilere başvurdu.

Özellikle son yıllarda komşu ülkelerden alınan niteliklerin tanınmasına ilişkin ret kararlarının sayısının arttığı belirtildi:

“Bu konuda analitik nitelikte ayrıntılı bilgiler (en çok ret verilen nitelikler için yükseköğretim kurumlarının listesi, ret nedenleri ve diğer gerekli noktalar) Ajansın hem resmi sitesinde hem de sosyal medya hesaplarında düzenli olarak paylaşılmaktadır (ayrıntılı bilgiye aşağıdaki bağlantılar aracılığıyla ulaşabilirsiniz).

Aynı zamanda, düzenlenmiş meslekler (hukuk, öğretmenlik ve mühendislik) için TKTA’nın siparişi üzerine Devlet Sınav Merkezi (DİM) tarafından düzenlenen sınavlarda düşük reytingli üniversitelerden alınan niteliklere sahip olanların tatmin edici olmayan sınav sonuçlarının sayısının oldukça fazla olmasının endişe verici bir nokta olduğunu belirtmek isteriz. Bu amaçla, başvuranlara söz konusu alanlarda eğitim almadan önce ilgili eğitim kurumlarını araştırmalarını tavsiye ediyoruz (DİM sınav sonuçlarıyla ilgili bağlantılar aşağıda verilmiştir)”.

Bilgide, yurt dışında eğitim aldığınız süre boyunca Yönetmeliklerin 4. bölümünün 4.1. maddesinin alt maddelerinde belirtilen şartların, yabancı niteliklerin tanınması yönünde ön şartları içerdiği kaydedildi:

“Şöyle ki, elde edilen yabancı niteliğin ülke topraklarında tanınması yönünde Yönetmeliklerde belirtilen öğretimin normatif süresine uygun eğitim almak, belirlenen eğitim süresi boyunca ilgili yabancı eğitim kurumunda fiziki olarak derslere katılmak gerekmektedir. Söz konusu şartlara uyulmadan elde edilen yabancı niteliklerin ülke topraklarında tanınması mümkün değildir.

Ek olarak, sizleri son zamanlarda sosyal ağlar, internet ve medya kaynakları aracılığıyla eğitim şirketleri tarafından reklamı yapılan eğitim kurumlarına “kolay yollarla” kabul edilme konusunda dikkatli olmaya, ilgili eğitim kurumlarından elde edilen yabancı niteliklerin ülke topraklarında mutlaka tanınacağına dair vaatlere inanmamaya çağırıyoruz.

TKTA olarak, yabancı eğitim kurumları hakkında doğru ve ayrıntılı bilgi edindikten, yukarıda belirtilen noktaları gözden geçirdikten sonra seçim yapmanızı rica ediyoruz.

Son olarak, yabancı niteliklerin ülke topraklarında tanınması için Yönetmeliklerin 4. bölümünde belirtilen şartların tam olarak sağlanmasının şart olduğunu tekrar belirtmek isteriz”.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top