19-cu əsrin əvvəllərində varlı və nüfuzlu azərbaycanlılar övladlarına Qərb təhsili verməyə başladılar. Əsrin ortalarında artıq Avropa təhsilli bir çox azərbaycanlı ziyalı meydana çıxmışdı. Bu ziyalılar xalqın maariflənməsi üçün çalışmaq istəyirdilər. Lakin şərait çətin idi. Maarifçilik ideyalarını Çar Rusiyasının repressiv rejimi altında yerli xalq arasında yaymaq asan deyildi.
19-cu əsrin sonlarına doğru Çar Rusiyasının islahat görüntüsü yaratmaq üçün atdığı cüzi addımlar Azərbaycan ziyalıları tərəfindən fürsətə çevrildi. Yerli məktəblər açdılar, cəmiyyətlər qurdular, yeni əsərlər yazdılar, teatrın əsasını qoydular və mədəni-maarifçi bir hərəkat başladılar.
Bu dövrdə Azərbaycanın ən böyük ziyalılarından biri olan Həsən bəy Zərdabi ilk qəzeti nəşr etdi. 22 iyul 1875-ci ildə ilk sayı yayımlanan “Əkinçi” qəzeti Azərbaycanda mətbuatın əsasını qoydu. Həsən bəyin işi yalnız qəzet nəşr etmək deyildi. Bu, Azərbaycanın ictimai, siyasi və mədəni həyatında yeni bir dövrün başlanğıcı idi.
“Əkinçi” xalqın maariflənmə prosesinin kütləviləşməsi yolunda atılan ilk addım idi. Həsən bəy qəzetin nəşr olunma məqsədini kəndlilərə yeni kənd təsərrüfatı üsullarını öyrətmək kimi göstərsə də, “Əkinçi” Azərbaycan fikir tarixində ilk təməllərdən biri oldu. Bu qəzetdən müəllimlər, ziyalılar, oxuma imkanı olan hər kəs faydalanırdı. “Əkinçi” maarifləndirir, aydınladır, dəyişdirir, yol göstərir, öncülük edirdi. Bir müddət sonra onun izindən “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Füyuzat” kimi nəşrlər meydana çıxdı.
Ardınca Azərbaycan mətbuatı üçün “Molla Nəsrəddin” dövrü başladı. Bu yolda ziyalıların yaydığı işıq Azərbaycanı çox qısa, lakin mənalı bir tarixə – Cümhuriyyət fikrinə apardı və bu fikir reallaşdı.
Cümhuriyyət dövründəki azadlıq mühiti müxtəlif siyasi qütblərin öz qəzetlərini yaratmasına şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşri olan “Azərbaycan” qəzeti çap olundu. Böyük ziyalı Ceyhun Hacıbəyli bu qəzetin ilk baş redaktoru idi.
Şərqin ilk respublikasının yaratdığı azadlıq şəraitində “İstiqlal”, “Yeni Həyat”, “Qurtuluş” qəzetləri, “Molla Nəsrəddin”, “Şəlalə”, “Zənbur”, “Məktəb və Həyat” jurnalları kimi müxtəlif siyasi baxışları əks etdirən nəşrlər çap olunmağa başladı.
Lakin ilk Cümhuriyyətin ömrü qısa oldu.
Sovetlərin gəlişi və senzura dövrünün qayıdışı
Sovet rejiminin qurulması və yeni senzura dövrünün başlaması Azərbaycanın ictimai, siyasi həyatını və mətbuatını demək olar iflic etdi. Düşünə bilən, danışa bilən, xalq üçün nəsə edə bilən bir çox insan ya öldürüldü, ya həbs edildi, ya da sürgünə göndərildi.
Buna baxmayaraq, mətbuat ağır senzura şəraitində də Azərbaycan türkcəsində yaşamağa davam etdi. Respublikanın mirası olan “Azərbaycan” qəzeti “Kommunist” qəzetinə çevrildi. Bu dövrdə “Sovet Kəndi”, “Azərbaycan Gəncləri”, “Bakı”, “Ədəbiyyat” kimi qəzetlər; “Ulduz”, “Elm və Həyat”, “Azərbaycan”, “Pioner” kimi jurnallar çap olundu.
Əlbəttə, bu nəşrlərin hamısı Sovetlərin ideoloji təbliğat vasitələri idi. Çox sərt senzura tətbiq olunurdu. Həmçinin, Azərbaycanda rus dilini yaymaq məqsədilə “Bakinski Raboçiy”, “Vışka”, “İzvestiya Azerbaydjan” adlı rusdilli qəzetlər də nəşr olunurdu.
Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan türkcəsində nəşr olunan mətbuat və ədəbiyyat öz varlığını qoruyub saxladı. Bunun sayəsində ədəbi dil qorundu, jurnalist nəsli davam etdi, ənənələr yaşadıldı.
Senzuranın yaratdığı maraqlı hallardan biri də bu idi ki, qəzetlərdə senzura tərəfindən silinən sözlərin, cümlələrin yerində ağ boşluqlar qalırdı. O ağ boşluqlar Sovet dövrü Azərbaycan mətbuatının simvoluna çevrilmişdi.
Yenidən azadlıq: senzura sona çatdı
Sovet İttifaqının dağılması ilə Azərbaycanda başlayan siyasi proseslər mətbuat üzərindəki dövlət nəzarətinin aradan qalxmasına səbəb oldu. “Azərbaycan” qəzetinə tarixi adı geri verildi. “Meydan”, “Cümhuriyyət”, “Səhər”, “Yeni Müsavat”, “525-ci qəzet”, “Şərq” qəzetləri, “Ayna-Zerkalo” kimi nəşrlər fəaliyyətə başladı.
Dövlət informasiya agentliyi ilə yanaşı, özəl agentliklər və televiziya kanalları yaradıldı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə mətbuata həyat verən tarixi bir fərman imzaladı. Bu fərmanla Azərbaycan mətbuatı senzuradan azad edildi. Bu, mətbuatın daha da sərbəstləşməsinə, tənqidi jurnalistikanın inkişafına və media üçün reklam bazarının formalaşmasına şərait yaratdı. Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, jurnalistlər konqres keçirərək özünüidarəetmə orqanı olan Mətbuat Şurasını yaratdılar.
Son 5 il: Yeni mərhələ
Son 5 ildə Azərbaycan mediasının inkişafında yeni bir mərhələyə keçildi. Mediamız artıq daha konseptual inkişaf istiqamətində irəliləyir. Qarabağ zəfəri bizi daha böyük media arenasına çıxardı. Zəfərlə cəbhədə silahlar susdu, müharibə başa çatdı. Lakin informasiya cəbhəsində mübarizə hələ də davam edir.
Bu müddətdə Azərbaycana qarşı hücum edən, hadisələri birtərəfli təqdim edən media qurumlarının sayı heç də azalmadı. Dünyada, xüsusilə ətrafımızdakı müharibələrdə bütün tərəflərə söz haqqı tanımağımıza baxmayaraq, illərlə bizim reallığımızı görmək istəmədilər. Azərbaycanla bağlı xəbərlərdə çox zaman üçüncü ölkələrin media mərkəzlərinə istinad etdilər. Amma biz son 5 ildə bu reallığı dəyişdik.
Artıq Azərbaycan haqqında xəbər hazırlamaq istəyən ilk olaraq Azərbaycan mediasını izləyir. Bu kanalların istinad nöqtəsi bizim mediamızdır. Azərbaycan mediasının 150 illik yolçuluğunda xalqımıza və dostlarımıza verə biləcəyimiz ən böyük müjdə budur: Biz heç vaxt ölkəmizin informasiya məkanını qlobal media şirkətlərinə və ya xarici media nümayəndəliklərinə təhvil vermədik. Bu baxımdan, xalqımız hər zaman xəbərləri yerli mənbələrdən alıb və almaqda davam edir.
Azərbaycan mediası rəqəmsallaşır və transformasiya prosesini uğurla aparır. Məsələn, yaxın zamanda keçirilən III Şuşa Qlobal Media Forumu çərçivəsində 52 ölkəni təmsil edən 80 media qurumu və 7 beynəlxalq təşkilatın nümayəndəsi iştirak etdi. Bu tədbir artıq qlobal səviyyədə tanınmış media müzakirə platformasına çevrilib. Azərbaycan mediası 150 illiyini zəfər qazanmış, arzuladığı qələbə xəbərlərini paylaşan bir media olaraq Şuşa və Xankəndidə qeyd edir. Dünya liderləri Azərbaycan mediasına istinad edərək Prezident İlham Əliyevin çıxışlarından sitatlar paylaşırlar.
Prezident Əliyev dünya mediasının da maraqla izlədiyi III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının fəaliyyətini belə dəyərləndirdi:
“Bu gün Azərbaycan mediası dövlət maraqlarını qoruya biləcək gücdədir. Azərbaycan mediası ölkəmizə qarşı səsləndirilən əsassız ittihamları əsaslandırmalar, dərin təhlillər və konkret faktlarla təkzib etməkdə böyük nailiyyətlər əldə edib. Media yalnız müdafiə deyil, lazım gəldikdə hücuma da keçə bilir. Bu çox vacibdir.
Həqiqət budur ki, bu gün Azərbaycan mediası bir çox ölkələrdə oxunur, təhlil olunur. Məqalələrin Azərbaycanın rəsmi mövqeyi ilə nə dərəcədə üst-üstə düşdüyü müzakirə olunur. Bu vəziyyət, Azərbaycan mediasının həqiqətən böyük inkişaf yolu keçdiyini sübut edir. Rahatlıqla deyə bilərik ki, mediamız artıq istənilən qaralama kampaniyasına cavab verə biləcək gücə sahibdir və bu çox vacib, yeni bir reallıqdır”.
Türkiyə–Azərbaycan media qardaşlığı
Vətən müharibəsi Türkiyə ilə Azərbaycan media orqanları arasında əlaqələri daha da gücləndirdi. Qardaş Türkiyənin dövləti və xalqı kimi mediası da bizi tək qoymadı. Türk jurnalistlər müharibə günlərində cəbhədə bizimlə birlikdə idilər.
Açıq şəkildə xatırlayıram: Tərtərdə azərbaycanlı jurnalistlər hücuma məruz qalmış, Azərbaycan Dövlət Televiziyasının canlı yayım maşını vurulmuşdu. Azərtac, APA və “Report”un əməkdaşları da oradaydı. Yanımızda “Anadolu” Agentliyi və TRT-nin müxbirləri də var idi.
Zəfərimizdən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi qardaşlığımızın yeni siyasi simvoluna çevrildi. 2022-ci ildə bu təməl üzərində Türkiyə–Azərbaycan Ortaq Media Platforması yaradıldı. Bu da birgə fəaliyyətimizin yeni əsasını təşkil etdi.
Türkiyədə baş verən böyük zəlzələ zamanı Azərbaycan heç bir Türkiyə rəsmisinə soruşmadan yardım təyyarələri və xilasedici heyət göndərdi. O təyyarələrdə azərbaycanlı jurnalistlər də var idi. Yenə birlikdə idik, yenə birgə xəbər hazırladıq, həm kədərimizi, həm də xilas olunan hər canın sevincini birgə çatdırdıq.
Daha sonra Ankarada iştirak etdiyim bir tədbirdə ziyalılardan biri bu günləri belə ifadə etmişdi:
“Əsrin fəlakəti zamanı Türkiyəyə dünyanın hər yerindən yardımlar, xilasedici qruplar gəldi. Hər kəs dəstək oldu. Amma bu fəlakət haqqında şeirlər, yazılar, əsərlər yalnız Türk dövlətlərində yarandı”.
Bu cümlələr anlamlı idi. Biz bir-birimizin ruhunu hiss edə bilirik. Bu emosional və mənalı bağ peşəkarlıqla birləşəndə çox böyük güc ortaya çıxır. Bu güc sayəsində informasiya məkanımıza xarici müdaxilələrin qarşısı alınır, şəbəkə qura bilirik, xəbər sahəmizi xarici təsirlərdən və bəd niyyətlərdən qoruya bilirik.
Türk mediasının dünyada, xüsusilə türkdilli ölkələrdə, ərəb coğrafiyasında və Afrikadakı təsiri ilə Azərbaycan mediasının keçmiş Sovet məkanı və Şərqi Avropadakı təsiri birləşəndə çox böyük bir coğrafiyada informasiya üstünlüyü yarana bilər. Bu, yalnız peşəkar media baxımından deyil, dövlətlərimizin informasiya təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir.
Bu səbəbdən, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəbər şəbəkəsinin genişləndirilməsi, xüsusilə xəbər agentlikləri şəbəkəsi və ortaq xəbər bazasının yaradılması gələcəkdə əsas hədəflərdən biri olmalıdır.
19. yüzyılın başlarında varlıklı ve nüfuzlu Azerbaycanlılar çocuklarına Batı eğitimi vermeye başladılar. Yüzyılın ortalarında artık Avrupa eğitimli birçok Azerbaycanlı aydın ortaya çıkmıştı. Bu aydınlar halkın aydınlanması için çalışmak istiyorlardı. Ancak şartlar zordu. Aydınlanma fikirlerini Çarlık Rusyası’nın baskıcı rejimi altında yerel halk arasında yaymak kolay değildi.
19. yüzyılın sonlarına doğru Çarlık Rusyası’nın reform görüntüsü yaratmak için attığı cüzi adımlar Azerbaycanlı aydınlar tarafından fırsata çevrildi. Yerel okullar açtılar, cemiyetler kurdular, yeni eserler yazdılar, tiyatronun temelini attılar ve kültürel-aydınlatıcı bir hareket başlattılar.
Bu dönemde Azerbaycan’ın en büyük aydınlarından biri olan Hasan Bey Zerdabi ilk gazeteyi yayınladı. 22 Temmuz 1875’te ilk sayısı yayınlanan “Ekinci” gazetesi Azerbaycan’da basının temelini attı. Hasan Bey’in işi sadece gazete yayınlamak değildi. Bu, Azerbaycan’ın sosyal, siyasi ve kültürel hayatında yeni bir dönemin başlangıcıydı.
“Ekinci” halkın aydınlanma sürecinin kitleselleşmesi yolunda atılan ilk adımdı. Hasan Bey gazetenin yayınlanma amacını köylülere yeni tarım yöntemlerini öğretmek gibi gösterse de, “Ekinci” Azerbaycan fikir tarihinde ilk temellerden biri oldu. Bu gazeteden öğretmenler, aydınlar, okuma imkanı olan herkes faydalanıyordu. “Ekinci” aydınlatıyor, berraklaştırıyor, değiştiriyor, yol gösteriyor, öncülük ediyordu. Bir müddet sonra onun izinden “Ziya”, “Ziyayi-Kafkasya”, “Keşkül”, “Füyuzat” gibi yayınlar ortaya çıktı.
Ardından Azerbaycan basını için “Molla Nasreddin” dönemi başladı. Bu yolda aydınların yaydığı ışık Azerbaycan’ı çok kısa, lakin manalı bir tarihe – Cumhuriyet fikrine götürdü ve bu fikir gerçekleşti.
Cumhuriyet dönemindeki özgürlük ortamı, farklı siyasi kutupların kendi gazetelerini yaratmasına ortam sağladı. Azerbaycan Halk Cumhuriyeti’nin resmi yayını olan “Azerbaycan” gazetesi basıldı. Büyük aydın Ceyhun Hacıbeyli bu gazetenin ilk genel yayın yönetmeniydi.
Doğu’nun ilk cumhuriyetinin yarattığı özgürlük ortamında “İstiklal”, “Yeni Hayat”, “Kurtuluş” gazeteleri, “Molla Nasreddin”, “Şelale”, “Zenbur”, “Mektep ve Hayat” dergileri gibi farklı siyasi görüşleri yansıtan yayınlar basılmaya başladı.
Lakin ilk Cumhuriyetin ömrü kısa oldu.
Sovyetlerin gelişi ve sansür döneminin dönüşü
Sovyet rejiminin kurulması ve yeni sansür döneminin başlaması Azerbaycan’ın sosyal, siyasi hayatını ve basını neredeyse felç etti. Düşünebilen, konuşabilen, halk için bir şeyler yapabilen birçok insan ya öldürüldü, ya hapsedildi, ya da sürgüne gönderildi.
Buna rağmen, basın ağır sansür şartlarında da Azerbaycan Türkçesi’nde yaşamaya devam etti. Cumhuriyetin mirası olan “Azerbaycan” gazetesi “Komünist” gazetesine çevrildi. Bu dönemde “Sovyet Köyü”, “Azerbaycan Gençleri”, “Bakü”, “Edebiyat” gibi gazeteler; “Yıldız”, “Bilim ve Hayat”, “Azerbaycan”, “Piyoner” gibi dergiler basıldı.
Elbette, bu yayınların hepsi Sovyetlerin ideolojik propaganda araçlarıydı. Çok sert sansür uygulanıyordu. Ayrıca, Azerbaycan’da Rus dilini yaymak amacıyla “Bakinski Raboçiy”, “Vışka”, “İzvestiya Azerbaydjan” adlı Rusça gazeteler de yayınlanıyordu.
Lakin tüm bu zorluklara rağmen, Azerbaycan Türkçesi’nde yayınlanan basın ve edebiyat kendi varlığını koruyup sakladı. Bunun sayesinde edebi dil korundu, gazeteci nesli devam etti, gelenekler yaşatıldı.
Sansürün yarattığı ilginç durumlardan biri de şuydu ki, gazetelerde sansür tarafından silinen sözlerin, cümlelerin yerinde beyaz boşluklar kalıyordu. O beyaz boşluklar Sovyet dönemi Azerbaycan basınının sembolüne dönüşmüştü.
Yeniden özgürlük: sansür sona erdi
Sovyetler Birliği’nin dağılması ile Azerbaycan’da başlayan siyasi süreçler basın üzerindeki devlet denetiminin ortadan kalkmasına sebep oldu. “Azerbaycan” gazetesine tarihi adı geri verildi. “Meydan”, “Cumhuriyet”, “Seher”, “Yeni Müsavat”, “525. gazete”, “Şark” gazeteleri, “Ayna-Zerkalo” gibi yayınlar faaliyete başladı.
Devlet haber ajansının yanı sıra, özel ajanslar ve televizyon kanalları kuruldu. Azerbaycan’ın ulusal lideri Haydar Aliyev 1998’de basına hayat veren tarihi bir kararname imzaladı. Bu kararnameyle Azerbaycan basını sansürden azat edildi. Bu, basının daha da serbestleşmesine, eleştirel gazeteciliğin gelişmesine ve medya için reklam pazarının oluşmasına ortam yarattı. Azerbaycan’da Basın ve Enformasyon Bakanlığı lağvedildi, gazeteciler kongre yaparak kendi kendini yönetme organı olan Basın Konseyi’ni kurdular.
Son 5 yıl: Yeni aşama
Son 5 yılda Azerbaycan medyasının gelişiminde yeni bir aşamaya geçildi. Medyamız artık daha kavramsal gelişim yönünde ilerliyor. Karabağ zaferi bizi daha büyük medya arenasına çıkardı. Zaferle cephede silahlar sustu, savaş sona erdi. Lakin enformasyon cephesinde mücadele hala devam ediyor.
Bu müddette Azerbaycan’a karşı hücum eden, hadiseleri tek taraflı takdim eden medya kuruluşlarının sayısı hiç de azalmadı. Dünyada, özellikle etrafımızdaki savaşlarda tüm taraflara söz hakkı tanımamıza rağmen, yıllarca bizim gerçekliğimizi görmek istemediler. Azerbaycan’la ilgili haberlerde çoğu zaman üçüncü ülkelerin medya merkezlerine atıfta bulundular. Ama biz son 5 yılda bu gerçekliği değiştirdik.
Artık Azerbaycan hakkında haber hazırlamak isteyen ilk olarak Azerbaycan medyasını izliyor. Bu kanalların referans noktası bizim medyamızdır. Azerbaycan medyasının 150 yıllık yolculuğunda halkımıza ve dostlarımıza verebileceğimiz en büyük müjde budur: Biz hiçbir zaman ülkemizin enformasyon mekanını global medya şirketlerine veya yabancı medya temsilciliklerine teslim etmedik. Bu bakımdan, halkımız her zaman haberleri yerli kaynaklardan alıp almakta devam ediyor.
Azerbaycan medyası dijitalleşiyor ve transformasyon sürecini başarıyla yürütüyor. Örneğin, yakın zamanda gerçekleştirilen III. Şuşa Küresel Medya Forumu çerçevesinde 52 ülkeyi temsil eden 80 medya kuruluşu ve 7 uluslararası teşkilatın temsilcisi iştirak etti. Bu etkinlik artık global seviyede tanınmış bir medya müzakere platformuna çevrilmiş durumda. Azerbaycan medyası 150. yılını zafer kazanmış, arzuladığı galibiyet haberlerini paylaşan bir medya olarak Şuşa ve Hankendi’de kutluyor. Dünya liderleri Azerbaycan medyasına atıfta bulunarak Cumhurbaşkanı İlham Aliyev’in konuşmalarından alıntılar paylaşıyorlar.
Cumhurbaşkanı Aliyev, dünya medyasının da ilgiyle izlediği III. Şuşa Küresel Medya Forumu’nda Azerbaycan medyasının faaliyetlerini şöyle değerlendirdi:
“Bugün Azerbaycan medyası devlet menfaatlerini koruyabilecek güçtedir. Azerbaycan medyası ülkemize karşı seslendirilen asılsız ithamları gerekçelendirmeler, derin tahliller ve somut faktörlerle tekzip etmekte büyük başarılar elde etti. Medya yalnız müdafaa değil, lazım geldiğinde hücuma da geçebilir. Bu çok önemlidir.
Hakikat şudur ki, bugün Azerbaycan medyası birçok ülkede okunuyor, tahlil olunuyor. Makalelerin Azerbaycan’ın resmi pozisyonuyla ne derece örtüştüğü müzakere olunuyor. Bu vaziyet, Azerbaycan medyasının hakikaten büyük bir gelişim yolu katettiğini ispat ediyor. Rahatlıkla diyebiliriz ki, medyamız artık istenilen karalama kampanyasına cevap verebilecek güce sahiptir ve bu çok önemli, yeni bir gerçekliktir“.
Türkiye–Azerbaycan medya kardeşliği
Vatan Savaşı Türkiye ile Azerbaycan medya organları arasındaki ilişkileri daha da güçlendirdi. Kardeş Türkiye’nin devleti ve halkı gibi medyası da bizi tek bırakmadı. Türk gazeteciler savaş günlerinde cephede bizimle birlikteydiler.
Açık şekilde hatırlıyorum: Terter’de Azerbaycanlı gazeteciler saldırıya uğramış, Azerbaycan Devlet Televizyonu’nun canlı yayın aracı vurulmuştu. AzerTac, APA ve “Report”un çalışanları da oradaydı. Yanımızda “Anadolu” Ajansı ve TRT’nin muhabirleri de vardı.
Zaferimizden sonra İlham Aliyev ve Recep Tayyip Erdoğan’ın imzaladığı Şuşa Beyannamesi kardeşliğimizin yeni siyasi sembolüne çevrildi. 2022’de bu temel üzerinde Türkiye–Azerbaycan Ortak Medya Platformu kuruldu. Bu da birlikte faaliyetlerimizin yeni temelini teşkil etti.
Türkiye’de meydana gelen büyük deprem zamanında Azerbaycan hiçbir Türkiye yetkilisine sormadan yardım uçakları ve kurtarıcı heyet gönderdi. O uçaklarda Azerbaycanlı gazeteciler de vardı. Yine birlikteydik, yine birlikte haber hazırladık, hem kederimizi, hem de kurtarılan her canın sevincini birlikte ulaştırdık.
Daha sonra Ankara’da iştirak ettiğim bir etkinlikte aydınlardan biri bu günleri şöyle ifade etmişti:
“Asrın felaketinde Türkiye’ye dünyanın her yerinden yardımlar, kurtarıcı gruplar geldi. Herkes destek oldu. Ama bu felaket hakkında şiirler, yazılar, eserler yalnız Türk devletlerinde yaratıldı”.
Bu cümleler anlamlıydı. Biz birbirimizin ruhunu hissedebiliyoruz. Bu duygusal ve manalı bağ profesyonellikle birleştiğinde çok büyük güç ortaya çıkıyor. Bu güç sayesinde enformasyon mekanımıza yabancı müdahalelerin önüne geçiliyor, şebeke kurabiliyoruz, haber sahamızı yabancı etkilerden ve kötü niyetlerden koruyabiliyoruz.
Türk medyasının dünyada, özellikle Türk dilli ülkelerde, Arap coğrafyasında ve Afrika’daki etkisi ile Azerbaycan medyasının eski Sovyet mekanı ve Doğu Avrupa’daki etkisi birleştiğinde çok büyük bir coğrafyada enformasyon üstünlüğü yaratılabilir. Bu, yalnız profesyonel medya bakımından değil, devletlerimizin enformasyon güvenliği bakımından da çok önemlidir.
Bu sebeple, Türk Devletleri Teşkilatına (TDT) üye ülkelerin haber şebekesinin genişletilmesi, özellikle haber ajansları şebekesi ve ortak haber havuzunun oluşturulması gelecekteki temel hedeflerden biri olmalıdır.