Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlarla bağlı vətəndaşlara çağırış edib.
APA ANAMA-ya istinadən xəbər verir ki, müraciətdə deyilir:
“İşğaldan azad edilmiş ərazilərdə son günlərdə mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artmasına şahid oluruq. Azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi vətəndaşlara çağırış edərək bildirir ki, işğaldan azad olunmuş ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etsinlər! Açıq alovdan istifadə zamanı ehtiyatlı davransınlar! Siqaret kötüklərini yerə atmaqdan çəkinsinlər!
Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər”.
Qeyd edilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur, lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir:
“İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və vətən torpağını birgə qoruyaq!”
Azerbaycan Cumhuriyeti Mayın Temizleme Ajansı (ANAMA), işgalden kurtarılmış bölgelerde meydana gelen yangınlarla ilgili vatandaşlara çağrıda bulundu.
APA, ANAMA’ya atıfta bulunarak, başvuruda şunların belirtildiğini bildirdi:
“İşgalden kurtarılmış bölgelerde, son günlerde mevsimsel olarak havaların sıcak ve kurak geçmesi sonucu orman ve otlak alanlarında yangın olaylarının arttığına tanık oluyoruz. Kurtarılmış bölgelere vatandaşların dinlenme ve ziyaret amaçlı seyahatlerinin yoğunlaşması ve geri dönüş sürecine katılan sakinlerin sayısının artması gözlemlenmektedir. Bu nedenle, Azerbaycan Cumhuriyeti Mayın Temizleme Ajansı vatandaşlara çağrıda bulunarak, işgalden kurtarılmış bölgelerde bulunurken ateşle davranış kurallarına sıkı bir şekilde uymalarını, açık alev kullanırken dikkatli olmalarını ve sigara izmaritlerini yere atmaktan kaçınmalarını bildirir!
Meydana gelebilecek geniş çaplı bir yangın olayında, o bölgelerde bırakılmış olan mayınlar ve diğer patlayıcı maddeler, sıcaklığın etkisiyle tetiklenebilir ve yakınında bulunan herhangi bir kişi veya kişilere ciddi zarar verebilir.”
Uluslararası Mayın Temizleme Standartlarına göre, suni engeller ve tahkimatlar ile doğal bitki örtüsünün hiçbir kaynakla temizlenmesi mümkün olmayan bölgelerde yakma faaliyeti gibi bir prosedürün mevcut olduğu, ancak ANAMA tarafından bu tür bir faaliyetin yürütülmediği belirtildi:
“İşgalden kurtarılmış bölgelerde yangın veya mayın tehlikesi durumlarıyla karşılaştığınızda derhal 805, 102 veya 112 numaralarına başvurmanız tavsiye olunur. Kendimizi, yakınlarımızı, doğamızı ve vatan toprağını birlikte koruyalım!”