Bu gün Azərbaycan İdman Akademiyası (ASA) və Azərbaycan Tibb Universiteti (ATU) arasında görüş keçirilib.
ATU rektoru professor Gəray Gəraybəyli və ASA-nın rektoru Fuad Hacıyevin rəhbərliyi ilə baş tutan görüşdə, ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov, İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova, ASA-nın Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Tədris işləri üzrə prorektorun müşaviri Zərifə Kamilova, Tədrisin planlaşdırılması və proqnozlaşdırılması departamentinin müdiri Nazim Abbasov, Beynəlxalq əməkdaşlıq və layihələrlə iş şöbəsinin müdiri Cəmilə İsmayılzadə, Sağlamlaşdırıcı idman və reabilitasiya kafedrasının müdiri Könül Məmmədova və MediaLab-ın meneceri Qoşqar Cəfərov iştirak ediblər.
İki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.
Memoranduma ASA ilə ATU arasında elmi-tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsi, multidissiplinar tədqiqatların təşviqi, innovasiyalar vasitəsilə yeni elmi nəticələrin əldə olunması, tədris proqramlarının yenilənməsi və qabaqcıl təhsil metodlarının tətbiqi daxildir.
Tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, qarşılıqlı təlim və təcrübəkeçmə imkanlarının yaradılması, mövcud tədris resurslarından birgə istifadə, əhalinin sağlamlığını qorumaq məqsədilə sosial layihələrin həyata keçirilməsi, habelə idman və səhiyyə sahəsində müasir yanaşmaların təşviqi memorandumun əsas hədəflərindəndir.
Tərəflər beynəlxalq akademik və elmi əlaqələrin gücləndirilməsi, beynəlxalq layihələrdə birgə iştirak etməklə regional və qlobal səviyyədə təsir imkanlarının artırılması istiqamətində də əməkdaşlıq edəcəklər.
Bugün Azerbaycan Spor Akademisi (ASA) ve Azerbaycan Tıp Üniversitesi (ATU) arasında bir görüşme yapıldı.
ATU Rektörü Profesör Geray Geraybeyli ve ASA Rektörü Fuad Hacıyev’in başkanlığında gerçekleşen görüşmede, ATU Eğitim İşleri Rektör Yardımcısı Profesör Nazım Penahov, Bilimsel İşler Rektör Yardımcısı Profesör Melahet Sultan, Uluslararası İlişkiler Rektör Yardımcısı Doçent Orhan İsayev, Eğitim Departmanı Müdürü Doçent Kamandar Yakubov, Halk Sağlığı Fakültesi Dekanı Doçent Galina Ganiyeva, Halkla İlişkiler Departmanı Müdürü Günel Aslanova, ASA Eğitim İşleri Rektör Yardımcısı Ülker Babayeva, Eğitim İşleri Rektör Yardımcısı Danışmanı Zarife Kamilova, Eğitim Planlama ve Tahmin Departmanı Müdürü Nazım Abbasov, Uluslararası İşbirliği ve Projelerle Çalışma Departmanı Müdürü Cemile İsmayılzade, Sağaltıcı Spor ve Rehabilitasyon Anabilim Dalı Başkanı Könül Memmedova ve MediaLab Yöneticisi Goşgar Caferov katıldı.
İki yüksek öğretim kurumu arasındaki işbirliği imkanları tartışıldı. Daha sonra taraflar arasında bir mutabakat zaptı imzalandı.
Mutabakat zaptı, ASA ile ATU arasında bilimsel araştırma alanında ortak projelerin yürütülmesi, multidisipliner araştırmaların teşvik edilmesi, inovasyonlar yoluyla yeni bilimsel sonuçların elde edilmesi, eğitim programlarının güncellenmesi ve ileri eğitim metotlarının uygulanmasını içermektedir.
Öğrenci ve öğretim üyesi değişim programlarının düzenlenmesi, karşılıklı eğitim ve staj imkanlarının yaratılması, mevcut eğitim kaynaklarından ortak yararlanma, halkın sağlığını korumak amacıyla sosyal projelerin hayata geçirilmesi, ayrıca spor ve sağlık alanında modern yaklaşımların teşviki mutabakat zaptının temel hedeflerindendir.
Taraflar, uluslararası akademik ve bilimsel ilişkilerin güçlendirilmesi, uluslararası projelerde ortak katılım yoluyla bölgesel ve küresel düzeyde etki imkanlarının artırılması yönünde de işbirliği yapacaklardır.