Azerbaycan – Kararnamede Sosyal Faydalar Artırıldı

Azerbaycan - Kararnamede Sosyal Faydalar Artırıldı

Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən 2025-ci il iyulun 1-dən sosial müavinətlərin məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat;

– ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat;

– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat;

– bir yaşınadək uşağı olan aztəminatlı ailələrə hər uşaq üçün 140 (yüz qırx) manat;

– beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat;

– övladlığa götürülən uşağa (18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla) görə 240 (iki yüz qırx) manat;

– himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə: 0–6 yaş arası uşağa görə 500 (beş yüz) manat, 7–13 yaş arası uşağa görə 600 (altı yüz) manat, 14–18 yaş arası uşağa görə 650 (altı yüz əlli) manat;

– uşağın anadan olmasına görə 600 (altı yüz) manat;

– dəfn üçün 600 (altı yüz) manat.

2025-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin aylıq məbləğləri aşağıdakı kimi müəyyən edilib:

– Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2200 (iki min iki yüz) manat;

– Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 (iki min) manat;

– şəhid ailəsi üçün 700 (yeddi yüz) manat;

– 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat;

– Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat;

– müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə:

– orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat;

– orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat;

– orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat;

– orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat;

– ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat;

– ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2025-ci il iyulun 1-dən 1700 (min yeddi yüz) manat müəyyən edilib:

Fəxri adlara görə aylıq təqaüdün məbləği 2025-ci il iyulun 1-dən xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 300 (üç yüz) manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 200 (iki yüz) manat müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Cumhurbaşkanı İlham Aliyev, sosyal yardımların, Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın emekli maaşlarının ve fahri unvanlara göre emekli maaşlarının miktarlarının artırılması ve bununla ilgili olarak Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın bazı kararnamelerinde ve emirlerinde değişiklik yapılması hakkında bir kararname imzaladı.

Kararnameye göre, 1 Temmuz 2025’ten itibaren sosyal yardımların miktarları aşağıdaki gibi belirlenmiştir:

– Organizma fonksiyonlarının %81-100 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere 300 (üç yüz) manat, organizma fonksiyonlarının %61-80 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere 250 (iki yüz elli) manat, organizma fonksiyonlarının %31-60 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere 180 (yüz seksen) manat;

– Aile reisinin kaybı nedeniyle 140 (yüz kırk) manat;

– Zorunlu gerçek askerlik hizmeti askerlerinin çocuklarına 140 (yüz kırk) manat;

– Anne ve babasını kaybetmiş ve anne baba himayesinden mahrum kalmış çocukların vasilerine (hamilerine) 140 (yüz kırk) manat;

– Bir yaşına kadar çocuğu olan düşük gelirli ailelere her çocuk için 140 (yüz kırk) manat;

– Beşten fazla çocuğu olan kadınlara her çocuk için 140 (yüz kırk) manat;

– Evlat edinilen çocuk için (18 yaşına kadar engelli olduğu tespit edilmiş çocuklar hariç) 240 (iki yüz kırk) manat;

– Koruyucu aileye verilmiş 18 yaşına kadar engelli olduğu tespit edilmiş çocuğun yetiştirilmesi için: 0-6 yaş arası çocuk için 500 (beş yüz) manat, 7-13 yaş arası çocuk için 600 (altı yüz) manat, 14-18 yaş arası çocuk için 650 (altı yüz elli) manat;

– Çocuğun doğumu için 600 (altı yüz) manat;

– Defin için 600 (altı yüz) manat.

1 Temmuz 2025’ten itibaren Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın emekli maaşlarının aylık miktarları aşağıdaki gibi belirlenmiştir:

– Azerbaycan Cumhuriyeti’nin “Vatan Savaşı Kahramanı” unvanı verilmiş kişilere 2200 (iki bin iki yüz) manat;

– Azerbaycan’ın Milli Kahramanı unvanı verilmiş her bir kişi için 2000 (iki bin) manat;

– Şehit ailesi için 700 (yedi yüz) manat;

– 20 Yanvar şehidinin ailesi için 700 (yedi yüz) manat;

– Afganistan’da sovyet birliklerinin bünyesinde uluslararası borcunu yerine getirirken hayatını kaybeden, kaybolan ve mahkeme kararıyla ölmüş ilan edilen askeri personelin ailelerine 700 (yedi yüz) manat;

– Savaş veya 1990 yılının 20 Yanvar olayları ile ilgili engelliği olan kişilere:

– Organizma fonksiyonlarının %81-100 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere – 600 (altı yüz) manat;

– Organizma fonksiyonlarının %61-80 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere – 500 (beş yüz) manat;

– Organizma fonksiyonlarının %31-60 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere – 400 (dört yüz) manat;

– Organizma fonksiyonlarının %81-100 oranında bozulması nedeniyle veya 18 yaşına kadar engelli olduğu tespit edilmiş kişilere bakan kişilere 120 (yüz yirmi) manat;

– Genel nedenlerden organizma fonksiyonlarının %81-100 oranında bozulması nedeniyle engelli olduğu tespit edilen kişilere (gözden engelli olan kişiler hariç) 250 (iki yüz elli) manat;

– Genel nedenlerden organizma fonksiyonlarının %81-100 oranında bozulması nedeniyle gözden engelli olduğu tespit edilen kişilere 350 (üç yüz elli) manat.

Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın bireysel emekli maaşının miktarı 1 Temmuz 2025’ten itibaren 1700 (bin yedi yüz) manat olarak belirlenmiştir:

Fahri unvanlara göre aylık emekli maaşının miktarı 1 Temmuz 2025’ten itibaren halk yazarı, halk şairi, halk sanatçısı ve halk ressamı için 300 (üç yüz) manat, onurlu bilim insanı, onurlu sanat insanı, onurlu sanatçı, onurlu ressam, onurlu kültür çalışanı, onurlu öğretmen, onurlu doktor, onurlu mimar, onurlu beden eğitimi ve spor insanı, onurlu devlet memuru, onurlu gazeteci, onurlu mühendis, onurlu hukukçu, onurlu tarım çalışanı, onurlu pilot, onurlu tıp çalışanı için 200 (iki yüz) manat olarak belirlenmiştir.

Azerbaycan Cumhuriyeti Bakanlar Kurulu bu Kararname’den kaynaklanan meseleleri çözmelidir.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top