Azerbaycanın Bağımsızlık Günü Suriye’de kutlandı

Azerbaycanın Bağımsızlık Günü Suriye'de kutlandı

Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə, cari ilin 28 may tarixində paytaxt Dəməşq şəhərində 28 May-Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Qardaş Türkiyə, eləcə də bir sıra Latın Amerika, Avropa, Asiya, Afrika və ərəb ölkələrinin diplomatik missiya rəhbərləri və diplomatlarının, həmçinin Suriya Xarici İşlər və Mühacirlər, Daxili İşlər, Müdafiə, İnformasiya, Sosial məsələlər və əmək Nazirliklərinin, Suriya Qırmızı Aypara Təşkilatının və Suriya Xəbər Agentliyinin (SANA), BMT-nin Minatəmizləmə Xidmətinin (UNMAS) rəhbər şəxslərinin, o cümlədən Dəməşqdə fəaliyyət göstərən “Reuters“ və “Anadolu” Agentliklərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş ziyafət Azərbaycan və Suriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Ardınca çıxış edən müvəqqəti işlər vəkili Elnur Şahhüseynov bu mühüm tədbirin 13 illik fasilədən sonra ilk dəfə keçirildiyinə diqqət çəkib, ölkəmizin 19-cu əsrin ortalarında və 20-ci əsrin əvvəllərində neft, mətbuat, təhsil və mədəniyyət sahələrində imza atdığı nailiyyətlərə nəzərə salıb.

Sonra 28 may 1918-ci ildə yaradılan və cəmi 23 aydan sonra bolşevik işğalı nəticəsində süquta uğrayan müsəlman Şərqində ilk parlament quruluşlu demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti dönəmində görülən əhəmiyyətli işlərə qısa və dolğun toxunulub.

Daha sonra qonaqların diqqətinə çatdırılıb ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuş, Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Müstəqilliyin ilk illərində ağır siyasi və sosial-iqtisadi böhranla yanaşı, 20% torpaqlarının işğalı ilə nəticələnmiş qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməyini təkidlə tələb etmiş və buna nail olmuşdur. Eyni zamanda 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi erməni işğalının coğrafiyasının genişləndirilməsinin qarşısını almış, 1994-cü ildə Ermənistanla atəşkəs haqqında sənədin imzalanması ölkəmizin yenidən qurulması və hərtərəfli inkişafı üçün yol açmışdır.

2003-cü ildə Azərbaycan xalqının İlham Əliyevi özünə prezident seçməsi ölkəmizin həmin dövrdən başlayaraq nailiyyətlərini davam etdirdiyini qeyd edən E.Şahhüseynov dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin siyasi, iqtisadi, investisiya, sosial, energetika, nəqliyyat və digər sahələrdəki nailiyyətləri və statistik göstəricilərini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bu xüsusda, Azərbaycanın beynəlxalq ictimaiyyətinin mütləq dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi, Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyi və bunun nəticəsi olaraq, Hərəkat üzvlərinin yekdil qərarı ilə sədrliyinin daha bir il uzadıldığı, eləcə də dünya ölkələrinin mütləq dəstəyi ilə, 2024-cü ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyi, bu nəhəng tədbirdə iştirak etmək üçün 76 min iştirakçının qeydiyyatdan keçdiyi, 80-dən artıq dövlət və hökumət başçısının Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində iştirak etdiyi vurğulanıb. Bundan əlavə, dövlətimizin 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvəsinə ev sahibliyi və həmin ildən iki il ərzində Təşkilata sədrlik edəcəyi, həmin ildə Ümumdünya Şəhərsalma Forumunu təşkil edəcəyi qeyd edilib.

Eyni zamanda Cənubi Qafqaz, TANAP və TAP qaz layihələrinə toxunulduğu zaman Azərbaycanın 10 Avropa ölkəsini qazla təchiz etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verdiyi, ölkəmizin qlobal əhəmiyyət kəsb edən Orta Dəhliz nəqliyyat marşrutundakı xüsusi önəmə və bu kontekstdə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin həyati əhəmiyyətli rola malik olduğu vurğulanıb.

Çıxışının regional sülh və təhlükəsizliyə aid hissəsində E.Şahhüseynov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Parlaq Zəfərinə, Dövlət Suverenliyi Gününə aparan yola, habelə azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işlərinə və bu işlər çərçivəsində “ağıllı şəhərlər” və “ağıllı kəndlər” layihələrinə nəzər salıb, bərpa və quruculuq işlərində əldə etdiyimiz təcrübəni suriyalı dostlarımızla bölüşməyə hazır olduğumuza diqqət çəkib. Həmçinin Azərbaycanın öz xarici siyasəti ilə regional və dünya müstəvilərində son dərəcə mühüm tərəfdaşa, Yaxın Şərqlə üzvi bağlılığı olan Cənub Qafqaz regionunun ən nüfuzlu ölkəsinə çevrildiyi vurğulanıb.

Çıxışın yekun hissəsində Azərbaycan-Suriya əlaqələrinin hazırkı mərhələsinə geniş nəzər salınıb, həmçinin Azərbaycan və Suriya liderlərinin görüşünə, Azərbaycan Baş nazirinin müavininin rəhbərliyi hökumət missiyasının Dəməşqə səfərinə toxunulub.

Sonda ölkəmizin dost Suriya ilə hər iki ölkə və xalqın maraqları naminə müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğu, Suriyanın ərazi bütövlüyünü, ölkədə əmin-amanlığın, sabitliyin və hərtərəfli inkişafın təmin edilməsi istiqamətində göstərilən regional və beynəlxalq səyləri dəstəklədiyi xüsusi qeyd edilib, dost Suriya və onun xalqı ABŞ və Aİ sanksiyalarının aradan qaldırılması münasibətilə təbrik edilib, sülh, əmin-amanlıq, tərəqqi və çiçəklənmə arzu edilib.

Azerbaycan Cumhuriyeti’nin Suriye Arap Cumhuriyeti Büyükelçiliği’nin organizasyonuyla, bu yıl 28 Mayıs’ta başkent Şam’da 28 Mayıs Bağımsızlık Günü dolayısıyla resmi bir resepsiyon düzenlendi.

Kardeş Türkiye’nin yanı sıra bir dizi Latin Amerika, Avrupa, Asya, Afrika ve Arap ülkesinin diplomatik misyon başkanları ve diplomatlarının yanı sıra Suriye Dışişleri ve Göçmenler, İçişleri, Savunma, Enformasyon, Sosyal İşler ve Çalışma Bakanlıkları, Suriye Kızılay Teşkilatı ve Suriye Haber Ajansı (SANA), BM Mayın Temizleme Hizmeti (UNMAS) yöneticileri ve Şam’da faaliyet gösteren “Reuters” ve “Anadolu” Ajansları temsilcilerinin katılımıyla düzenlenen ziyafet, Azerbaycan ve Suriye milli marşlarının çalınmasıyla başladı.

Ardından konuşma yapan geçici işler vekili Elnur Şahhüseynov, bu önemli etkinliğin 13 yıl aradan sonra ilk kez düzenlendiğine dikkat çekerek, ülkemizin 19. yüzyılın ortalarında ve 20. yüzyılın başlarında petrol, basın, eğitim ve kültür alanlarında imza attığı başarılara değindi.

Sonra 28 Mayıs 1918’de kurulan ve sadece 23 ay sonra Bolşevik işgali sonucu çöken Müslüman Doğu’daki ilk parlamenter yapılı demokratik cumhuriyet olan Azerbaycan Halk Cumhuriyeti döneminde yapılan önemli işlere kısa ve öz bir şekilde değinildi.

Daha sonra konukların dikkatine, 18 Ekim 1991’de “Azerbaycan Cumhuriyeti’nin Devlet Bağımsızlığı Hakkında” Anayasa Yasası’nın kabul edildiği, Anayasa Yasası’nda 28 Mayıs 1918 tarihli Bağımsızlık Bildirgesi’ne ve “Azerbaycan Cumhuriyeti’nin Devlet Bağımsızlığını Yeniden Kurmak Hakkında” Azerbaycan Cumhuriyeti Yüksek Sovyeti’nin 30 Ağustos 1991 tarihli Beyannamesi’ne atıfta bulunulduğu, Azerbaycan Cumhuriyeti’nin Azerbaycan Halk Cumhuriyeti’nin varisi olduğu belirtildi. Böylece, “Azerbaycan Cumhuriyeti’nin Devlet Bağımsızlığı Hakkında” Anayasa Yasası’na göre Azerbaycan halkı 18 Ekim 1991’de bağımsızlığını yeniden kazanmıştır. Bağımsızlığın ilk yıllarında ağır siyasi ve sosyo-ekonomik krizin yanı sıra, topraklarının %20’sinin işgaliyle sonuçlanan komşu Ermenistan’ın askeri saldırısına maruz kalan Azerbaycan halkı, Haydar Aliyev’in iktidara gelmesini ısrarla talep etmiş ve buna ulaşmıştır. Aynı zamanda 1993’te Haydar Aliyev’in yeniden iktidara gelmesi, Ermeni işgalinin coğrafyasının genişlemesini engellemiş, 1994’te Ermenistan’la ateşkes anlaşmasının imzalanması ülkemizin yeniden yapılandırılması ve kapsamlı kalkınması için yol açmıştır.

E. Şahhüseynov, Azerbaycan halkının 2003 yılında İlham Aliyev’i kendilerine cumhurbaşkanı seçmesinin, ülkemizin o dönemden başlayarak başarılarını devam ettirdiğini belirterek, devlet başkanımızın liderliğinde ülkemizin siyasi, ekonomik, yatırım, sosyal, enerji, ulaşım ve diğer alanlardaki başarılarını ve istatistiksel göstergelerini etkinlik katılımcılarının dikkatine sundu. Bu bağlamda, Azerbaycan’ın uluslararası toplumun mutlak desteğiyle 2012-2013 yılları için BM Güvenlik Konseyi geçici üyesi seçildiği, Bağlantısızlar Hareketi’ne başarılı bir şekilde başkanlık ettiği ve bunun sonucunda Hareket üyelerinin oybirliğiyle başkanlığının bir yıl daha uzatıldığı, ayrıca dünya ülkelerinin mutlak desteğiyle 11-22 Kasım 2024 tarihlerinde BM İklim Değişikliği Çerçeve Sözleşmesi Taraflar Konferansı’nın 29. oturumuna (COP29) ev sahipliği yaptığı, bu devasa etkinliğe katılmak için 76 bin katılımcının kayıt yaptırdığı, 80’den fazla devlet ve hükümet başkanının Dünya Liderlerinin İklim Eylemi Zirvesi’ne katıldığı vurgulandı. Ayrıca, devletimizin 2026 yılında İslam İşbirliği Teşkilatı Zirvesi’ne ev sahipliği yapacağı ve o yıldan itibaren iki yıl boyunca Teşkilata başkanlık edeceği, aynı yıl Dünya Şehircilik Forumu’nu düzenleyeceği belirtildi.

Aynı zamanda Güney Kafkasya, TANAP ve TAP gaz projelerine değinilirken, Azerbaycan’ın 10 Avrupa ülkesine gaz sağlayarak Avrupa’nın enerji güvenliğinin sağlanmasına katkıda bulunduğu, ülkemizin küresel öneme sahip Orta Koridor ulaşım güzergahındaki özel önemi ve bu bağlamda Bakü-Tiflis-Kars demiryolu hattının hayati öneme sahip olduğu vurgulandı.

Konuşmasının bölgesel barış ve güvenliğe ilişkin bölümünde E. Şahhüseynov, Yüksek Başkomutan İlham Aliyev’in liderliğinde Azerbaycan Ordusu’nun Parlak Zaferi’ne, Devlet Egemenliği Günü’ne giden yola, ayrıca kurtarılmış Karabağ ve Doğu Zengezur ekonomik bölgelerinde yürütülen restorasyon ve inşa çalışmalarına ve bu çalışmalar çerçevesinde “akıllı şehirler” ve “akıllı köyler” projelerine değinerek, restorasyon ve inşa çalışmalarında elde ettiğimiz deneyimi Suriyeli dostlarımızla paylaşmaya hazır olduğumuza dikkat çekti. Ayrıca Azerbaycan’ın dış politikasıyla bölgesel ve dünya düzeylerinde son derece önemli bir ortağa, Ortadoğu ile organik bağları olan Güney Kafkasya bölgesinin en nüfuzlu ülkesine dönüştüğü vurgulandı.

Konuşmanın sonuç bölümünde Azerbaycan-Suriye ilişkilerinin mevcut aşamasına geniş bir bakış açısı sunuldu, ayrıca Azerbaycan ve Suriye liderlerinin görüşmesine, Azerbaycan Başbakan Yardımcısı liderliğindeki hükümet heyetinin Şam’a yaptığı ziyarete değinildi.

Son olarak, ülkemizin dost Suriye ile her iki ülke ve halkın çıkarları doğrultusunda çeşitli alanlarda işbirliği yapmaya istekli olduğu, Suriye’nin toprak bütünlüğünü, ülkede barışın, istikrarın ve kapsamlı kalkınmanın sağlanması yönünde gösterilen bölgesel ve uluslararası çabaları desteklediği özellikle belirtildi, dost Suriye ve halkı ABD ve AB yaptırımlarının kaldırılması vesilesiyle tebrik edildi, barış, huzur, ilerleme ve refah dileğinde bulunuldu.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top