Bu gün Azərbaycan Respublikasının maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Məlumata görə, görüş zamanı ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan BVF-nin IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb.
BVF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Tərəflər həmçinin fiskal siyasət sahəsində əsas islahatlar gündəliyi və bu islahatlara BVF-nin mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüş zamanı Azərbaycanla BVF arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Bugün Azerbaycan Cumhuriyeti Maliye Bakanı Sahil Babayev, Uluslararası Para Fonu’nun (IMF) Azerbaycan misyon şefi Anna Bordon’un başkanlık ettiği heyeti kabul etti.
Edinilen bilgiye göre, görüşmede ülkedeki makroekonomik ve makro-mali süreçler, yıl sonu ve orta vadeli beklentiler, son dönemde hayata geçirilen girişimler ve planlar ile IMF’nin önümüzdeki yılın başlarında yapılması planlanan IV. Madde istişareleri misyonu hakkında görüş alışverişinde bulunuldu.
IMF heyetine, bir sonraki orta vadeli dönem için makro-mali çerçevenin bileşenleri, gelir ve gider politikasının temel yönleri, kamu maliyesinin yönetimi alanında uygulanan reformlar ve beklenen sonuçlar hakkında ayrıntılı bilgi verildi. Taraflar ayrıca mali politika alanındaki temel reform gündemi ve IMF’nin bu reformlara olası destek imkanları hakkında fikir alışverişinde bulundular.
Görüşmede Azerbaycan ile IMF arasındaki mevcut işbirliğinden duyulan memnuniyet dile getirildi ve Azerbaycan hükümetinin bu işbirliğinin daha da genişletilmesine ilgi duyduğu vurgulandı. Fon tarafından sunulan teknik yardım programlarının ve danışmanlık hizmetlerinin, ülkemizde makroekonomik istikrarın ve mali yönetimin güçlendirilmesine önemli katkı sağladığı belirtildi.