İyunun 17-də “BilBacar” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bildirilib ki, tədbir Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Elm və Təhsil Nazirliyi tərəfindən yaradıcı gənclərin istedadlarının üzə çıxarılması və inkişafı istiqamətində bir sıra layihələrin reallaşdırıldığını və bu layihələrin də əsas istiqamətini intellektual oyunların təşkil etdiyini diqqətə çatdırıb.
“BilBacar” müsabiqəsinin əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, biliklərin praktik tətbiqi şagirdlərə məlumatı sadəcə əzbərləmək deyil, daha yaxşı başa düşmək və yadda saxlamaq imkanı verir. Biliklər bacarıqların formalaşmasına zəmin yaradır, bacarıqlar isə vərdişlərin inkişafı üçün əsas vasitədir. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birini tamamlayaraq kompleks və dərin təhsil prosesini təmin edir. Lakin bu anlayışlar, eyni zamanda, dəyərlərlə tamamlanmalıdır. “BilBacar” müsabiqəsinin əsas məqsədi də məhz şagirdlərin yalnız bilik və bacarıqlarını deyil, həm də dəyərlər sistemini inkişaf etdirmək, gələcəyin vətəndaşını hərtərəfli formalaşdırmaqdır.
Daha sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı “BilBacar” layihəsinin nəticələri ilə bağlı təqdimatla çıxış edib.
Tədbir çərçivəsində müsabiqənin təşkili və keçirilməsini əks etdirən videoçarx nümayiş olunub. Qalib məktəblərlə yanaşı, fərqlənən şagirdlər də mükafatlandırılıblar.
Mərasim şagirdlərin ifasında təqdim olunan musiqi nömrələri ilə yekunlaşıb.
Qeyd edilib ki, 2024-cü ilin oktyabr ayında start verilən “BilBacar” müsabiqəsinin birinci mərhələsində respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsindən VIII, IX və X siniflər üzrə 170 000-ə yaxın şagird iştirak edib.
Müsabiqənin əsas məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermək bacarıqlarını formalaşdırmaq və xüsusi istedadlı şagirdlər ilə qabaqcıl məktəbləri müəyyənləşdirməkdir.
17 Haziran’da “BilBacar” yarışmasının galiplerinin ödüllendirme töreni düzenlendi.
Etkinliğin, Bilim ve Eğitim Bakanlığı, Eğitim Enstitüsü, Okul Öncesi ve Genel Eğitim Devlet Ajansı’nın ortak organizasyonuyla gerçekleştiği belirtildi.
Tören, Devlet Marşı’nın çalınmasıyla başladı.
Etkinlikte konuşan Bilim ve Eğitim Bakan Yardımcısı Firudin Kurbanov, Bilim ve Eğitim Bakanlığı tarafından yaratıcı gençlerin yeteneklerinin ortaya çıkarılması ve geliştirilmesi yönünde bir dizi projenin hayata geçirildiğini ve bu projelerin de temel yönünün zeka oyunlarının düzenlenmesi olduğunu belirtti.
“BilBacar” yarışmasının önemine değinen bakan yardımcısı, bilgilerin pratik uygulamasının öğrencilere bilgiyi sadece ezberlemek değil, daha iyi anlamak ve akılda tutmak imkanı verdiğini kaydetti. Bilgiler, becerilerin oluşmasına zemin hazırlarken, beceriler ise alışkanlıkların gelişimi için temel araçtır. Bu bileşenler birbiriyle karşılıklı etkileşim halindedir ve birbirini tamamlayarak karmaşık ve derin bir eğitim sürecini sağlar. Ancak bu anlayışlar, aynı zamanda değerlerle tamamlanmalıdır. “BilBacar” yarışmasının temel amacı da öğrencilerin sadece bilgi ve becerilerini değil, aynı zamanda değerler sistemini geliştirmek, geleceğin vatandaşını çok yönlü olarak şekillendirmektir.
Daha sonra Eğitim Enstitüsü Değerlendirme, Analiz ve İzleme Merkezi Direktörü İbrahim Baxışlı, “BilBacar” projesinin sonuçlarıyla ilgili bir sunum yaptı.
Etkinlik kapsamında yarışmanın organizasyonu ve gerçekleştirilmesini yansıtan bir video gösterimi yapıldı. Galip okulların yanı sıra, öne çıkan öğrenciler de ödüllendirildi.
Tören, öğrencilerin performansıyla sunulan müzik gösterileriyle sona erdi.
2024 yılının Ekim ayında başlatılan “BilBacar” yarışmasının ilk aşamasında, ülkenin yaklaşık 2000 genel eğitim kurumundan 8, 9 ve 10. sınıflarda yaklaşık 170.000 öğrencinin katıldığı belirtildi.
Yarışmanın temel amacı, öğrencilerin yetkinlik temelli görevlerle çalışma alışkanlıklarını geliştirmek, dijital platformda sınav verme becerilerini oluşturmak ve özel yetenekli öğrenciler ile öncü okulları belirlemektir.