Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən Nyu-York şəhərində təşkil olunan Yüksəksəviyyəli Siyasi Forum çərçivəsində “Hər kəs üçün layiqli mənzil” mövzusunda Yüksəksəviyyəli Dialoqun bağlanış sessiyasında çıxış edib.
Komitə sədri çıxışı zamanı Azərbaycanın əlverişli mənzil və urbanizasiya sahəsində həyata keçirdiyi strategiyadan, davamlı və inklüziv şəhər inkişafı istiqamətində atılan addımlardan və bu sahədə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) verdiyi töhfədən bəhs edib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən irimiqyaslı şəhərsalma və mənzil layihələri həm keyfiyyətli yaşayış imkanlarının genişləndirilməsinə, həm də sosial bərabərliyin təşviqinə xidmət edir. Mənzil təminatı məsələsi uzun illərdir ki, Azərbaycanın milli inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi müəyyən olunub. Bu istiqamətdə ölkədə vətəndaşların keyfiyyətli və əlverişli mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş genişmiqyaslı tikinti və yenidənqurma proqramları həyata keçirilir. Reallaşdırılan tədbirlər çərçivəsində tikinti sektorunda enerji səmərəliliyi və ekoloji standartların tətbiqi, sosial inteqrasiyanı təşviq edən kompleks planlaşdırılmış və inklüziv yaşayış məhəllələrinin formalaşdırılması əsas hədəf olaraq müəyyən edilib. Bu yanaşma əlverişli şəhər mühitinin yaradılmasına, infrastrukturdan bərabər istifadə imkanlarının təmin edilməsinə və ümumilikdə sosial həmrəyliyin gücləndirilməsinə xidmət edir.
Anar Quliyev çıxışında mənzil məsələsinin təkcə sığınacaq deyil, insan ləyaqətinin, təhlükəsizliyin və icma birliyinin əsası olduğunu vurğulayıb. O qeyd edib ki, 2016-cı ildə yaradılmış Dövlət Mənzil İnşaatı Agentliyi vasitəsilə orta və aşağı gəlirli ailələr üçün müasir, enerji səmərəli və subsidiya əsasında mənzil layihələri reallaşdırılır.
Komitə sədri həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və şəhərsalma işləri barədə ətraflı məlumat verərək, burada həyata keçirilən layihələrin “yaşıl”, “ağıllı” və sağlam həyat tərzini təşviq edən yanaşma əsasında qurulduğunu qeyd edib. Bu ərazilərdə həyata keçirilən mənzil və infrastruktur layihələri yalnız qayıdış prosesini sürətləndirmir, eyni zamanda regional sabitliyə və sosial-iqtisadi dirçəlişə mühüm töhfə verir.
Anar Quliyev bildirib ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” şüarı altında 2026-cı ildə Bakıda keçiriləcək WUF13 şəhərsalma və mənzil siyasəti ilə bağlı məsələlərin dərindən müzakirəsi üçün əsas qlobal platformalardan birinə çevriləcək. Forum çərçivəsində adekvat, əlverişli və iqlimə davamlı mənzilə çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş qabaqcıl strategiyanın, innovativ maliyyələşdirmə mexanizmlərinin, inklüziv planlaşdırma yanaşmalarının və davamlı tikinti təcrübələrinin mübadiləsi üçün geniş imkanlar yaradılacaq.
Komitə sədri tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək tədbirdə fəal iştirak etməyə dəvət edib. O, Forumun konkret təkliflərin və praktiki həllərin irəli sürüləcəyi strateji dialoqa çevrilməsi üçün Azərbaycan tərəfinin fəal əməkdaşlığa və tədbirin yüksək səviyyədə təşkilinə tam hazır olduğunu vurğulayıb.
Azerbaycan Cumhuriyeti Devlet Şehircilik ve Mimarlık Komitesi Başkanı Anar Guliyev, BM Ekonomik ve Sosyal Konseyi (ECOSOC) tarafından New York’ta düzenlenen Yüksek Düzeyli Siyasi Forum çerçevesinde “Herkes İçin Uygun Konut” konulu Yüksek Düzeyli Diyalog’un kapanış oturumunda bir konuşma yaptı.
Komite Başkanı konuşmasında, Azerbaycan’ın uygun fiyatlı konut ve kentleşme alanında uyguladığı stratejiden, sürdürülebilir ve kapsayıcı şehir gelişimine yönelik atılan adımlardan ve bu alanda BM Sürdürülebilir Kalkınma Amaçları’na (SKA) sağladığı katkılardan bahsetti. Ülkede gerçekleştirilen büyük ölçekli şehircilik ve konut projelerinin hem kaliteli yaşam olanaklarının genişletilmesine hem de sosyal eşitliğin teşvik edilmesine hizmet ettiği belirtildi. Konut temini meselesi uzun yıllardır Azerbaycan’ın milli kalkınma stratejisindeki temel önceliklerden biri olarak belirlenmiştir. Bu doğrultuda, ülkede vatandaşların kaliteli ve uygun fiyatlı konutlara erişim olanaklarının genişletilmesine yönelik geniş kapsamlı inşaat ve yeniden yapılanma programları uygulanmaktadır. Gerçekleştirilen tedbirler çerçevesinde inşaat sektöründe enerji verimliliği ve ekolojik standartların uygulanması, sosyal entegrasyonu teşvik eden karmaşık planlanmış ve kapsayıcı yaşam alanlarının oluşturulması temel hedef olarak belirlenmiştir. Bu yaklaşım, uygun fiyatlı şehir ortamının yaratılmasına, altyapıdan eşit kullanım olanaklarının sağlanmasına ve genel olarak sosyal dayanışmanın güçlendirilmesine hizmet etmektedir.
Anar Guliyev konuşmasında, konut meselesinin sadece bir barınak değil, insan onurunun, güvenliğinin ve topluluk birliğinin temeli olduğunu vurguladı. 2016 yılında kurulan Devlet Konut İnşaat Ajansı aracılığıyla orta ve düşük gelirli aileler için modern, enerji verimli ve sübvansiyon esaslı konut projeleri gerçekleştirildiğini belirtti.
Komite Başkanı ayrıca, işgalden kurtarılmış bölgelerde yürütülen restorasyon ve şehircilik çalışmaları hakkında detaylı bilgi vererek, burada hayata geçirilen projelerin “yeşil”, “akıllı” ve sağlıklı yaşam tarzını teşvik eden bir yaklaşımla inşa edildiğini kaydetti. Bu bölgelerde hayata geçirilen konut ve altyapı projeleri sadece geri dönüş sürecini hızlandırmakla kalmıyor, aynı zamanda bölgesel istikrara ve sosyo-ekonomik canlanmaya önemli katkılar sağlıyor.
Anar Guliyev, “Herkes için yaşam alanları: güvenli ve sürdürülebilir şehirler ve yaşam alanları” sloganı altında 2026 yılında Bakü’de düzenlenecek WUF13’ün şehircilik ve konut politikalarıyla ilgili konuların derinlemesine tartışılması için temel küresel platformlardan biri olacağını belirtti. Forum çerçevesinde, yeterli, uygun fiyatlı ve iklime dayanıklı konuta erişim olanaklarının genişletilmesine yönelik öncü stratejilerin, yenilikçi finansman mekanizmalarının, kapsayıcı planlama yaklaşımlarının ve sürdürülebilir inşaat uygulamalarının paylaşımı için geniş olanaklar yaratılacaktır.
Komite Başkanı, partner ülkelerin ve uluslararası kuruluşların temsilcilerini Azerbaycan’ın başkenti Bakü’de düzenlenecek etkinliğe aktif olarak katılmaya davet etti. Forumun somut tekliflerin ve pratik çözümlerin sunulacağı stratejik bir diyaloğa dönüşmesi için Azerbaycan tarafının aktif işbirliğine ve etkinliğin yüksek düzeyde organize edilmesine tamamen hazır olduğunu vurguladı.