Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli, təşkilatın Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Kamerun Respublikasının BMT-nin Cenevrə ofisi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli Səfir Salomon Eheth ilə görüşüb.
Görüş zamanı Kamerun Respublikası ilə BMMT arasında mövcud əməkdaşlıq münasibətləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, birgə əməkdaşlığın inkişafı istiqamətində mövcud imkanlar və gələcək perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində mülki müdafiə, fövqəladə hallara hazırlıq və cavab tədbirləri, bilik və təcrübə mübadiləsi kimi məsələləri diqqət mərkəzində olub, xüsusilə fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması və fövqəladə hallara dayanıqlılığının artırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Uluslararası Sivil Savunma Teşkilatı (BMMT) Genel Sekreteri Ergüc Kalantarlı, teşkilatın Cenevre şehrindeki merkez karargahında Kamerun Cumhuriyeti’nin BM Cenevre Ofisi ve diğer uluslararası kuruluşlar nezdindeki Daimi Temsilcisi, Olağanüstü ve Tam Yetkili Büyükelçi Salomon Eheth ile görüştü.
Görüşme sırasında Kamerun Cumhuriyeti ile BMMT arasındaki mevcut işbirliği ilişkileri ve karşılıklı ilgi alanları ele alındı, ortak işbirliğinin geliştirilmesi yönündeki mevcut imkanlar ve gelecek perspektifleri hakkında geniş fikir alışverişinde bulunuldu.
Görüşme çerçevesinde sivil savunma, acil durumlara hazırlık ve müdahale önlemleri, bilgi ve tecrübe paylaşımı gibi konulara odaklanıldı, özellikle acil durumların önlenmesi, sonuçlarının ortadan kaldırılması ve acil durumlara dayanıklılığın artırılması yönünde ortak faaliyetin önemi vurgulandı.