Azərbaycanda Qurban bayramı qeyd olunur.
Nazirlər Kabinetinin qərarına əsasən bu il iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının builki fətvasında deyilir ki, adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır. Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı ən azı bir il, öküz və inək iki il, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.
Şamaxı Astrofizika Rəsədxanasının 31/71 saylı 14 may 2025-ci il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 6 iyun tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi 6 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.
İyun ayının 6-da məscidlərdə bayram namazları qılınacaq.
Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl qeyri-iş günü olacaq. Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.
Azerbaycan’da Kurban Bayramı kutlanıyor.
Bakanlar Kurulu’nun kararına göre bu yıl 6-7 Haziran Kurban Bayramı günleri olarak belirlendi.
Kafkas Müslümanları İdaresi Kazılar Şurası’nın bu yılki fetvasında, genellikle kurbanlık için koyunun tercih edildiği belirtiliyor. Ancak keçi, inek ve deve de kurbanlık için seçilebilir. Bu etin paylaşımında herkes özgürdür. Kurban kesme ayini temizlik ve yüksek hijyen şartlarında, uygun yerlerde icra edilmelidir. Şeriat kurallarına göre, kurban edilen hayvan sağlıklı ve kesime uygun olmalıdır. Hasta, zayıf ve kusurlu hayvanlar kurbanlığa uygun sayılmaz. Genellikle belirli yaş sınırına ulaşmış hayvanlar kesilir. Keçi ve koyunun yaşı en az bir yıl, öküz ve ineğin iki yıl, devenin ise beş yılı tamamlanmış olmalıdır. Şeriata göre, hayvanın yüzü kıbleye uzatılarak, Kurban niyeti ile Allah’ın adı anılarak kesilmesi vaciptir. Kurbanlık esas olarak üç kısma ayrılır: bir kısmı kurban sahibi kendine, diğer kısmı fakir ve yoksul ailelere, üçüncü kısmının ise hediye olarak akraba ve hısımlara dağıtılması tavsiye olunur.
Şamahı Astrofizik Gözlemevi’nin 14 Mayıs 2025 tarihli ve 31/71 sayılı mektubuna göre, Azerbaycan ufkunda Hilal’in görünmesine uygun olarak Kurban Bayramı Zilhicce ayının 10’una – Miladi takvimle 6 Haziran tarihine denk geliyor. Şeriata uygun olarak Kurban kesimi 6 Haziran tarihinden başlayarak 3 gün devam edebilir.
Haziran ayının 6’sında camilerde bayram namazları kılınacak.
Kurban Bayramı ile ilgili 4 gün ardı ardına resmi tatil olacak. Bu yıl 7 Haziran Cumartesi gününe denk geldiği için İş Kanunu’na göre 9 Haziran resmi tatil olacak. Böylece, 8 Haziran Pazar gününe denk geldiği için Kurban Bayramı’nda ardı ardına 4 gün – 6, 7, 8 ve 9 Haziran tarihleri resmi tatil olacak.