Cənubi Koreyanın sabiq baş naziri, müstəqil siyasətçi Hvan Gyo An prezident seçkilərində namizədliyini geri çəkdiyini və “Vətəndaş Gücü” adlı mühafizəkar partiyanın namizədi Kim Mun Suya dəstək verdiyini açıqlayıb.
“Bu gün prezidentliyə namizədlikdən imtina etdiyimi bəyan edirəm. Namizəd nömrə iki – Kim Mun Sunu dəstəkləyirəm”, – deyə Hvan Gyo An yazıb.
Realmeter sosioloji bürosunun 28 mayda açıqladığı sorğu nəticələrinə əsasən, müxalifətdə olan “Toburo” Demokrat Partiyasının namizədi Li Çje Myon respondentlərin 49,2%-nin dəstəyini qazanıb. Kim Mun Sunu isə 36,8% dəstəkləyib. Daha sonra Li Cun Sok (10,3%), Kvon Yon Guk (0,7%), Hvan Gyo An (0,4%), Son Cin Ho (0,2%) gəlib.
Əvvəlcə prezident postuna 7 namizəd qeydiyyatdan keçmişdi. 19 mayda Azadlıq və Birlik Partiyasının nümayəndəsi Ku Cu Va seçki kampaniyasını davam etdirməkdən imtina edib.
Hvan Gyo An 2016–2017-ci illərdə impiçment edilmiş prezident Pak Kın Xedən sonra Cənubi Koreya prezidentinin səlahiyyətlərini icra edib. O, 2015–2017-ci illərdə baş nazir vəzifəsində çalışıb və mühafizəkar düşərgənin nümayəndəsi olub.
Güney Kore eski başbakanı, bağımsız siyasetçi Hvan Gyo An, cumhurbaşkanlığı seçimlerindeki adaylığını geri çektiğini ve “Vatandaş Gücü” adlı muhafazakar partinin adayı Kim Mun Su’yu desteklediğini açıkladı.
“Bugün cumhurbaşkanlığı adaylığından çekildiğimi ilan ediyorum. İki numaralı aday Kim Mun Su’yu destekliyorum” diye yazdı Hvan Gyo An.
Realmeter sosyoloji bürosunun 28 Mayıs’ta açıkladığı anket sonuçlarına göre, muhalefetteki “Toburo” Demokrat Partisi adayı Li Çje Myon, katılımcıların %49,2’sinin desteğini kazandı. Kim Mun Su ise %36,8 oranında destek aldı. Daha sonra Li Cun Sok (%10,3), Kvon Yon Guk (%0,7), Hvan Gyo An (%0,4), Son Cin Ho (%0,2) geldi.
Başlangıçta cumhurbaşkanlığı görevine 7 aday kayıt yaptırmıştı. 19 Mayıs’ta Özgürlük ve Birlik Partisi temsilcisi Ku Cu Va seçim kampanyasına devam etmekten vazgeçti.
Hvan Gyo An, 2016-2017’de görevden alınan başkan Pak Kın He’den sonra Güney Kore cumhurbaşkanının yetkilerini icra etti. 2015-2017 yılları arasında başbakan olarak görev yaptı ve muhafazakar kanadın temsilcisi oldu.