Gürcüstan və Azərbaycanın eyni vaxtda müstəqillik elan etməsindən yüz ildən çox vaxt keçir.
Spiker bildirib ki, bu hadisə təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyət daşıyırdı: “O vaxt əcdadlarımız sivil dünyanın qabaqcıl xalqlarını təmsil etdiklərini təsdiqlədilər, çünki Gürcüstan parlamentdə mütərəqqi sosial-demokrat çoxluğu seçən ilk ölkə, Azərbaycan isə demokratik idarəçiliyə malik ilk müsəlman ölkəsi idi”.
Papuaşvili qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra hər iki ölkə azadlıq, suverenlik və demokratik idarəetmənin inkişafı uğrunda mübarizə əzmi ilə yeni yola qədəm qoyub.
“O vaxtdan bəri ölkələrimiz arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edərək möhkəm və hərtərəfli strateji tərəfdaşlığa çevrilib. Gürcüstan və Azərbaycan arasında dostluq və məhsuldar münasibətlər təkcə coğrafi yaxınlıq ilə bağlı deyil, həm də çağırışlarla dolu müasir dəyişən dünyada yeni və xüsusi əhəmiyyət kəsb edən çoxillik xalqlararası dostluq və əməkdaşlığa əsaslanır.
Mən şadam ki, qanunvericilik orqanlarımız arasında əlaqələr intensiv şəkildə inkişaf edir. Parlamentin ötənilki gündəliyi kifayət qədər gərgin idi. Azərbaycan Respublikasına səmərəli səfərlərimi hər zaman hərarətlə xatırlayıram. Bu il hörmətli həmkarım Sahibə Qafarovanı qonaq etdik. Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Əməkdaşlıq Memorandumu imzalamaqla biz parlamentlərarası əlaqələrimizi yeni səviyyəyə qaldırmışıq”,- Papuaşvili deyib.
Spiker Cənubi Qafqazın geosiyasl əhəmiyyətinin artdığını vurğulayıb.
“Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti artır. Ölkələrimiz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təkcə ticarət yolu deyil, bu, bizim birgə səylərlə nəyə nail ola biləcəyimizin simvoludur. Biz əlaqələri və regional sabitliyi təşviq etmək üçün Azərbaycanla birgə işləməyə qəti şəkildə hazır olduğumuzu bildiririk. Biz infrastruktur, diplomatik və insani əlaqələr qurmağa davam edəcəyik – bu, xalqlarımızın və regionumuzun çiçəklənməsinə kömək edəcək. Azərbaycan xalqını bir daha Müstəqillik Günü münasibətilə təbrik edirəm. Ölkənizə sülh, gələcək inkişaf və tərəqqi arzulayıram” – Papuaşvili deyib.
Gürcistan ve Azerbaycan’ın aynı anda bağımsızlık ilan etmesinin üzerinden yüz yıldan fazla zaman geçti.
Meclis Başkanı, bu olayın sadece ülke için değil, aynı zamanda bölgesel öneme sahip olduğunu belirtti: “O zaman atalarımız uygar dünyanın önde gelen halklarını temsil ettiklerini doğruladılar, çünkü Gürcistan parlamentoda ilerici bir sosyal demokrat çoğunluğu seçen ilk ülke, Azerbaycan ise demokratik yönetime sahip ilk Müslüman ülkesiydi.”
Papuaşvili, Sovyetler Birliği’nin dağılmasından sonra her iki ülkenin de özgürlük, egemenlik ve demokratik yönetimin gelişimi için mücadele azmiyle yeni bir yola girdiğini kaydetti.
“O zamandan beri ülkelerimiz arasındaki ikili ilişkiler dinamik bir şekilde gelişerek sağlam ve kapsamlı bir stratejik ortaklığa dönüştü. Gürcistan ve Azerbaycan arasındaki dostluk ve verimli ilişkiler sadece coğrafi yakınlıkla ilgili değil, aynı zamanda zorluklarla dolu modern değişen dünyada yeni ve özel bir öneme sahip olan çok yıllık halklar arası dostluk ve işbirliğine dayanıyor.
Yasama organlarımız arasındaki ilişkilerin yoğun bir şekilde gelişmesinden memnuniyet duyuyorum. Parlamentonun geçen yılki gündemi oldukça yoğundu. Azerbaycan Cumhuriyeti’ne yaptığım verimli ziyaretleri her zaman sıcaklıkla hatırlıyorum. Bu yıl saygıdeğer meslektaşım Sahibe Gafarova’yı ağırladık. Gürcistan Parlamentosu ile Azerbaycan Cumhuriyeti Milli Meclisi arasında İşbirliği Memorandumu imzalayarak parlamentolar arası ilişkilerimizi yeni bir seviyeye taşıdık,” dedi Papuaşvili.
Meclis Başkanı Güney Kafkasya’nın jeopolitik öneminin arttığını vurguladı.
“Güney Kafkasya bölgesinin jeopolitik önemi artıyor. Ülkelerimiz aracılığıyla Avrupa ile Asya’yı birleştiren Orta Koridor sadece bir ticaret yolu değil, aynı zamanda ortak çabalarımızla nelere ulaşabileceğimizin bir sembolüdür. Bağlantıları ve bölgesel istikrarı teşvik etmek için Azerbaycan ile birlikte çalışmaya kesinlikle hazır olduğumuzu belirtiyoruz. Altyapı, diplomatik ve insani bağlantılar kurmaya devam edeceğiz – bu, halklarımızın ve bölgemizin refahına yardımcı olacaktır. Azerbaycan halkını bir kez daha Bağımsızlık Günü vesilesiyle tebrik ediyorum. Ülkenize barış, gelecekteki gelişim ve ilerleme diliyorum,” dedi Papuaşvili.