Hakların ihlali için ahlaki hasarın ödenmesi tartışıldı

Hakların ihlali için ahlaki hasarın ödenmesi tartışıldı

Azərbaycan Respublikası Ali Məhkəməsinin yanında Elmi-məsləhət şurasının növbəti iclası keçirilib.

İclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələr təşkil edilib.

İclasa sədrlik edən Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev bildirib ki, müzakirənin məqsədi məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması üçün aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsidir.

Qeyd edilib ki, Ali Məhkəmə tərəfindən şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi ilə bağlı geniş məzmunlu Plenum qərarı layihəsi hazırlanıb. Xüsusilə şəxsi həyatın toxunulmazlığı, ailə sirri kimi tez-tez pozulan hüquqların müdafiəsi məsələləri yeni qərar layihəsində əksini tapıb. Diqqətə çatdırılıb ki, xüsusilə media subyektlərində bu kimi qorunan münasibətlərə müdaxilə hallarına tez-tez rast gəlindiyindən, Ali Məhkəmə tərəfindən müvafiq izahların verilməsi zəruri hesab edilir.

Ali Məhkəmənin Kommersiya kollegiyasının sədri Kəmalə Abiyeva çıxışında işgüzar nüfuzun müdafiəsi ilə bağlı kommersiya mübahisələrində məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə hazırlanan yeni Plenum qərarının layihəsində müvafiq izahların nəzərdə tutulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Plenumun qərar layihəsi hazırlanarkən mövcud məhkəmə təcrübəsi, o cümlədən dünya ölkələrinin qabaqcıl məhkəmə təcrübəsinin geniş təhlilləri aparılıb.

Daha sonra mövzu üzrə müzakirəyə təqdim edilən “Qanunla qorunan qeyri-maddi nemətlərlə yanaşı, qanunla qorunmayan qeyri-maddi nemətlərin də məhkəmə müdafiəsinin, habelə onlara müdaxilə halında mənəvi zərərin ödənilməsinin mümkünlüyü”, “Mənəvi zərərin əvəzinin ödənilməsində hüquqi varislik”, “Mənəvi zərərin ödənilməsi tələblərində prezumpsiya və sübutetmə”, “Qanuni və faktiki prezumpsiyanın xüsusiyyətləri”, “İşgüzar nüfuza vurulmuş zərərin ödənilməsini istisna edən qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələrin xüsusiyyətləri” və digər suallar ətrafında fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Sonda Ali Məhkəməyə təqdim olunmuş mülahizələrdə və iclasın gedişində şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsindən irəli gələn mübahisələr üzrə hüquq tətbiqetmə təcrübəsinin təkmilləşdirilməsinə dair fikirlərin və təkliflərin vahid hüquq tətbiqetmə təcrübəsinin formalaşdırılması baxımından faydalı olduğu, gələcək fəaliyyətdə nəzərə alınacağı qeyd edilib.

Azerbaycan Cumhuriyeti Yüksek Mahkemesi nezdinde Bilimsel Danışma Konseyi’nin olağan toplantısı yapıldı.

Toplantıda “Şeref, haysiyet, ticari itibarın korunması ve diğer maddi olmayan hakların ihlali nedeniyle manevi zararın tazmini” konusu tartışıldı.

Toplantıya başkanlık eden Yüksek Mahkeme Hukuk Dairesi Başkanı Senan Hacıyev, müzakerenin amacının mahkemeler tarafından davalara bakılırken manevi tazminatın ödenmesiyle ilgili ortaya çıkan ihtilafların çözümü sırasında mevcut zorlukların ve farklı yaklaşımların ortadan kaldırılması için ilgili hukuk normlarının uygulanmasında yeknesak bir yargı uygulamasının oluşturulmasının sağlanması olduğunu belirtti.

Yüksek Mahkeme tarafından şeref, haysiyet, ticari itibarın korunması ve diğer maddi olmayan hakların ihlali nedeniyle manevi zararın tazmini ile ilgili geniş kapsamlı bir Genel Kurul kararı taslağı hazırlandığı kaydedildi. Özellikle özel hayatın gizliliği, aile sırrı gibi sık sık ihlal edilen hakların korunması konuları yeni karar taslağında yer almıştır. Özellikle medya kuruluşlarında bu tür korunan ilişkilere müdahale vakalarına sıkça rastlandığından, Yüksek Mahkeme tarafından ilgili açıklamaların yapılmasının gerekli olduğu belirtildi.

Yüksek Mahkeme Ticaret Hukuku Dairesi Başkanı Kamala Abiyeva, ticari itibarın korunmasıyla ilgili ticari uyuşmazlıklarda yargı uygulamasının birliğinin sağlanması amacıyla hazırlanan yeni Genel Kurul karar taslağında ilgili açıklamaların öngörüldüğünü belirtti. Genel Kurul karar taslağı hazırlanırken mevcut yargı uygulaması, dünya ülkelerinin önde gelen yargı uygulamalarının geniş analizlerinin yapıldığı kaydedildi.

Daha sonra konuyla ilgili müzakereye sunulan “Kanunla korunan maddi olmayan varlıkların yanı sıra, kanunla korunmayan maddi olmayan varlıkların da mahkemece korunmasının, ayrıca bunlara müdahale halinde manevi zararın tazmininin mümkünlüğü”, “Manevi zararın tazmininde yasal miras”, “Manevi zararın tazmini taleplerinde karine ve ispat”, “Kanuni ve fiili karinenin özellikleri”, “Ticari itibara verilen zararın tazminini engelleyen değerlendirici fikir ve mülahaza niteliğindeki bilgi veya ifadelerin özellikleri” ve diğer sorular etrafında fikir alışverişinde bulunuldu, görüş ve öneriler dinlendi.

Son olarak Yüksek Mahkeme’ye sunulan mülahazalarda ve toplantı sırasında şeref, haysiyet, ticari itibarın korunmasından kaynaklanan uyuşmazlıklara ilişkin hukuk uygulama uygulamasının iyileştirilmesine dair fikir ve önerilerin yeknesak hukuk uygulama uygulamasının oluşturulması açısından faydalı olduğu, gelecekteki faaliyetlerde dikkate alınacağı kaydedildi.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top