Beynəlxalq Valyuta Fondu (BVF- IMF) Azərbaycanın da daxil olduğu Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım proqnozlarını yaxşılaşdırıb.
“APA-Economics” xəbər verir ki, Fond qlobal iqtisadiyyatla bağlı hesabatında 2025-ci il üzrə regionun ümumi daxili məhsulunun (ÜDM) artımı üzrə proqnozunu 0,5 faiz bəndi artıraraq 3,4% səviyyəsində müəyyən edib. 2026-cı il üçün proqnoz da eyni dərəcədə yüksəldilərək 3,5%-ə çatdırılıb.
BVF qeyd edir ki, bu artım beynəlxalq ticarətdə gözlənilən canlanma, ABŞ və Çin arasında bəzi tariflərin dayandırılması və qlobal maliyyə şərtlərinin yumşalması ilə əlaqədardır. Eyni zamanda ABŞ dollarının zəifləməsi inkişaf etməkdə olan bazarlara pul siyasətində daha çox manevr imkanı verib.
Hesabatda bildirilir ki, 2025-ci ildə enerji məhsullarının, o cümlədən neftin qiymətində təxminən 7%-lik azalma gözlənilir. Bu, enerji ixracatçısı olan ölkələr üçün gəlir axınlarına təsir edə bilər.
Bununla yanaşı, BVF regional iqtisadi artıma təsir edə biləcək riskləri də vurğulayır. Xüsusilə, ticarət siyasətində qeyri-müəyyənlik, ABŞ-ın tarif qərarları və geosiyasi gərginliklər (İran-İsrail münaqişəsi, Ukrayna ilə bağlı risklər) iqtisadi perspektivlər üçün mənfi ssenariləri gücləndirə bilər.
Uluslararası Para Fonu (IMF), Azerbaycan’ın da dahil olduğu Orta Doğu ve Orta Asya bölgesi için ekonomik büyüme tahminlerini iyileştirdi.
“APA-Economics”in haberine göre, Fon, küresel ekonomiyle ilgili raporunda 2025 yılı için bölgenin gayri safi yurtiçi hasılasındaki (GSYİH) büyüme tahminini 0,5 puan artırarak %3,4 olarak belirledi. 2026 yılı için tahmin de aynı oranda yükseltilerek %3,5’e çıkarıldı.
IMF, bu büyümenin uluslararası ticarette beklenen canlanma, ABD ve Çin arasında bazı tarifelerin askıya alınması ve küresel mali koşulların gevşemesiyle ilgili olduğunu belirtiyor. Aynı zamanda ABD dolarının zayıflaması, gelişmekte olan pazarlara para politikasında daha fazla manevra imkanı verdi.
Raporda, 2025 yılında enerji ürünleri, özellikle petrol fiyatlarında yaklaşık %7’lik bir düşüş beklendiği belirtiliyor. Bu, enerji ihracatçısı olan ülkeler için gelir akışlarını etkileyebilir.
Bununla birlikte, IMF bölgesel ekonomik büyümeyi etkileyebilecek riskleri de vurguluyor. Özellikle, ticaret politikasındaki belirsizlik, ABD’nin tarife kararları ve jeopolitik gerginlikler (İran-İsrail çatışması, Ukrayna ile ilgili riskler) ekonomik beklentiler için olumsuz senaryoları güçlendirebilir.