İran Xarici İşlər Nazirliyi ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.
Bəqai qeyd edib ki, İran müvafiq vaxtda Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün ABŞ-la danışıqların altıncı raundunun tarixini və yerini açıqlayacaq.
“Hazırda danışıqların altıncı raundu ilə bağlı jurnalistlər üçün heç bir məlumatım yoxdur. Qərar qəbul olunarsa, bu barədə daha sonra məlumat veriləcək”, – İran XİN rəsmisi deyib.
Onun sözlərinə görə, İran təşəbbüsünü Oman vasitəsilə ABŞ-a ötürəcək:
“İran xalqının mənafeyini və hüquqlarını nəzərə almayan hər hansı plan – istər dinc nüvə enerjisi, o cümlədən uranın zənginləşdirilməsi sahəsində, istərsə də qeyri-qanuni sanksiyaların ləğvi baxımından – qəbuledilməzdir. Biz öz təşəbbüsümüzü yekunlaşdırdıqdan dərhal sonra Oman vasitəsilə qarşı tərəfə ötürəcəyik. Bu təklifi ciddi şəkildə nəzərdən keçirmək əlbəttə ki, Birləşmiş Ştatların maraqlarına uyğundur”, – o əlavə edib.
İran Dışişleri Bakanlığı, ABD ile görüşmelerin altıncı turuyla ilgili kararın henüz verilmediğini bildirdi.
APA haberine göre, bu konuda İran Dışişleri Bakanlığı sözcüsü İsmail Bakai bugünkü basın toplantısında açıklamalarda bulundu.
Bakai, İran’ın uygun bir zamanda Tahran’ın nükleer programıyla ilgili anlaşmazlıkları çözmek için ABD ile görüşmelerin altıncı turunun tarihini ve yerini açıklayacağını belirtti.
“Şu anda görüşmelerin altıncı turuyla ilgili gazeteciler için herhangi bir bilgim yok. Karar alınırsa, bu konuda daha sonra bilgi verilecektir,” dedi İran Dışişleri Bakanlığı yetkilisi.
Onun ifadesine göre, İran girişimini Umman aracılığıyla ABD’ye iletecek:
“İran halkının çıkarlarını ve haklarını dikkate almayan herhangi bir plan – ister barışçıl nükleer enerji, uranyum zenginleştirilmesi dahil olmak üzere, isterse de yasa dışı yaptırımların kaldırılması bakımından – kabul edilemezdir. Biz kendi girişimimizi sonuçlandırdıktan hemen sonra Umman aracılığıyla karşı tarafa ileteceğiz. Bu teklifi ciddi bir şekilde değerlendirmek elbette ki Birleşik Devletler’in çıkarlarına uygundur,” diye ekledi.