Isı arzı üzerinde halka açık bir duruşma yapıldı

Isı arzı üzerinde halka açık bir duruşma yapıldı

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə təşkil edilib.

Komitə sədrinin müavini Fatma Yıldırım deyib ki, bu qanun yeni tikilən çoxmənzilli binaların da istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək.

Energetika nazirinin müavini Elnur Soltanov nəzərə çatdırıb ki, qanunun qəbulundan sonra vətəndaşların özlərinin qurduğu hər hansı cəmiyyət belə qazanxananı işlədə biləcək: “Yəni istəsələr, “Azəristiliktəchizat”-a müraciət edərlər, istəsələr başqa yerə. Vətəndaşlar özləri qərar verəcək”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov istilik təchizatı ilə əlaqədar hər yerdə qazanxanaların quraşdırılmasının mümkün olmadığını söyləyib.

İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdiri Toğrul Quliyev hazırda dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində bu qanunun tətbiqi üçün sənədlərin hazırlanması prosesinin getdiyini açıqlayıb.

Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsi müdirinin müavini Elmar Hüseynzadə çoxmənzilli yaşayış binalarında mərkəzləşmiş elektrik sistemlərinin qurulmasının əvvəllər də nəzərdə tutulduğunu, indi yenidən bu məsələyə geri qayıdıldığını bildirib.

“Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev qeyd edib ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı üçün 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır: “Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”.

Fövqəladə Hallar Nazirliyinin Maye və təbii qaz obyektlərində işlərin təhlükəsiz görülməsinə nəzarət Müfəttişliyinin rəisi Eldar Əhmədov bu gün çoxmərtəbəli binalarda, fərdi evlərdə fərdi istilik sistemlərinin istifadəsinin təhlükə mənbəyi olduğunu söyləyib: “Bu təhlükə mənbəyinin azaldılmasına xidmət göstərən qanunun qəbulu çox önəmlidir”.

“Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev nəzərə çatdırıb ki, mərkəzi istilik sisteminin səmərəliliyi üçün 3 amil olmalıdır: “Köhnə binalarla yeni binalar arasında enerji sərfiyyatında 3 dəfəyə qədər fərq var. Əgər binalar enerji tələblərinə cavab verəcəksə, mərkəzi istilik sistemi kifayət qədər səmərəli olacaq. Köhnə binalarda istilik sistemləri ilə bağı çox ciddi çətinliklər və problemlər var, binalar ümumilikdə idarə olunmur. Reputasiyamıza ən böyük zərər vuran bu binalara xidmət göstərməyimizdir. Bu binalara xidmət göstərməklə biz əlavə xərclərə gedirik. Köhnə binalara da yeni qanunun bəzi müddəaları şamil oluna biləcək. Köhnə tipli binalarda da problemlərin həllinə bu qanunun tətbiqi imkan verəcək”.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bərpa olunan enerji mənbələrinin istilik təchizatı sistemlərinə inteqrasiyasını təklif edilib.

Bugün Milli Meclis’in Doğal Kaynaklar, Enerji ve Ekoloji Komitesi tarafından “Isı temini hakkında” yeni yasa tasarısı ile ilgili halka açık bir dinleme düzenlendi.

Komite Başkan Yardımcısı Fatma Yıldırım, bu yasanın yeni inşa edilen çok katlı binaların da ısı temini ile karşılaştığı sorunların çözümüne yardımcı olacağını söyledi.

Enerji Bakan Yardımcısı Elnur Soltanov, yasanın kabul edilmesinden sonra vatandaşların kendi kurduğu herhangi bir topluluğun bile kazan dairesini işletebileceğini belirtti: “Yani isterlerse ‘Azeristiliktechizat’a başvururlar, isterlerse başka bir yere. Vatandaşlar kendileri karar verecek.”

Devlet Şehircilik ve Mimarlık Komitesi Başkan Yardımcısı Devlethan Devlethanov, ısı temini ile ilgili olarak her yere kazan dairesi kurulmasının mümkün olmadığını söyledi.

Ekonomi Bakanlığı Ekonomik Politika Bölümü Müdürü Toğrul Guliyev, şu anda devlet-özel sektör ortaklığı projesi çerçevesinde bu yasanın uygulanması için belgelerin hazırlanma sürecinin devam ettiğini açıkladı.

Bakanlar Kurulu Sanayi ve Enerji Bölümü Müdür Yardımcısı Elmar Hüseynzade, çok katlı binalarda merkezi elektrik sistemlerinin kurulmasının daha önce de öngörüldüğünü, şimdi yeniden bu konuya geri dönüldüğünü belirtti.

“Azerenerji” A.Ş. Teknik-Üretim İdaresi Başkanı Vaqif Tağıyev, şu anda Tarife Konseyi kararıyla ısı temini için 1 metrekareye 30 gepik tarife belirlendiğini, mevcut tarifelere göre “Azeristiliktechizat” A.Ş.’ye ısı enerjisinin toptan satışının ise 3 manat olduğunu kaydetti: “Elektrik enerjisi miktarına göre, 1 aylık ısı enerjisinin değeri 24-80 gepik arasındadır. Ancak şu anda tarife ile 30 gepik belirlenmiştir. Tarifeler gerçek fiyattan 4-13 kat daha düşüktür. Şu anda hem elektrik hem de ısı enerjisi sosyal tarifedir. Nagif Hamzayev tarifelerin artırılması hakkında bir soru sordu. Tarife metodolojisi gerçekliğe uygun olarak uygulanmalı, gerçek fiyat mekanizması yasada yer almalıdır.”

Olağanüstü Haller Bakanlığı Sıvı ve Doğal Gaz Tesislerinde İşlerin Güvenli Bir Şekilde Yürütülmesinin Denetlenmesi Müfettişliği Başkanı Eldar Ahmedov, bugün çok katlı binalarda, müstakil evlerde bireysel ısıtma sistemlerinin kullanılmasının bir tehlike kaynağı olduğunu söyledi: “Bu tehlike kaynağının azaltılmasına hizmet eden yasanın kabulü çok önemlidir.”

“Azeristiliktechizat” A.Ş. Başkanı İlham Mirzaliyev, merkezi ısıtma sisteminin verimliliği için 3 faktörün olması gerektiğini belirtti: “Eski binalarla yeni binalar arasında enerji tüketiminde 3 kata kadar fark var. Eğer binalar enerji gereksinimlerini karşılıyorsa, merkezi ısıtma sistemi yeterince verimli olacaktır. Eski binalarda ısıtma sistemleri ile ilgili çok ciddi zorluklar ve sorunlar var, binalar genel olarak yönetilmiyor. İtibarımıza en büyük zararı veren bu binalara hizmet vermemizdir. Bu binalara hizmet vererek ek maliyetlere giriyoruz. Eski binalara da yeni yasanın bazı hükümleri uygulanabilir. Eski tip binalarda da sorunların çözümüne bu yasanın uygulanması imkan verecektir.”

Ekoloji ve Doğal Kaynaklar Bakan Yardımcısı Vugar Kerimov, yenilenebilir enerji kaynaklarının ısı temini sistemlerine entegrasyonunu teklif etti.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top