Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edib. O, Zaur Əsgərov və Gündüz Mirzəyevin hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təklif edib ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksinlər.
Vəkil Nemət Kərimli çıxış edərək onların əməlində açıq çağırış olmadığını bildirib və müdafiə etdiyi Zaur Əsgərovun barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Digər vəkil Əsgəran Muradov çıxış üçün vaxt istəyib.
Növbəti proses iyunun 5-nə təyin edilib.
Devlet aleyhine çağrılarda bulunmakla suçlanarak tutuklanan Azerbaycan Halk Cephesi Partisi (AXCP) Karadağ ilçe şubesinin eski başkanı Zaur Askerov ve Binegedi şubesinin eski üyesi Gündüz Mirzeyev’in ceza davasının bir sonraki duruşması yapıldı.
Bakü Ağır Ceza Mahkemesi’nde hakim Azer Tağıyev’in başkanlığında yapılan duruşmada, devlet savcısı Rauf Malışov konuştu. Zaur Askerov ve Gündüz Mirzeyev’in her birinin 7 yıl hapis cezasına çarptırılmasını talep etti. Savcı, sanıkların cezalarını genel rejimli cezaevinde çekmelerini teklif etti.
Avukat Nemet Kerimli, konuşmasında eylemlerinde açık bir çağrı olmadığını belirtti ve savunduğu Zaur Askerov hakkında beraat kararı verilmesini istedi.
Diğer avukat Esgeran Muradov konuşmak için süre istedi.
Bir sonraki duruşma 5 Haziran’a ertelendi.