“Makro Mali Bölüm” alt çalışma grubunun ilk toplantısı düzenlendi

"Makro Mali Bölüm" alt çalışma grubunun ilk toplantısı düzenlendi

Bu gün Maliyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib.

Məlumata görə, iclasda çıxış edən maliyyə naziri, Alt İşçi qrupun rəhbəri Sahil Babayev bildirib ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinə uyğun olaraq “Daxili və xarici təsirlərə dayanıqlıq” məqsədi ölkənin əsas dayanıqlı iqtisadi inkişaf istiqamətlərindən biri kimi müəyyən olunub.

Nazir Sahil Babayev fiskal dayanıqlığın təmin olunmasının, strateji valyuta ehtiyatlarının qorunmasının, dövlət maliyyəsinin, o cümlədən dövlət borcunun səmərəli idarəolunmasının əhəmiyyətindən bəhs edərək “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş tədbirlərin uğurla icra olunduğunu diqqətə çatdırıb.

İclasda “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı ilkin istiqamətlər və növbəti addımlar müzakirə edilib, müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin koordinasiyalı şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupu “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli 356s nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılıb.

Bugün Maliye Bakanlığı’nda, “Azerbaycan Cumhuriyeti’nin 2027–2030 Sosyal ve Ekonomik Kalkınma Stratejisi”nin hazırlanması amacıyla oluşturulan “Makro-Mali Sürdürülebilirlik” Alt Çalışma Grubu’nun ilk toplantısı yapıldı.

Edinilen bilgiye göre, toplantıda konuşan Maliye Bakanı ve Alt Çalışma Grubu Başkanı Sahil Babayev, Cumhurbaşkanı’nın 2 Şubat 2021 tarihli Kararnamesi ile onaylanan “Azerbaycan 2030: Sosyal ve Ekonomik Kalkınmaya İlişkin Milli Öncelikler” belgesinde, “Sürdürülebilir artan rekabetçi ekonomi” önceliğine uygun olarak “İç ve dış etkilere dayanıklılık” hedefinin ülkenin temel sürdürülebilir ekonomik kalkınma yönlerinden biri olarak belirlendiğini belirtti.

Bakan Sahil Babayev, mali sürdürülebilirliğin sağlanmasının, stratejik döviz rezervlerinin korunmasının, devlet maliyesinin ve devlet borcunun etkin bir şekilde yönetilmesinin öneminden bahsederek, “2022–2026 Sosyal ve Ekonomik Kalkınma Stratejisi”nde belirlenen önlemlerin başarıyla uygulandığını vurguladı.

Toplantıda, “2027–2030 Sosyal ve Ekonomik Kalkınma Stratejisi”nin hazırlanmasıyla ilgili ilk yönler ve sonraki adımlar ele alındı, ilgili kurumlar arasında işbirliğinin güçlendirilmesi ve faaliyetlerin koordineli bir şekilde sürdürülmesi konusunda anlaşmaya varıldı.

Hatırlatmak gerekir ki, “Makro-Mali Sürdürülebilirlik” Alt Çalışma Grubu, “Azerbaycan Cumhuriyeti’nin 2027–2030 Sosyal ve Ekonomik Kalkınma Stratejisi” ve “Azerbaycan Cumhuriyeti’nin işgalden kurtarılmış topraklarına Büyük Geri Dönüş’e İlişkin II. Devlet Programı”nın hazırlanması hakkında” Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın 30 Mayıs 2025 tarihli 611 sayılı Kararnamesi’nin uygulanmasının sağlanması hakkında Bakanlar Kurulu’nun 18 Haziran 2025 tarihli 356s sayılı Kararnamesi uyarınca “Azerbaycan Cumhuriyeti’nin 2027–2030 Sosyal ve Ekonomik Kalkınma Stratejisi”nin hazırlanması amacıyla oluşturulmuştur.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top