Mediafest -2025 Nakhchivan’da düzenleniyor – fotoğraf

Mediafest -2025 Nakhchivan'da düzenleniyor - fotoğraf

Naxçıvan şəhərində “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir.

Konfrans çərçivəsində Naxçıvan televiziyası “Azerspace-1” peykində (11135 Horizontal 30000) yayıma başlayıb.

“MEDİAFEST-2025” konfransında media trendləri və tarixi irs vurğulanıb

Daha sonra Naxçıvanda Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”in açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, 104 yaşlı “Şərq qapısı” qəzeti təkcə Naxçıvanın deyil, bütövlükdə, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır.

“Şərq qapısı” qəzetinin müasir medianın inkişafındakı rolu önə çəkilib

Səlahiyyətli nümayəndə qeyd edib ki, klassik jurnalistika prinsiplərinə sadiqliyi, analitik və siyasi məqalələrə verdiyi önəmlə seçilən qəzet, son dövrlərdə fəaliyyətini daha da genişləndirib, sosial mediada da aktiv mövqe qazanıb: “Qəzetin həm texniki bazası təkmilləşdirilib, həm də yaradıcı heyəti gücləndirilib. Ən önəmlisi isə “Şərq qapısı” qəzeti hüquqi status qazanaraq müasir media subyekti kimi fəaliyyətini daha çevik və sistemli şəkildə davam etdirmək imkanı əldə edib”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov diqqətə çatdırıb ki, Azərbaycan milli mətbuat tarixində özünəməxsus yer tutan “Şərqi-rus” qəzetinin yaradıcısı Məhəmməd ağa Şaxtaxtlının, “Molla Nəsirəddin” jurnalı ilə müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin doğulub boya-başa çatdığı Naxçıvanda medianın müasir trendlərinin müzakirəsi milli mətbuatımızın 150 illik yubileyinə dəyərli töhfədir.

Əhməd İsmayılov vurğulayıb ki, ənənəvi media institutları ilə yanaşı, sosial şəbəkələr, rəqəmsal platformalar və süni intellekt əsaslı texnologiyalar informasiya istehsalını və istehlakını sürətlə dəyişməkdədir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru əlavə edib ki, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında göstərildiyi kimi Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyir.

Azərbaycan mediasının rəqəmsal çağırışlara cavab verməsi müzakirə edilib

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov bildirib ki, Naxçıvan Azərbaycanın ümumi informasiya məkanının formalaşmasında mühüm yer tutur: “Rəqəmsal dövrün tələbləri, süni intellektin media sahəsinə təsiri, dezinformasiya ilə mübarizə və sosial medianın artan rolu jurnalistlərdən daha yüksək peşəkarlıq və çeviklik tələb edir. Bu gün Azərbaycan mediası yalnız daxili auditoriyaya deyil, həm də beynəlxalq informasiya məkanında ölkəmizin maraqlarını müdafiə etmək vəzifəsi ilə üz-üzədir. Bu, yeni nəsil jurnalistlərin hazırlanmasını, media savadlılığının artırılmasını və innovativ texnologiyaların mətbuatda tətbiqini zəruri edir”.

Kamran Həsənov qeyd edib ki, son illərdə Naxçıvan mediasının respublikanın sosial-iqtisadi inkişafında, mədəni irsinin tanıdılmasında və ölkəmizin ümumi media strategiyasına inteqrasiyasında mühüm addımlar atılıb: “Mən əminəm ki, bugünkü tədbir bu prosesə və Naxçıvan mediasının daha da inkişafına yeni təkan verəcək”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, “Şərq qapısı” və Naxçıvan televiziyasının arxivləri böyük məxəzdir: “Ümummilli Liderin “Şərq qapısı” qəzeti haqqında dediyi fikirlərin şahidiyik və xüsusən də 1990-1993-cü illərdə Ümummilli Liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə “Şərq qapısı”nın, Naxçıvan Televiziyasının materiallar onların arxivlərində qorunur. “Şərq qapısı” və Naxçıvan televiziyasının arxivləri bizim üçün də böyük məxəzdir və Ümummilli Liderin şəxsiyyətini daha yaxından tanımaqda böyük rol oynayır”.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun konfransa ünvanlandığı videomüraciətində bildirib ki, Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir.

Konfrans çıxışlarla davam edir.

Nahçıvan şehrinde “Küresel Bilgi Ortamı ve Medya Trendleri” konferansı – “MEDİAFEST-2025” düzenleniyor.

Konferans kapsamında Nahçıvan televizyonu “Azerspace-1” uydusunda (11135 Yatay 30000) yayına başladı.

“MEDİAFEST-2025” konferansında medya trendleri ve tarihi miras vurgulandı

Daha sonra Nahçıvan’da Haydar Aliyev Sarayı’nda “Küresel Bilgi Ortamı ve Medya Trendleri” konferansı – “MEDİAFEST-2025″in açılış töreni yapıldı.

Açılış töreninde konuşan Nahçıvan Özerk Cumhuriyeti’nde Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın Yetkili Temsilcisi Fuad Necefli, 104 yaşındaki “Şark Kapısı” gazetesinin sadece Nahçıvan’ın değil, tüm ülkenin toplumsal ve siyasi hayatında önemli bir rol oynadığını belirtti.

“Şark Kapısı” gazetesinin modern medyanın gelişimindeki rolü öne çıkarıldı

Yetkili temsilci, klasik gazetecilik ilkelerine bağlılığı, analitik ve siyasi makalelere verdiği önemle öne çıkan gazetenin, son dönemlerde faaliyetlerini daha da genişlettiğini, sosyal medyada da aktif bir konum kazandığını kaydetti: “Gazetenin hem teknik altyapısı geliştirildi, hem de yaratıcı kadrosu güçlendirildi. En önemlisi ise “Şark Kapısı” gazetesi hukuki statü kazanarak modern bir medya kuruluşu olarak faaliyetlerini daha çevik ve sistemli bir şekilde sürdürme imkanı elde etti.”

Medyanın Gelişimi Ajansı İcra Direktörü Ahmet İsmailov, Azerbaycan milli basın tarihinde kendine özgü bir yer tutan “Şarki-rus” gazetesinin kurucusu Muhammed Ağa Şahtahtlı’nın, “Molla Nasreddin” dergisi ile Müslüman dünyasında satirik gazeteciliğin temelini atmış Celil Memmedguluzade’nin doğup büyüdüğü Nahçıvan’da medyanın modern trendlerinin tartışılmasının milli basımımızın 150. yıldönümüne değerli bir katkı olduğunu belirtti.

Ahmet İsmailov, geleneksel medya kuruluşlarının yanı sıra, sosyal ağlar, dijital platformlar ve yapay zeka tabanlı teknolojilerin bilgi üretimini ve tüketimini hızla değiştirdiğini vurguladı.

Medyanın Gelişimi Ajansı İcra Direktörü, “Azerbaycan milli basımının 150. yıldönümünün kutlanması hakkında” Azerbaycan Cumhuriyeti Cumhurbaşkanı’nın Kararnamesi’nde belirtildiği gibi, Vatan Savaşı’nda zaferimizden kısa bir süre sonra başlayan reformların, “Medya Hakkında” Kanunun kabul edilmesi dahil olmak üzere, medya faaliyetlerinin dijital çağın zorluklarına uyarlanmasını ve ülkemizin bilgi ortamının iyileştirilmesini hedeflediğini ekledi.

Azerbaycan medyasının dijital zorluklara yanıt vermesi tartışıldı

Cumhurbaşkanlığı İdaresi Sivil Toplum Kuruluşları ile Çalışma ve İletişim Dairesi’nin medya ile ilgili sektörünün müdürü Kamran Hasanov, Nahçıvan’ın Azerbaycan’ın genel bilgi alanının oluşumunda önemli bir yere sahip olduğunu belirtti: “Dijital çağın gereksinimleri, yapay zekanın medya alanına etkisi, dezenformasyonla mücadele ve sosyal medyanın artan rolü gazetecilerden daha yüksek profesyonellik ve çeviklik talep ediyor. Bugün Azerbaycan medyası sadece yerel bir kitleye değil, aynı zamanda uluslararası bilgi alanında ülkemizin çıkarlarını savunma göreviyle karşı karşıyadır. Bu, yeni nesil gazetecilerin yetiştirilmesini, medya okuryazarlığının artırılmasını ve yenilikçi teknolojilerin basında uygulanmasını gerektiriyor.”

Kamran Hasanov, son yıllarda Nahçıvan medyasının cumhuriyetin sosyal ve ekonomik kalkınmasında, kültürel mirasının tanıtılmasında ve ülkemizin genel medya stratejisine entegrasyonunda önemli adımlar atıldığını kaydetti: “Bugünkü etkinliğin bu sürece ve Nahçıvan medyasının daha da gelişmesine yeni bir ivme kazandıracağına eminim.”

Azerbaycan Basın Konseyi Başkanı Reşad Mecid, “Şark Kapısı” ve Nahçıvan televizyonunun arşivlerinin büyük bir kaynak olduğunu belirtti: “Ulu Önder’in “Şark Kapısı” gazetesi hakkında söylediği sözlere tanık oluyoruz ve özellikle 1990-1993 yıllarında Ulu Önder’in Nahçıvan’da görev yaptığı dönemde “Şark Kapısı”nın, Nahçıvan Televizyonu’nun materyalleri arşivlerinde korunuyor. “Şark Kapısı” ve Nahçıvan televizyonunun arşivleri bizim için de büyük bir kaynak ve Ulu Önder’in kişiliğini daha yakından tanımada büyük bir rol oynuyor.”

Türkiye Cumhurbaşkanlığı İletişim Daire Başkanı Fahrettin Altun konferansa gönderdiği video mesajında, Hasan Bey Zerdabi’nin 1875 yılında Azerbaycan dilinde yayınladığı “Ekinci” gazetesi ile başlayan Azerbaycan basınının yolculuğunun bugün de büyük bir başarıyla devam ettiğini belirtti.

Konferans konuşmalarla devam ediyor.

Yorum bırakın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Scroll to Top