Laçın rayonunun Zerti kəndində inşa olunan “Laçın” İstirahət Kompleksinə media-tur təşkil olunub.
APA xəbər verir ki, istirahət mərkəzinin icraçı direktoru Moris Kərimov bildirib ki, mərkəzin ümumi ərazisi 11,2 hektardır. Burada sahəsi 42 min kvadratmetr olan “Laçın” İstirahət Kompleksi qurulub.
M.Kərimov bildirib ki, mərkəzdə müxtəlif kateqoriyalı 120 otaqlı hotel binası və 8 kottec inşa edilib: “Hotel və kotteclər ümumilikdə 324 nəfərin istirahəti üçün nəzərdə tutulub. Qonaqların normal istirahətinin təmin olunması üçün hər iki məkan müasir tələblər səviyyəsində inşa edilib:
“Kompleksdə işgüzar görüşlərin, konfransların və digər tədbirlərin keçirilməsi üçün müasir avadanlıqlarla təchiz edilmiş 500 nəfərlik tədbir və 340 nəfərlik ziyafət zalları, o cümlədən, 100 nəfərlik konfrans zalı və toplantı otağı da yaradılıb”.
İcraçı direktor əlavə edib ki, istirahət mərkəzində müxtəlif əyləncə məkanları da qonaqların ixtiyarına verilib: “Buraya karaoke, bilyard, VR oyun zonaları və uşaq əyləncə mərkəzi daxildir. Həmçinin istirahət kompleksinin ərazisində futbol və basketbol meydançaları inşa olunub, velosiped və yürüş zolaqları salınıb”.
O, mərkəzdə çalışacaq 174 nəfərdən 122-sinin Laçın və Kəlbəcər rayonlarının, həmçinin azad edilmiş digər ərazilərin sakinləri olduğunu vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 27-də Laçın rayonunun Zerti kəndində “Laçın” İstirahət Kompleksinin açılışında iştirak edib.
Laçın rayonunun Zerti köyünde inşa edilen “Laçın” İstirahat Kompleksi’ne medya turu düzenlendi.
APA’nın haberine göre, istirahat merkezinin icra direktörü Moris Kerimov, merkezin toplam alanının 11,2 hektar olduğunu belirtti. Burada 42 bin metrekarelik alana sahip “Laçın” İstirahat Kompleksi kuruldu.
M.Kerimov, merkezde farklı kategorilerde 120 odalı bir otel binası ve 8 kır evinin inşa edildiğini belirtti: “Otel ve kır evleri toplamda 324 kişinin dinlenmesi için tasarlandı. Misafirlerin normal dinlenmelerinin sağlanması için her iki mekan da modern gereksinimler seviyesinde inşa edildi.”
“Komplekste iş görüşmelerinin, konferansların ve diğer etkinliklerin yapılması için modern ekipmanlarla donatılmış 500 kişilik etkinlik ve 340 kişilik ziyafet salonları, ayrıca 100 kişilik konferans salonu ve toplantı odası da oluşturuldu.”
İcra direktörü, istirahat merkezinde çeşitli eğlence mekanlarının da misafirlerin kullanımına sunulduğunu ekledi: “Buraya karaoke, bilardo, VR oyun alanları ve çocuk eğlence merkezi dahildir. Ayrıca istirahat kompleksinin arazisinde futbol ve basketbol sahaları inşa edildi, bisiklet ve yürüyüş parkurları yapıldı.”
Merkezde çalışacak 174 kişiden 122’sinin Laçın ve Kelbecer rayonları ile kurtarılmış diğer bölgelerin sakinleri olduğunu vurguladı.
Cumhurbaşkanı İlham Aliyev’in 27 Mayıs’ta Laçın rayonunun Zerti köyünde “Laçın” İstirahat Kompleksi’nin açılışına katıldığını belirtelim.