Deputat keçmiş məcburi köçkünlərə öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilməsi istəyir.
APA xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Razi Nurullayev bildirib ki, işğaldan azad olunan ərazilər yenidən qurulur və keçmiş məcburi köçkünlər dədə-baba yurdlarına qaytarılır: “Bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət və öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər.
Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. İnanıram ki, keçmiş məcburi köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın, ev tikintisinin isə qanuni çərçivədə vətəndaşların özləri tərəfindən aparılmasına icazə versin.
Bu dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. Biz bu üsulla, inanıram ki, 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq”.
Milletvekili, eski zorunlu göçmenlerin evlerini, icra organının önerdiği proje ve yasa çerçevesinde inşa etmelerine izin verilmesini istiyor.
APA’nın haberine göre, Milli Meclis’in bugünkü oturumunda konuşan Milletvekili Razi Nurullayev, işgalden kurtarılan bölgelerin yeniden inşa edildiğini ve eski zorunlu göçmenlerin ata topraklarına geri döndürüldüğünü belirtti: “Yeniden inşa edilecek evlerin sayısı çok fazla ve bana öyle geliyor ki, devlet ve hükümet üzerine büyük bir sorumluluk ve yükümlülük alıyor. Bu kadar yükü çekmek çok zor ve vatandaşların da bu süreçlerde temel katılımcı haline gelmesi gerekiyor.
Mayınlardan temizlenmiş bölgelerde hızlı bir şekilde projelendirme çalışmalarının yapılmasını ve vatandaşlara evlerini icra organının önerdiği proje ve yasa çerçevesinde inşa etmelerine izin verilmesini öneriyorum. İnanıyorum ki, eski zorunlu göçmenlerin önemli bir kısmının kendi evini inşa etme imkanı var. Hatta devletin altyapı oluşturmasını, ev inşaatının ise yasal çerçevede vatandaşların kendileri tarafından yapılmasına izin vermesini öneriyorum.
Bu devlete daha ucuza mal olur. Şirketler tarafından inşa edilen ev fiyatlarının yarısına, vatandaş kendisi inşa edebilir. Devlet onlara inşaat aşamaları üzerinden para ayırsın. Biz bu yöntemle, inanıyorum ki, yüzde 50 devlet kaynağından tasarruf etmiş oluruz.”