Gürcüstanın müxalif “Dəyişiklik üçün” koalisiyasının lideri Nika Melia saxlanılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, müxalifət lideri Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin polis əməkdaşını təhqir etməni nəzərdə tutan maddəsi əsasında inzibati qaydada həbs edilib.
Qeyd olunub ki, müvafiq qərarın qəbul edilməsi üçün Nika Melia məhkəməyə çıxarılacaq.
Melianın mətbuat xidməti onun Lisi gölünün yaxınlığında televiziya proqramlarında birində iştirak üçün yol gedərkən çox sayda polis tərəfindən saxlanıldığı barədə məlumat yayıb.
Qeyd edək ki, Melia parlamentin Müvəqqəti İstintaq Komissiyasının sessiyasına sorğulanma üçün çağırılsa da iştirakdan imtina edib və bundan sonra ona Cinayət Məcəlləsinin 349-cu – Gürcüstan Parlamentinin Müvəqqəti İstintaq Komissiyasının müraciətindən yayınma” maddəsi ilə ittiham irəli sürülüb.
İttiham cərimələnmə, bir ilə qədər həbs cəsası və ya üç ilə qədər islah işləri nəzərdə tutulur.
Gürcistan’daki muhalif “Değişim İçin” koalisyonunun lideri Nika Melia gözaltına alındı.
APA’nın Tiflis muhabiri, bilgiyi Gürcistan İçişleri Bakanlığı’nın yayınladığını bildiriyor.
Muhalefet liderinin, Gürcistan İdari Suçlar Kanunu’nun polis memuruna hakaret etmeyi öngören maddesi uyarınca idari olarak tutuklandığı belirtildi.
İlgili kararın alınması için Nika Melia’nın mahkemeye çıkarılacağı kaydedildi.
Melia’nın basın servisi, Lisi Gölü yakınlarında bir televizyon programına katılmak için yolda giderken çok sayıda polis tarafından gözaltına alındığı bilgisini paylaştı.
Melia’nın, parlamentonun Geçici Soruşturma Komisyonu’nun oturumuna sorgulanmak üzere çağrılmasına rağmen katılmayı reddettiği ve bunun üzerine Ceza Kanunu’nun 349. maddesi – Gürcistan Parlamentosu Geçici Soruşturma Komisyonu’nun başvurusundan kaçınma” maddesiyle suçlandığı belirtildi.
Suçlama, para cezası, bir yıla kadar hapis cezası veya üç yıla kadar ıslah çalışması öngörüyor.